Mərhəmətli Allahın adı ilə
اللَّهُمَّ لا تَخْذُلْنِي فِيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ وَ لا تَضْرِبْنِي بِسِيَاطِ نَقِمَتِكَ وَ زَحْزِحْنِي فِيهِ مِنْ مُوجِبَاتِ سَخَطِكَ بِمَنِّكَ وَ أَيَادِيكَ يَا مُنْتَهَى رَغْبَةِ الرَّاغِبِينَ
DUANIN OXUNUŞU
Əllahummə la təхzulni fihi litəərruzi mə’siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səхətik, bimənnikə və əyadikə ya muntəha rağbətir-rağibin!
Allahım! Bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə. Məni intiqam qamçınla vurma və məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır. Öz lütf və qüdrətinə хatir, ey arzusu olanların son arzusu!
ꕤꕥꕤꕥꕤꕥꕤꕥꕤꕥꕤꕥꕤꕥ
Ramazan ayının altıncı günü Allahdan istəyirik ki, etdiyimiz günahlara görə bizi xar etməsin. Bəli, günah adamı xar, bəndəlik isə əziz edir. Əgər insan günahkar olarsa, hər nə qədər dünyəvi baxımdan yüksək məqam sahibi olsa belə camaat onu sevməz. Ən bahalı paltarları belə geyinmiş olsa sevilməz. Amma Allaha itaətkar olsan camaat tərəfindən sevilmiş olarsan. Quranda Allah buyurlur: "Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq".
Qamçınla vurma əmr formasında deyilib. İnsan insana qamçınla vurma deyəndə əmr formasındadır. Amma özümüzdən böyükdən istədiyimizə görə bu duadır, çəkindirmək yox. Elə bil oğul ataya deyir ata, mənə pul ver. Əmr formasında olsa da bu istəkdir, əmr yox. Biz də Allahdan bu şəkildə istədiyimizə görə istəkdir yəni duadır. Allahdan istəyirik ki, bizi günahlarımıza, itaətkarsızlığımıza görə cəzalandırmasın.
Bəli, elə günahlar var Allahı qəzəbləndirir. Hədisdə buyurulur: Bəzi günahlar Allahı elə qəzəbləndirir ki, Allah and içir ki, bəndəni bağışlamayacam. Məsələn mənim kimi əmmaməli naməhrəmə baxdıqda Allah çox qəzəblənir.
Hədis buyurur: Cahilin 70 günahı bağışlanınca, alimin 1 günahı bağışlanar.
Yəni dua edən müştaqların axır yeri. Müştaqların istəklərinin sonu Sənsən. Sən bizim etdiyimz bu duaları bizdən qəbul et!
Kaş bu duaların mənası məscidlərdə camaata deyilərdi və camaat dua edərkən etdikləri duanın mənasını bilərdi. Camaata deyilərdi ki, günah etməyin. Sizin günahlarınız bəla və əzabların nazil olmasına səbəb olur. Amma deyilmir və camaat günahlardan çəkindirilmir. Elə buna görə də bəlalar nazil olur. Allah Şüeyb peyğəmbərə(ə) buyurdu: Qövmündən 100 min nəfərə bəla göndərəcəm. 40 min günahkar və 60 min möminlərə. Allahdan sual etdi ki, günahkarları anladım bəs, möminlərə niyə? Allah buyurdu: Edilən günahlara biganə qalaraq onları bu işdən çəkindirmədiklərinə görə onlarda cəzalanmalıdır. Mömin var hətta özü günah məclislərində iştirak edir. Qohumlarının şəriətə zidd toyu olur, gedib iştirak edir. Bu işdən çəkindirmək əvəzinə gedib orada iştirak da edir. Allahdan istəyək bizə tövfiq inayət eləsin ki, əzablarına duçar olmayaq.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın