Qürurlu və populyar “Traktor” komandasının İran Premyer Liqasının 24-cü turunda Fars Körfəzi Kubokunda 68 xalla əzmkar qələbə qazanması və Asiya Elit Oyunlarında ölkəmizi təmsil etmək hüququ qazanması hər bir iranlı üçün qürur mənbəyidir. Bu uğur, ölkədə futbolun tarazlı inkişafını təmin etmək, futbolun yalnız paytaxta yönəlməməsi baxımından da ölkənin futbol sahəsi üçün böyük şərəfdir.
Mənim üçün bir təbrizli kimi, həmdə bütün təbrizlilər və İran azərbaycanlıları üçün Traktor komandasının qələbəsi və çempionluğunun doğma Təbrizdə qeyd edilməsi ikiqat qürur və şərəf mənbəyidir:
Futbol prizmasından baxsaq, birincisi, sevimli komandanın paytaxtda mübarizə aparan iddialı komandalara qarşı gərgin yarışda qalib gəlməsi və Traktorsazi klubun 1960-cı ildə qurulmasından 55 il sonra çempionluq qazanmasıdır.
İkincisi, İslami İran kimliyinin və "İran azərbaycanlısı" kimliyinin qorunmasında Təbriz şəhərinə xas olan "höviyyət qoruyucusu" və "öncüllük" xarakterinin nümayiş etdirilməsidir. Həmçinin, bir neçə nəfərlik təşkilatlanmış və muzdlu ünsürlərin futboldan etnik sui-istifadə cəhdlərinin qarşısının alınması, Təbriz və digər İran azərbaycanlılarının bu yad ünsürlərə qarşı davranış səviyyəsini və mədəniyyətini göstərmək baxımından da bu qələbə əhəmiyyətlidir. İkinci amilin əhəmiyyəti müəyyən mənada hətta çempionluq qazanmağın əhəmiyyətindən daha böyük ola bilər.
Məsələ burasındadır ki, bəzi böyük dövlətlərin futbol sənayesindən siyasi, təhlükəsizlik və separatçılıq məqsədləri üçün sui-istifadə etməsi uzun bir tarixə malikdir. Xüsusilə soyuq müharibə dövründən sonra bəzi ölkələr bu sahəyə böyük sərmayələr yatırıblar. Qırmızı Ulduz Belqrad komandasının, İspaniyanın Bask və Kataloniya komandalarının fəaliyyəti buna misal ola bilər.
Müəzzəm Rəhbərin təbirincə desək, İranın başı olan əziz Azərbaycan, Aturpatkan dövründən bəri bir neçə min illik tarixi baxımından İran mədəniyyətinin, daha sonra İslami İran mədəniyyətinin qorunmasında qabaqcıl, dəyişdirici və yenilikçi olmuşdur. İranın ədəbi-bədii, mədəni və memarlıq irsinin bir çox ulduzları azərbaycanlı olub və indi də belədir. Azərbaycanlılar İran kimliyinin mərkəzindədir və onunla sıx bağlıdır. Elə buna görə də, məsələn, ötən əsrlərdə heç bir təbrizli memar İstanbulda qeyri-İran əsəri kimi təqdim olunacaq bir əsər yaratmağa razı olmayıb.
Azərbaycanlıların bu xarakteri və tarixi keçmişi nəzərə alınaraq, Türk Dünyası adlı Anqlosakson layihəsi və Ankara-Bakı icraçılığı ilə azərbaycanlıları İran kimliyindən uzaqlaşdırıb qeyri-iranlı kimliyə çevirmək layihəsi uzun illərdir ki, böyük sərmayələrlə davam etdirilir. Bu layihələrdən biri də futboldan instrumental şəkildə sui-istifadədir.
Son illərdə bir sıra səbəblər, o cümlədən xarici maliyyə və təbliğat dəstəyi, bəzi idarəçilik zəifliklər, bəzi məsul qurumların səhlənkarlığı, lazımi media maarifləndirməsinin olmaması və bəzi maliyyə korrupsiya hallarının etnik mənsubiyyət amili ilə əlaqələnməsi, ölkənin kimliyinin düşmənlərini İran cəmiyyətində parçalanma yaratmaq və nifrət yaymaq üçün "Traktor" komandasından alət kimi istifadə etmək xülyasına salıb. Amma Traktor komandasının Təbrizdə çempionluğunu qeyd etməsi Traktor azarkeşlərinin İransevərliyinin nümayişi oldu. Bu, Xuzistan İstiqlal komandasının azarkeşlərinin 2016-cı ildə Fars Körfəzi Premyer Liqasında komandanın çempionluğunu qeyd edərkən nümayiş etdirdiyi milli birliyə bənzəyir. Trumpın Fars körfəzinin tarixi adını dəyişmək istəyinə verilən vahid reaksiya, İranın xidmət şəhidlərini və qəhrəmanlarını yad etmək, stadionda Fələstin bayrağını nümayiş etdirərək məzlum Fələstin xalqına dəstək, və Traktor klubunun heç bir etnik, irq və dildən asılı olmayaraq bütün böyük İran xalqının komandası olduğuna dair bəyanatları, vahid İran kimliyinə qarşı olanların ümidlərinin ilğımdan başqa bir şey olmadığını açıq şəkildə göstərdi və anti-İran ünsürləri qəzəbləndirdi. Bəlkə də bu qəzəb nəticəsində onların böyükləri Çaldıran döyüşündəki Osmanlı türklərinin qələbəsini və iranlıların, o cümlədən bu müharibədə minlərlə zadəgan azərbaycanlının türklər tərəfindən öldürülməsini xatırlamaqla və bu müharibəni müsəlmanların tərəf müqabili olmadığı Malazgird döyüşü ilə eyniləşdirməklə öz hüznlərini azaltmağa çalışdılar.
Bu sətirlərin müəllifi mayın 12-nə keçən gecə Təbriz Traktorunun Qəzvinin Şəms Azər komandası üzərində qələbəsindən sonra Təbrizdə Azərbaycan bulvarı boyunca Təbrizin Lalə meydanından yolun yarısına və Ustad Cəfəri yolqovşağına qədər bir məsafdə Traktor həvəskarlarının özündən qaynayan bayramının şahidi oldum və bu uzun məsafədə Traktor komandasının əsl pərəstişkarlarından heç bir anti-milli, anormal və yaxud normaları pozan davranışa dair heç bir əlamət müşahidə etmədim.
Əslində bu, anonim muzdlular qrupunun xəbisliyinin zirvəsidir ki, özlərinin anonim, muzdlu, təhqiramiz və antimilli davranışlarını əks etdirən qaçaq və gizlin oğurluqda çəkilmiş foto və videolarını qabaqcadan hazırlayaraq bayquş kimi səslənib, qurd kimi ulayıb, özlərini İranın nəcib azəridilli xalqının nümayəndələri kimi təqdim etməyə çalışırlar. Amma qeyri-azəri və həmçinin azəri oyunçulardan ibarət olan Traktor komandasının əziz və həqiqi azarkeşləri bu çempionat şənliyində yad elementlərə sərt reaksiya verdilər və 21-ci əsrdə İran məktəbi və İslam və şiə məktəblərinin qürurlu kimliyini aşaraq əcdadlarını "qancıq qurd"a çevirməyə çalışan ünsürlərə YOX dedilər. Təbii ki, traktor həvəskarlarının ədəb-ərkan nümayiş etdirməsi, ölkənin təhlükəsizlik və mədəniyyət sahələrinə cavabdeh olan qurumları kifayətləndirməməlidir və pantürkizmin hədəfləri və növbəti addımları barəsində ayıq qalmaq lazımdır.
Fakt budur ki, etnik mənsubiyyətli ünsürlər nifrət yaymaq üçün traktor klubundan sui-istifadə edərək İran Azərbaycanının zadəgan xalqına ən mühüm haqsızlığı edirlər; çünki bu ünsürlər vətənpərvər azərbaycanlıların şanlı tarixi simasını digər İran vətəndaşları qarşısında məhv etməyə çalışırlar. Odur ki, çempionat şənliyində azərbaycanlıların və traktor həvəskarlarının "kimlik qorumaq" nümayiş etdirməsinin əsl mesajı ondan ibarətdir ki, məhkəmə orqanları, təhlükəsizlik və siyasi sahədə müvafiq qurumlar daxili və beynəlxalq qanunlara, o cümlədən FİFA qanunlarına uyğun olaraq, muzdlu ünsürlərlə mübarizə aparmaqda, xüsusiylə irqçi nifrət yayanlara qarşı ciddi mübarizə aparmağı vəzifə borcu olaraq öz üzərlərinə götürməlidirlər. Eyni zamanda, azlıqlara və etnik qruplara qarşı qaranlıq və qəddar davranışları ilə tanınan yeniyetmə qonşu dölətlərə "Traktor komandasını bəhanə edib çirkin hərəkətlərlə İran futbolunda çaxnaşma yaratmaq" taktikasından əl çəkmələri tələb olunmalıdır. Onlardan istənilməlidir ki, minilliklərin tarixi olan İran xalqının kimliyinə qarşı sui-qəsd etmək əvəzinə, öz azlıqlarının və etnik qruplarının fundamental və aşkar hüquqlarına hörmət etsinlər və şərait yaratsınlar ki, bir gün gəlsin ki, həmin ölkələrdə də "Talış" futbol komandası, yaxud "kürd" və ya "ərəb" futbol komandası çempionluq kubokunu qazana bilsin!
Ölkəmizin futbolunun əfsanəsi Əli Dainin sözləri ilə desək: "Yaşasın İran, yaşasın Azərbaycan, yaşasın Traktor!"
*Doktor Əhməd Kazımi Təbrizi*
Şərh yazın