Hər əsrin, ilin hər günü hər anı Əlidir! 
	Çərxi-fələkin dövr ilə dövranı Əlidir! 
	Cahillər olub aşiqi dünyanın əzəldən
	Aşiq eliyən hüsnünə dünyanı Əlidir! 
	Dünyanı tamamən tuta zülmət, yolun azmaz, 
	Aləmdə əgər hər kimin ünvanı Əlidir! 
	Allahı unutmuş ola kim xəstədi qəlbi
	Bir nüsxəni yazmış ona dərmanı Əlidir! 
	Tə'n etmə Peyğəmbər yox Əlidən yapışıbsan, 
	Peyğəmbərin Allah buyurub canı Əlidir! 
	Nə versə səxavətdi, nəyi alsa ədalət
	Həqqin dəyəri, qiyməti, mizanı Əlidir! 
	Allahını gördü, deməmiş "Rəbbi ərini"
	Heyrətdə qoyan Həzrəti Musanı Əlidir! 
	Heç saili qoymaz ki, utansın əlin açsın
	Sail qapısında verən ehsanı Əlidir! 
	Dağlar belə bu Xilqətə baş əydirə bilməz, 
	Dünyada da, üqbada da sultanı Əlidir! 
	* Şair: Seyyid Xilqət Şağlaseri 
	 
Şərh yazın