Məsələ 1152: Namazı batil edən şəkklər bunlardır:
1. İki rük`ətli vacib namazların rük`ətlərinin sayında şəkk etmək. Məsələn,
sübh və müsafirin namazı. Amma müstəhəbb namazların rük`ətlərinin
sayında və ehtiyat namazının rük`ətlərində şəkk etmək namazı batil etməz.
2. Üç rük`ətli namazın rük`ətlərinin sayında şəkk etmək.
3. Dörd rük`ətli namazda bir rük`ət və ya çox qıldığına şəkk etmək;
4. Dörd rük`ətli namazda ikinci səcdəyə daxil olmazdan qabaq iki rük`ət,
ya çox qıldığına şəkk etmək;
5. İki-beş, ya iki və beşdən çox arasında şəkk etmək.
6. Üç-altı, ya üç və altıdan çox arasında şəkk etmək.
7. Dörd-altı, ya dörd və altıdan çox arasında şəkk etmək (aşağıda izah
olunacaqdır).
Məsələ 1153: İnsan batil edən şəkklərlə qarşılaşarsa, şəkki bərpa olana
qədər namazını pozmaması, namazın surəti pozuluncaya və ya yəqin və zənn
hasil etməkdən ümidsiz oluncaya qədər fikirləşməsi daha yaxşıdır.
Şərh yazın