Quran - "1. əl-Fatihə" Azərbaycan dilində tərcüməsi

Quranin Azərbaycan dilində tərcüməsi

1. Quran. Əl-Fatihə surəsi 

Məkkədə nazil olmuşdur, 7 ayədir.

Tərcüməçilər: Vasim Məmmədəliyev və Ziya Bünyadov

Quran - "1. əl-Fatihə" Azərbaycan dilində tərcüməsi

1 Mərhəmətli, rəhmli Allahın adı ilə!

2 Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,

3 (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,

4 Haqq-Hesab (qiyamət) gününün sahibinə!

5 Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

6 Bizi doğru (düz) yola yönəlt!

7 Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Səs