Səs | RAMAZAN AYININ 19-CU GÜNÜNÜN DUASI

MÜBARƏK RAMAZAN AYI

-- Ramazan ayının gündəlik duaları

Ərəbcə:

 

اَللّـهُمَّ وَفِّرْ فيهِ حَظّي مِنْ بَرَكاتِهِ، وَسَهِّلْ سَبيلي اِلى خَيْراتِهِ، وَلا تَحْرِمْني قَبُولَ حَسَناتِهِ، يا هادِياً اِلَى الْحَقِّ الْمُبينِ

Duanın oxunuşu: Əllahummə vəffir fihi həzzi min bərəkatih, və səhhil səbili ila xəyratih, və la təhrimni qəbulə həsənatih, ya hadiyən iləl həqqil mubin.
Duanın tərcüməsi: İlahi, bu ayın bərəkətlərindən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbulundan məhrum etmə. Ey aşkar həqiqətə doğru hidayət edən!

*****

İFTAR DUASI

اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

*****

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:
19-cu gün - 50 rukət (Hər rukətdə 1 Həmd, 1 Zəlzələ)

Səs