Həzrət Hud (əleyhis-salam) Harunun oğlu (Taruxun övladlarından olan İbrahim peyğəmbərin qardaşı) idi və Ərdən şəhərində əkinçiliklə məşğul oldu. O, 82 yaşında Allahın rəhmətinə qovuşdu. (“Həvadisul-əyyam”, səh. 85)
––––––––––––––––––––––––––––––––––
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in anası Amənənin vəfatından sonra ata tərəfdən babası olan Əbdülmüttəlib o həzrəti saxlamağı öhdəsinə almışdı. O, “Fil ilindən” 8 il sonra - 120 (yaxud 125) yaşında Məkkədə vəfat etdi. (O zaman Peyğəmbərin 8 yaşı var idi). Onun məzarı, Məkkədə, “Əbu Talib” adı ilə şöhrət tapan “Müəlla” məzarlığında yerləşir. (“Həvadisul-əyyam”, səh. 85)
––––––––––––––––––––––––––––––––––
Peyğəmbər besətdən 15 il öncə Xədicə ilə evlənmişdir. Xədicəni ərəbin mələkəsi – şahzadəsi hesab edirdilər. Çünki o, ərəb qadınları arasında sərvət, mal-dövlət, bəxşiş, gözəllik, iffət, fəsahət və bəlağətdə misilsiz bir qadın idi. Ərəbin böyük şəxsiyyətləri dəfələrlə ona elçiliyə getmiş, lakin o qəbul etməmişdi. O, Peyğəmbərin (s) möcüzə və kəramətlərini müşahidə etdikdə ona məhəbbət bəslədi. O, Peyğəmbərə (s) izdivac təklifi etdi və Peyğəmbər (s )də onun təklifini qəbul etdi. (1)
––––––––––––––––––––––––––––––––––
Əbva - Məkkə və Mədinə arasında yerləşən bir qəsəbənin adıdır. Peyğəmbərin (s) əziz anası Aminə Xatunun məzarı orada yerləşir. Bu hadisə də sülh ilə nəticələndi və həzrət müharibə etmədən geri qayıtdı. (“Həvadisul-əyyam”, səh. 86)
––––––––––––––––––––––––––––––––––
Əbu Bəkr, Əbi Süfyanın oğlu Yezidin başçılığı ilə bir ordunu Şama göndərmişdi. Müaviyə ibn Əbu Süfyan da həmin orduda idi. Yezid ibn Əbu Süfyan Şamda öldü və Əbu Bəkr Şamın rəyasətini Müaviyəyə həvalə etdi. O, hicri təqvimi ilə 41-ci ildə imam Həsən Əsgəri (əleyhis-salam)-la sülh bağladığı vaxtadək - rəbiul-əvvəlin 10-cu günü Şamda idi. Müaviyə hicri təqvimi ilə 41-ci hicri il, zorla xəlifəlik mənsəbini ələ keçirtdi. Hicri təqvimi ilə 60-cı il, rəcəb ayının ortasında 80 yaşında cəhənnəmə vasil oldu. (“Həvadisul-əyyam”, səh. 86)
––––––––––––––––––––––––––––––––––
Mədinənin zalım hakimi və Səffahın əmisi Davud ibn Əli, rəbiul-əvvəlin onunda imam Sadiq (əleyhis-salam)-ın qarğışı nəticəsində həlak oldu. O, imam Sadiq (əleyhis-salam)-ın səhabələrindən biri Müəlla ibn Xuneysini şəhid qətlə yetirmək haqqında göstəriş vermişdi. (“Təqvimuş-şiə”, səh. 85)
––––––––––––––––––––––––––––––––––
Hicri təqvimi ilə 179-cu hicri il, rəbiul-əvvəl ayının 10-cu günü, dörd sünnü məzhəbindən biri - Maliki firqəsinin rəisi Malik ibn Ənəs Əsbəhi dünyadan getdi və “Bəqi”də dəfn olundu. (“Təqvimuş-şiə”, səh. 85)
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın