Müaviyənin oğlu Yezid hicri təqvimi ilə 64-cü ildə, 38 yaşında ağır bir xəstəliyə tutuldu,3 il 9 aydan sonra cəhənnəmə vasil oldu. O, hakimiyyətinin 1-ci ilində imam Hüseyni (əleyhis-salam) və onun səhabələrini Kərbəlada şəhadətə çatdırdı. Hakimiyyətinin 2-ci ilində “Hirrə” faciəsini törətdi və 3-cü ilində Məkkəni mühasirəyə alaraq Allah Evini mancanaqla dağıdıb yandırdı. (“Həvadisul-əyyam”, səh. 87)
––––––––––––––––––––––––––––––––––
Əbdullah ibn Muti Kufənin hakimi olan zaman, Muxtar, bacısının əri Əbdullah ibn Ömərə məktub yazdı. Muxtar, onun vasitəsi ilə həbsdən azad olundu. O, şiələri bir yerə topladı. Əbdullah ibn Müti Muxtarı çağırdı. Muxtar nə üçün çağırıldığını anladı. Ona görə də o, özünü xəstəliyə vurdu. Sonra məxfi şəkildə köməkçilərini bir yerə toplayıb dedi: “İndi qiyam vaxtıdır!” Onun köməkçiləri Məhəmməd ibn Hənəfiyyədən icazə alaraq hicri təqvimi ilə 66-cı il, rəbiul-əvvəl ayının 14-cü günü, İbrahim ibn Malik Əjdərlə beyət etdilər. Onlar, Muxtarla birlikdə qiyama qalxdılar. Onlar öz düşərgələrini “Darul-imarət”-də qurdular. Qəbilələrin böyük şəxsiyyətləri onunla beyət etdi və İbn Mütini Kufədən qovdular. Muxtar, 18 ay hakimiyyətdə oldu və İbrahim ibn Malikin köməyi ilə imam Hüseyn (əleyhis-salam)-ın qatillərini qətlə yetirdi.
Muxtar, ibn Ziyadın və Kərbəla qatillərindən bir neçəsinin başını kəsib Məhəmməd ibn Hənəfiyyəyə göndərdi. O da, onları imam Səccad (əleyhis-salam)-a göndərdi. İmam səcdəyə düşərək dedi:
اَلْحَمْدُ لِلّهِ الَّذى اَدْرَکَ لى ثارى مِنْ عَدوُى وَ جَزىَ الْلّهُ الْمُخْتار خَیراً
“Həmd-səna yalnız o Allaha məxsusdur ki, düşənimdən intiqam alınmasını mənə göstərdi. Allah Muxtara xeyir mükafat versin!”
––––––––––––––––––––––––––––––––––
Bəni-abbas hakimiyyəti hicri təqvimi ilə 132-ci ildə Əbulabbas Əbdullah ibn Səffah ibn Məhəmməd ibn Əli ibn Əbdullah ibn Abbas ibn Əbdülmüttəlibin xəlifəliyi ilə başlandı və təqvimi ilə 656-cı ilədək davam etdi. Bəni-Abbasın sonuncu və 37-ci xəlifəsi Əbu Əhməd Müstəsim Billah oldu.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın