عن عمر و أنس و جابر بن عبدالله و غیر هم: قال رسول الله|:
علی منّی بمنزله هارون من موسی إلّا أنّه لا نبی (بعدی).
Ömər, Ənəs və Cabir ibn Abdullahdan nəql olunur:
Peyğəmbər (s) buyurdu: Əlinin mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir.(1)
səh:46
1- [1] . Əl- firdövs, 3: 62- 4173, Əlmöcəmül- kəbir, Təbərani, cild 2, hədis 2035, Əlcamiüs- səğir, Siyuti, hədis 5597. İbn Əbdülbirr İstiabda imam Əli ibn ƏbiTalibin tərcümeyi halında 3- cü cild səh, 35- də belə yazır: Peyğəmbərin (s) Əliyə buyurduğu bu kəlamı (sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir), Rəsuli əkrəmin bir çox səhabələrindən nəql olunubdur. Bu hədis sənəd baxımından ən üstün deyibdir: Bu hədis (sənəd baxımından) təvatür həddindədir. Hakim Həskani şəvahidüt- tənzildə (1, 152) belə yazır: Bu, o "mənzilət" hədisidir ki, bizim şeyximiz Əbuhazim onun barəsində deyir: Onu beşmin sənədlə yazmışam. Siyuti Dürrül- mənsur kitabında (3- 266), ibn Əsakir Tarixi Dəməşq kitabında (1, 307- 336) və ibn Həcər Əl- isabə kitabında (2- 905) Səd ibn əbu Vüqqasdan nəql ediblər: Əli ibn əbu Talib Allahın rəsulu ilə birlikdə Mədinədən çıxdılar. Həccətül- vidaya yetişən zaman Peyğəmbər (s) Təbuka gedirdi. O, ağladı və Peyğəmbərə (s) belə dedi: Məni qadınların və uşaqların arasında qoyub Təbuka (Təbuk döyüşünə) gedirsiniz?" Peyğəmbər (s) buyurdu: "Razı deyilsənmi ki, sənin mənə nisbət olan mövqeyin Harunun Musaya olan mövqeyi kimi olsun, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur?!" Həmçinin bax: Kənzül- ümmal, 13- 171- 36517, Məcməüz- zəvaid, 9- 110