-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri
Ramazan ayının 7-ci gününün duası

Ramazan ayının 7-ci gününün duasının təfsiri

Mehriban Allahın adı ilə

Ramazan ayının 7-ci gününün duası

Ərəbcə: 

اَللّـهُمَّ اَعِنّي فِيهِ عَلى صِيامِهِ وَقِيامِهِ، وَجَنِّبْني فيهِ مِنْ هَفَواتِهِ وَآثامِهِ، وَارْزُقْني فيهِ ذِكْرَكَ بِدَوامِهِ بِتَوْفيقِكَ يا هادِيَ الْمُضِلّينَ

Oxunuşu:

Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin.

Tərcüməsi:

İlahi, Öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol, məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır, məni Səni daim yad etməkdə müvəffəq et, ey yolunu azmışları hidayət edən!

ꕤꕥꕤꕥꕤꕥꕤꕥꕤꕥꕤꕥꕤꕥ

"İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol"

Allahdan istəyirik bizə kömək olsun oruc tuta bilək, gecə namazlarını qıla bilək. Bəziləri Ramazan ayı daxil olmamışdan narahat olurlar ki, oruc tuta bilməyəcəklər. Buna görə dua edin ki, Allah kömək olsun və oruc tuta biləsiniz. Allah kömək olarsa,  orucluğun aclığını hiss etməzsən. Allah kömək olarsa, həm oruc tuta bilərik, həm gecə namazı qıla bilərik, həm Əbu Həmzə Somali, həm İftitah duasını oxumağımız asan olar. Qumda Ayətullah İşraqi var idi, çox böyük alimlərdən idi. O Qumda olduğu müddətdə Ayətullah Fəlsəfini Quma dəvət etmirdilər. O dərsində bizə atası Ərbab ləqəbilə məşhur olan Ayətullah Muhəmməd Təqi İşraqinin dilindən nəql edirdi: Nəcəfdə Hz.Əlinin(ə) hərəminə gecə daxil oldum. Gördüm gecə namazı qılırlar. Vitr namazı qılanlar əzbərdən Əbu Həmzə Somali duasını oxuyurlar. Əbu Həmzə Somali duası 3-4 Kumeyl duası həcmindədir. O duanı qunutda əzbərdən oxuyub zar-zar ağlayırlar. Ay Allah, qəbrdə mən nə edəcəm deyə nalə edirlər. Qəbrə məni qoyanda nə edəcəm? Qəbrin qaranlığında nə edəcəm? Bu cür məzmumlu sözləri oxuyub ağlayırdılar. Çox gözəl duadır Əbu Həmzə Somali duası. Gedin mütaliə edin o duanı. Mərhum Ərbab deyir mən başladım namazda bu duanı oxuyanları saymağa. 70 nəfərə yaxın adam namazda bu duanı oxuyurdu. Təxminən 100 il qabaq olub bu hadisə. Amma indi... İndi biz Vitr namazının qunutunda 40 möminin adını çəkəndə yuxuya dalırıq. Kumeyl duasını oxuyanda vərəqləyib baxırıq ki, axırına nə qədər qalıb. Bəli, qədimdə belə adamlar Çox olub. Ona görə ömürləri bərəkətli olub. Ona görə Allaha dua edirik ki, bizə də kömək olsun oruc tutub gecə namazı qıla bilək. 

"Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır"

Allahdan istəyirik Ramazan ayı bizi günah etməkdən qorusun. Bədbəxtdir o kəs ki, Ramazan ayında da günah edir. Çünki biz dedik ki, ancaq orucu pozmayan işləri görüb oruc tutanın orucu ümumi orucdur. Amma hədis buyurur: Oruc tutanın gözü, qulağı, dili, dərisi, saçları bir sözlə bütün əzaları oruc olmalıdır. Yəni xüsusinin xüsusi oruc olsun. Əgər istəyiriksə orucun bizdə təsiri olsun gərək məhz belə oruc tutaq. 

"Sənin daimi zikrini mənə qismət et"

Zikr həm dildə Allahı zikr etmək mənasındadır həm də Allahı qəlbdə yad etmək mənasında. Əsl zikr həm qəlbində həm də dilində zikr etməkdir. Dillə zikr edib qəlblə zikr etməmək bədbəxtçilikdir. İnsan daim Allahı xatirində tutmalıdır. Amma dillə də zikr etmək lazımdır. Gündə 100 dəfə la ilahə illəllah, 100 dəfə la həulə və la quvvatə illa billahil əliyyil əzim deyin. Çoxlu salavat zikr edin. Xüsusilə cümə axşamı və cümə günləri salavat zikr edin. Hər Məsuma 100 salavat hədiyyə edin. Əsasən də Ramazan ayında diliniz zikr eləsin. Hədis buyurur:  Bütün mövcudat zikr edir. Həmçinin daş, divar, dağlar, ağaclar hamısı Allahı zikr edirlər. Deyir xoruzu səhər banlayarkən söyməyin. Çünki banlamağı ilə namaza səsləyir ki, ey qafil dur namaza.

"Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi"

Yolunu azmışları yeganə hidayətçisi olan Allahdan istəyək yəni xüsusinin xüsusi orucunu tuta bilək, gecəni qalxıb ibadət edə bilək. Bəziləri iftar edib bir az keçmiş yıxılıb yatır və obaşdana durur. Nə bədbəxt adamdır belə adam. Xəstəliyi səbəbindən oruc tuta bilməyənlər belə bu gecələri və sübhləri əldən verməsinlər. İftitah duasını sübhlər oxusunlar. Allah tovfiq inayət eləsin onu yad edib zikr edə bilək. Allah hər kəsə bu cür inayət etmir.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana