Ayətullah Xamenei
Seyyid Əli Xameneyi (24.04.1318 şəmsi, 28.02.1358 qəməri), 1939-cu ildə Məşhəd şəhərində Ayətullahul-Üzma Hacı Seyyid Cavad ağanın evində dünyaya göz açıb. Ayətullah Seyyid Cavad Məşhəd şəhərinin möhtərəm və tanınmış müctəhidlərindən biri olub. Seyyid Əli Hüseyni Xameneinin babası Ayətullahul-Üzma Seyyid Hüseyn Xamenei Nəcəfül-Əşrəfdə yaşamış İranın böyük alimlərindən biridir.İran İslam İnqilabından əvvəl Ayətullah Xomeyni tərəfdarlarına qoşulmuş və sonradan İran siyasətində böyük rol oynamışdır. O, İranın prezidenti olub və hazırda Ali Dini Rəhbər titulunu daşıyır. 

Uşaqlıq dövrü

Seyyid Əli Hüseyni Xameneyinin özünün nəql etdiynə əsasən uşaqlıq dövrü çox çətin bir şəraitdə keçib. "Ailəmizin vəziyyəti o qədər də yaxşı deyildi, belə ki, həmişə buğda çörəyi ala bilmirdik. Nənəmin mənə və yaxud bacı-qardaşlarıma verdiyi az bir pulla anam süd alardı ki, onunla yemək yeyək. Evimiz isə kasıblar yaşayan məhəllədə bir otaqdan ibarət idi...." Çətin vəziyyətdə yaşamalarına baxmayaraq təhsilə çox diqqət yetirən Seyyid Əli Hüseyni Xamenei dini təhsil almaq üçün 14 yaşında "Süleyman Xan" mədrəsəsinə daxil olaraq burada dərs almaqla bərabər, atasından da çox şey öyrənir. Daha sonra təhsilini "Nəvvab" mədrəsəsinə daxil olaraq tamamlayır. 16 yaşından etibarən Ayətullahul-Üzma Milaninin (r.ə) xaric dərslərində iştirak etməyə başlayır.

Seyyid Əli Hüseyni Xamenei tələbə olduğu dövrdən tədrislə məşğul olmağa başlamışdır. Məşhəddə və Qumda olduğu zaman ərzində müxtəlif dini elmlərin sirlərini tələbələrinə çatdırmışdır. 28 yaşında artıq Məkasib və Kifayə kimi kitabların tədrisi ilə məşğul olurdu.

Ustadları

Orta təhsilini Ağa Ələvi, Ağa Məsud, Mirzə Əhməd Müdərris Yəzdi, Mərhum Ayətullahul-Üzma Hacı Şeyx Qasim Qəzvininin yanında alıb. Yüksək elmi və dini dərslərdən ibarət xaric dərslərini Ayətullahul-Üzma Milani (r.ə), Ayətullahul-Üzma Hacı Şeyx Qasim Qəzvinidən (r.ə), fəlsəfə elmini isə Ayətullahul-Üzma Mirzə Cavad Tehranidən (r.ə) mənimsəyib. 

İnqilabdan sonra tutduğu vəzifələr

  • 1.İnqilab şurasının üzvü
  • 2.Sistan və Bluçestan məmurluğu
  • 3.İslam İnqilab ordusunun rəhbəri
  • 4.Tehranın İmam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra İmam Xomeyni (r.ə) tərəfindən Tehranın İmam Cüməsi təyin olundu)
  • 5.İmam Xomeynin (r.ə) ali müdafiə şurasındakı müşaviri
  • 6.Ölkə Prezidentliyi.

Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra Imam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: "...Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz."

İnqilaba rəhbərlik

İslam inqilabının banisi Imam Xomeyninin (r.ə) 1989-cu ildə vəfatından sonra "Xübrəqan" məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Xamenei islam inqilabının rəhbəri seçildi. Imam Xomeyni (r.ə) dəfələrlə onun rəhbərliyə layiq olduğunu müxtəlif bəyanatlarla bildirmişdi. "Xameneini mən böyütmüşəm, bütün dünyanı gəzsəniz cənab Xamenei kimi islama bağlı və qəlbən öz xalqına xidmət edəcək bir rəhbər tapa bilməzsiniz."

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana