SƏS | RAMAZAN AYININ 11-Cİ GÜNÜNÜN DUASI

RAMAZAN AYI

-- Ramazan ayının gündəlik duaları

Ərəbcə:

اَللّـهُمَّ حَبِّبْ اِلَيَّ فيهِ الاِحْسانَ، وَكَرِّهْ اِلَيَّ فيهِ الْفُسُوقَ وَالْعِصْيانَ، وَحَرِّمْ عَلَيَّ فيهِ السَّخَطَ وَالنّيرانَ بِعَوْنِكَ يا غِياثَ الْمُسْتَغيثينَ

Duanın oxunuşu: Əllahummə həbbib iləyyə fihil ihsan, və kərrih iləyyə fihil fusuqə vəl isyan, və hərrim ələyyə fihis-səxətə vən-niran, biəvnikə ya ğiyasəl mustəğisin.  
Duanın tərcüməsi:  
İlahi, Öz yardımmınla bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəbin və cəhənnəm odunu haram et, ey fəryad edənlərin fəryadına yetən!

*****

İFTAR DUASI

اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

*****

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
11-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 20 Kovsər) 

Səs