Sual 12: Rəqsin növləri haqqında açıqlama verin.
Cavab: Yalnız qadın əri üçün oynaya bilər. Qalan rəqslərə irad var.
Sual 13: Şahmat haqqında fikriniz nədir?
Cavab: Əgər şahmat xalqın nəzərində qumar aləti halından çıxmışsa və idman sayılırsa eybi yoxdur.
Sual 14: Kart oynamağın hökmü nədir?
Cavab: Udub-uduzmaq olmadan kart oynamağın eybi yoxdur.
Sual 15: Saqqalı qırxmaq olarmı?
Cavab: Ehtiyat budur ki, bu iş görülməsin.
Sual 16: Hansı musiqilər halal, hansılar haramdır?
Cavab: Eyş-işrət məclislərinə aid olan bütün musiqilər haramdır və qalan musiqilər halaldır. Halal musiqini haram musiqidən ayırmaq üçün ürf əhlinə müraciət olunsun.
Sual 17: Dini hadisələrin səhnələşdirilməsi, şəbihə münasibətiniz nədir?
Cavab: Əgər şər’i ölçülər gözlənilsə və müqəddəsliklər təhqir olunmasa eybi yoxdur.
Sual 18: Öldürülən şəxsə görə pul almağın hökmü nədir?
Cavab: Diyə Allahın tə’yin etdiyi bir haqdır və onu almaq caizdir. Amma bağışlamaq bə’zi hallarda daha yaxşıdır.
Sual 19: Qeyri-müsəlman ölkələrə mühacirət və səfərin hökmü nədir?
Cavab: Əgər şəxs kafir ölkələrdə özünün və yoldaşlarının dinini qorumağa qadirsə və ya dini yaya biləcəksə, bu səfər caizdir.
Sual 20: Bir şəxs yanıb xəstəxanaya düşdükdə həkimin səhlənkarlığı ucbatından dünyasını dəyişərsə, eləcə də, məhkəmə tibbi ekspertiza həkimin səhlənkarlığını təsdiqləyərsə, həkimin hökmü nədir?
Cavab: Həkim günah etmişdir və cəzalandırılmalıdır.
Sual 21: Valideynlərim qeydə almadığından doğulduğum günü bilmirəm. Mənim üçün dini vəzifələr nə vaxtdan vacib sayılır?
Cavab: Büluğ həddinin kişilər üçün üç nişanəsi var: 15 yaşın tamam olması (digər əlamətlər olmasa 15 yaşın tamamlanmasına əmin olmadan vəzifə yoxdur); yuxuda və oyaq vaxtı az və ya çox sperma xaric olması; ayıb yer ətrafında cod tüklərin çıxması
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi
Şərh yazın