Sual: Qurani Kərimin möcüzə olmasına dəlil nədir?
Cavab: Qurani Kərim Rəsulullahın(s) nübuvvətinə şahid olaraq digər kəlamlardan özünəməxsus şəkildə üstünlüyə malikdir. Belə ki heç bir kəs onun bənzərini yaratmaq qüdrətinə malik deyildir. Qurani Kərimin möcüzə olmağına bir çox dəlillər mövcuddur:
1-ci dəlil: O zamankı ərəb dünyasında şer və ədəbiyyatın böyük hünər və iftixar hesab olunmasına baxmayaraq onlar həmişə Quranın bəlağət və fəsahətinin qarşısında acizlik göstərmişdirlər. Buna görə də Qurani Kərim belə buyurur:
"De əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur´ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də onun bənzərini gətirə bilməzlər" (İsra/88)
Qurani Kərimi möcüzə edən mühüm məqamlardan biri də bu idi ki, Peyğəmbər(ə) elə bir halda bu əzəmətə sahib olmuşdur ki, heç kəsin yanında dərs almamış və əlinə qələm götürməmişdir.
2-ci dəlil: Qurani Kərimin müxtəlif mövzulara işarə vurmağına baxmayaraq onun mətnində heç bir paradoks və ziddiyyət müşahidə etmək mümkün deyildir. Necə ki, Qurani Kərimdə Allah təbarək və təala belə buyurur:
"Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar."
Lakin bilmək lazımdır ki, Qurani Kərimin möcüzələri bununla bitmir və buna dair dəlillər bundan da çoxdur.
Şərh yazın