Əlqəmə deyir ki, İmam Sadiqə (ə) dedim:
أوصِني جُعِلتُ فِداكَ
“Sənə qurban olum, mənə bir nəsihət ver!”
İmam (ə) buyurdu:
اُوصيكَ بِتَقوَى اللّهِ وَالوَرَعِ وَالعِبادَةِ وطولِ السُّجودِ وأداءِ الأَمانَةِ وصِدقِ الحَديثِ وحُسنِ الجِوارِ، صِلوا عَشائِرَهُم وعودوا مَرضاهُم وَاحضُروا جَنائِزَهُم، كونوا لَنا زَينًا ولا تَكونوا عَلَينا شَينًا، أحِبّونا إلَى الناس ولا تُبَغِّضونا إلَيهِم، جُرّوا إلَينا كُلَّ مَوَدَّةٍ وَادفَعوا عَنّا كُلَّ قَبيحٍ، ما فينا مِن خَيرٍ فَنَحنُ أهلُهُ، وما قيلَ فينا مِن شَرٍّ فَوَاللّهِ ما نَحنُ كَذلِكَ، لَنا حَقٌّ في كِتابِ اللّهِ وقَرابَةً مِن رَسولِ اللّهِ ووِلادَةٌ طَيِّبَةٌ، فَهكَذا قولوا.
“Sənə Allahdan qorxmağı, təqvanı, ibadəti, uzun səcdələri, əmanətdarlığı, düz danışmağı, qonşulara yaxşılığı, qohumlarınla əlaqə saxlamağı, onların xəstələrinə baş çəkməyi, matəm və dəfn mərasimlərində iştirak etməyi tövsiyə edirəm. Bizə zinət olun və ar olmayın. Elə iş görün ki, camaat bizi sevsin, elə iş görməyin ki, bizə kin-küdurət bəsləsin. Hər bir işdə bizə rəğbət yaradın və hər bir çirkinliyi bizdən dəf edin ki, biz haqqımızda deyilən hər bir yaxşılığa sahib və Allaha and olsun, deyilən hər bir çirkinlikdən uzağıq! Bizə Allahın kitabında xüsusi haqq verilib; Allahın Peyğəmbəri ilə qohumuq və (çirkinliklərdən) pakıq. Siz də (camaata) belə deyin.”
Mənbə : “Bəşarətül-Mustəfa”, səh.222.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın