Mərhum Əllamə Məhəmməd Təqi Məclisidən bir hekayə nəql olunub ki, Quran ayələri və hədislərə müvafiqdir. O, İsfahanın “Cümə” məscidində namaz qılarmış. Bir gecə Əllamə oğlu Məhəmməd Baqir Məclisini də özü ilə məscidə gətirir. Lakin uşaq məscidə daxil olmaq istəmir və məscidin həyətində oturur. Atası gedəndən sonra məscidin həyətindəki su tuluğuna bir iynə batırıb ondan axan su ilə oynamağa başlayır. Namazdan sonra atası bu işdən xəbər tutub narahat olur. Evə gəlib yoldaşına deyir: Mən övladımızın nütfəsi bağlanmamışdan əvvəl və sonra İslamın ədəb və qaydalarına riayət etməyimdə, yeməyimdə bütün səyimi göstərmişəm, amma onun bu günkü hərəkəti bizim ikimizdən birinin təqsirkar olmasından söz açır. Bu nə olan işdir?
Uşağın anası deyir: Hamilə olduğum zaman qonşunun evinə getmişdim. Onların həyətindəki nar ağacı diqqətimi cəlb etdi. Könlüm nar istədiyindən ağacdakı nara iynə batırdım ki, onu dadam.
Şərh yazın