Sual: Xüms vermək üçün xüms ilinin əvvəli necə müəyyən edilir?
Cavab: Xüms ilinin əvvəli mükəlləf tərəfindən müəyyən edilmir, əksinə, öz-özlüyündə və ilin gəlirinin hansı tarixdən etibarən əldə olunması əsasında müəyyən olur. Beləliklə, fəhlə və işçilərin xüms ilinin əvvəli, zəhmət haqqı və maaş olaraq ilk gəliri aldıqları və ya ala bildikləri ilk gündən etibarən başlanır. Tacirlərin və dükan sahiblərinin xüms ilinin əvvəli alış-verişə başladıqları tarixdən etibarən, əkinçilərin xüms ilinin əvvəli isə ilin ilk əkinçilik məhsulunu yığdıqları tarixdən etibarən başlanır.
Mənbə: leader.ir/19974,9 /Dec/ 2017ş
Şərh yazın