Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei rəbbani alim Ayətullah Hacı Seyid Məhəmmədəli Ələvi Gürganinin vəfatı münasibətilə başsağlığı verib.
⮋ “Leader.ir” saytına istinadən,
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"Mərhəmətli və bağışlayan Allahın adı ilə!
Rəbbani alim Ayətullah Ələvi Gürganinin vəfatı münasibətilə Qum Elmi Hövzəyə, onun bütün şagirdlərinə, sevənlərinə, müqəllidlərinə, xüsusilə, o mərhuma və onun hörmətli atası mərhum Ayətullah Hacı Seyid Səccad Ələviyə xüsusi hörmət bəsləyən Gülüstan şəhərinin mömin xalqına, o mərhumun möhtərəm ailəsi və övladlarına başsağlığı verirəm. Bu böyük mərcəi-təqlid İnqilabın müxtəlif hadisələrində və ölkə məsələlərində həmişə sədaqətlə xalqın yanında olub, müqəddəs sistemi dəstəkləyib və dəyərli xidmətləri olub ki, bu da ilahi lütf və mərhəmət səbəbidir, inşallah! Allah-Taaladan onun üçün yüksək dərəcələr diləyir və ümid edirəm ki, pak cədləri ilə məhşur olacaq!"
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın