Hansı alimin yanında oturmaq olar...?

Hansı alimin yanında oturmaq olar...?

رسول الله (ص) : لا تَجْلِسوا إلاّ عندَ كُلِّ عالِمٍ يَدْعوكُم مِن خَمْسٍ إلى خَمسٍ: مِن الشَّكِّ إلى اليَقينِ، ومِن الرِّياءِ إلى الإخْلاصِ، ومِن الرَّغْبَةِ إلى الرَّهبَةِ، ومِن الكِبْرِ إلى التّواضُعِ، ومِن الغِشِّ إلى النّصيحَةِ
(بحار الأنوار: ۷۴ / ۱۸۸ / ۱۸ منتخب ميزان الحكمة: ۱۰۶)
Hz. Peyğəmbər  (s): Sizi 5 şeydən 5 şeyə çağıran alimin yanında oturun: 
1. Şəkkdən yəqinə
2. Riyadan ixlasa
3. Dünyaya məhəbbətdən dünyaya nifrətə
4. Təkəbbürdən təvazökarlığa
5. Hiyləgərlikdən xeyirxahlığa

Hədisin şərhi...
1. İxtilaf salan alimlərdən uzaqlaşmaq lazımdır. Çünki, ixtilaf şəkk nəticəsində meydana gəlir...

2. Əlbəttə elmi məsələlərdə ixtilaf istisnadır. Əgər elmi məsələlərdə ixtilaf olmasa elm inkişafdan dayanar. Elmin inkişafdan dayanması cəmiyyətin və bəşəriyyətin həlakətinə səbəb olar...

3.Burda qəsd etdiyimiz ixtilaf qardaş qırğınına səbəb olan ixtilafladır. Bu cür ixtilaf insanı dünya və  axirət xeyrindən saxlayar...

4. Riya əməllərin puç olmaq səbəbidir. Ən gözəl şərik Allahdır. Əgər bir insan əməllərində başqa bir varlığı Allaha şərik qoşarsa, Allah öz haqqından keçir və nəticədə insan sərgərdan qalır. İnsan sərgərdan qalmasın deyə ixlasa dəvət edən alimlərdən möhkəm yapışmalıdır...

5. İnsan özü tək başına riyadan paklana bilməz və gərək əxlaq ustadına muraciət eləsin,  necə ki, insan xəstələnəndə  həkimə müraciət edir...

6. Dünyaya nifrətin mənası bu deyil ki, insan işləməsin və pul qazanmasın. Bu işlər tərkidünyalıqdı və islam dini tərkidünyalığı pisləyir... 

7. İnsan bu dünyada çalışmalıdır , çünki bu dünya axirətin tarlasıdır...

8. Təkəbbür ilk günahdır, Şeytan (lən.) məhz bu əməlinə görə Allaha dərgahından  qovuldu...

9. Min illərlə Allaha ibadət edən Şeytanı (lən.) dərgahından qovan Allah, biz təkəbbürlük eləsək bizi dərgahından qovmazmı? 

10. Təkəbbür sahibini həlak edir, həqiqi alim isə insanı həlakətdən mələkutə aparır...

11.  Təvazökarlıq sahibinin zinətidir. Hər kəsdə bu xüsusiyyət olsa, onun başqa bir  xəzinəyə ehtiyacı yoxdur...

12.  Hiyləgərlik insanlığı öldürən amillərdəndir, hiyləgər dilinə güc verir, hiyləgər yağlı dil işə salır...

13. Xeyirxahlıq insanların qəlblərində insanlığı yaşadır. Xeyirxah insan danışığa yox əmələ üstünlük verir.

14. Xeyirxahlığa dəvət edən alimlər, əslində bəşəriyyəti səadətə dəvət edirlər.
 

Share this:

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana