Sual 1: Vergilərdən yayınmağın, yol hərəkəti qaydalarını pozmağın, gömrük haqlarının azaldılmasının hökmü nədir?
	Cavab: İslam hökumətinin qanunlarına müxalif addım caiz deyil.
	Sual 2: Nə üçün səkkizinci imamın dəfn olunduğu yer “7-ci qiblə” adlandırılır?
	Cavab: Mə’sumlar 7 məkanda (Mədinə, Bəqi, Nəcəf, Kərbəla, Kazimeyn, Samirra və Məşhəd) dəfn olunduğundan imam Rizanın (ə) məqbərəsi bə’ziləri tərəfindən 7-ci qiblə adlandırılmışdır. Əlbəttə ki, burada namaz qibləsi nəzərdə tutulmur.
	Sual 3: Qəsbkar İsraillə iqtisadi əlaqələr qurmaq olarmı?
	Cavab: Qəsbkar İsraili gücləndirən istənilən bir addım haramdır.
	 
	Sual 4: Qalstuk və yaxa kəpənəyindən istifadə etmək olarmı? Bir şəxs toy gecəsi qalstuk vurarsa bunun hökmü nədir?
	Cavab: İslama biganələrin atributlarından çəkinin.
	 
	Sual 5: Qadınlar avtomobil sürə bilərmi?
	Cavab: İslami hicab qorunsa və şər’i ölçülər gözlənilsə eybi yoxdur.
	 
	Sual 6: Qadınlar hərbi tə’lim keçə bilərmi?
	Cavab: Bu iş caizdir. Bir şərtlə ki, günaha yol verilməsin.
	 
	Sual 7: Xidmət haqqının hökmü nədir?
	Cavab: Xidmət haqqı dedikdə bank işçilərinə verilən maaş nəzərdə tutulur. Onlar bank hesablarını qoruyur və sair xidmətlər göstərirlər. Bu məqsədlə müştəridən əlavə haqq alına bilər.
	 
	Sual 8: Qadınlar kişilərin hüzurunda Qur’an oxuya bilərmi?
	Cavab: Ahənglə oxumalarına irad var.
	 
	Sual 9: Fəsada səbəb olmasa ney çalmağın hökmü nədir?
	Cavab: Eyş-işrət məclislərinə aid musiqilərin çalınması haramdır.
	 
	Sual 10: Bir şəxs soyuducu satana desə ki, 100 soyuducu alıram və bir həftədən sonra pulunu verirəm, bu müamilə düzgündürmü?
	Cavab: Əgər soyuducular alıcıya verilsə, eybi yoxdur.
	 
	Sual 11: Müxtəlif yerlərdə çəpik çalmağın hökmü nədir?
	Cavab: Çəpik çalmağın eybi yoxdur. Amma məscid və hüseyniyyə kimi yerlərdə bu işdən çəkinmək lazımdır
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi
Şərh yazın