Kampyuter və telefonda "domino" oynamaq

Sual: Kampyuter və telefonda "domino" oynamaq caizdir ya yox?
Cavab: Domino qumar alətidir və şərt ilə (məsələn, "uduzan filan miqdar pul və s. verməlidi" şərti ilə) oynamaq caiz deyil. Həmçinin vacib ehtiyata əsasən şərtsiz də oynamaq caiz deyil. İstər onun üçün hazırlanmış xüsusi daşlarla olsun istərsə də kampyuter və telefonda.
 

Ayətullah Sistani