Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir.
Şaban ayı mənəviyat dolu bir aydır. Bu ay mənəviyyat ayları hesab olunan 3 aydan ikincisidir. Hətta Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.
Bu ayın hər gecəsi üçün Peyğəmbər (s) tərəfindən namaz tövsiyə olunmuşdur.
15-ci gecə üçün 4 rəkənli namaz tövsiyə olunur.
Namazlar məğrib və işa namazları arasında 2 rəkət-2 rəkət qılınır.
Hər rəkətdə “Fatihə” surəsindən sonra 10 dəfə “İxlas” surəsi oxunur.
Hədislərdə qeyd olunur ki, namazı bitirdikdən sonra dərhal:
10 dəfə -یا رب اغفرلنا – Ya rəbb iğfir lənə
10 dəfə - یا رب ارحمنا – Ya rəbb irhəmnə
10 dəfə - یا رب تب علینا – Ya rəbb tub aleynə
Və 21 dəfə “İxlas” surəsin oxusun.
Qeyd edək ki, hicri təqvimi ilə yeni gün özündən qabaqkı günün məğrib azanı ilə başlayır. Yəni 14-cü günün şam azanı verilməklə həmin gün bitir və 15-ci günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Şam azanı verilməklə hicri təqvimi ilə yeni gün başlayır.
Şərh yazın