İnsanların ən acizi kimdir...?
امام علی (علیه السلام): اَعجَزُ النّاسِ مَن عَجَزَ عَن إکتسابِ الإخوانِ وَ اَعجَزُ مِنهُ مَن ضَیَّعَ مَن ظَفِرَ بِهِ مِنهُمِ ( نهج البلاغه، حکمت 12).
İmam Əli (ə): İnsanların ən acizi o kəsdir ki, dost tapmaqda acizdir və ondan da acizi o kəsdir ki, öz dostlarını saxlamağı bacarmır. (Nəhcul bəlağə , hikmət 12, bəzi nüsxələrdə 11-ci hikmət də ola bilər...)
Hədisin şərhi...
1. Bəzilərinin yüksək ruhiyyəsi və gözəl əxlaqları ilə insanları özlərinə cəzb edir, ülfət və ünsiyyət tapıb bir biri ilə dost olurlar...
2. Bu bir hünərdir ki, insan öz gözəl əxlaqı və rəftarı ilə insanları özünə cəzb etsin və özünə dost tapsın...
3. Bu ruhiyyə və bacarığı olmayan insanlar bacarıqsızdırlar...
4. Başqa cəhətdən məsələyə baxsaq dostluqların və qardaşlıqların davamlı olmağı xüsüsi bir hünər tələb edir...
5. Bəzən yersiz bir söz , özünü bəyənən bir hərəkət, sərt və təhqiramiz tənqid və hətta yersiz bir zarafat dostların və qardaşların arasını vurur...
Sual. Layiqli dost tapmaq üçün və dostlarımızı əldən verməmək üçün nə etmək lazımdır?
Cavab. Şəksiz və şübhəsiz bizim əxlaq və rəftarımız dost tapmaqda və dostluq əlaqələrinin qorunması , inkişafı və möhkəmlənməsində ən başlıca və təsirli amillərdəndir...