Salman Farsi Peyğəmbər(s)in səhabələrindən biri idi.O islam dinini Həzrət Peyğəmbərin yanında kamil sürətdə öyrənmişdir və islam dininin kamil bir təbliğçilərindən hesab olunurdu.
Bir gün ona xəbər verdilər ki, "Zeyd ibn Suhan" ailəsin tərk edərək gecələri ibadət etməkə oyaq qalır və gündüzləri də oruc tutur. Salman, Zeyd barəsində onun həyat yoldaşından soruşmaq üçün evinə yollandı.Həyat yoldaşı onun evdə olmadığını Salmana bildirdi.Salman Zeydin həyat yoldaşına ləziz yeməklər bişirməyi, gözəl libaslar geyinməyi bildirdi və sonra Zeydi çağırmaq üçün adam göndərdi. Zeydin həyat yoldaşı Salmanın dediyini yerinə yetirdi. Eləki Zeyd evə gəldi və yemək hazır oldu, Salman Zeydə dedi: Gəl yemək ye!
Zeyd dedi: Mən orucam
Salman dedi: Yemək ye, narahat olma bu yemək sənin dininə zərər yetirməz. Məgər bilmirsən ki, bədəninin sənin üzərində haqqı var və gərək ona istirahət verəsən və həyat yoldaşının da sənin üzərində haqqı var? Yeməyini ye!
Beləliklə Zeyd, Salmanın göstərişləri ilə qəflət yuxusundan oyandı və öz düzgün olmayan yaşayış tərzindən əl götürdü və düzgün yaşayışı özü üçün rəhbər seçdi.
Belə nəticəyə gəlmək olar ki, islam müsəlmanalara ailə uşağı tərk etməyi və halal yeməkləri özlərinə haram etməyi və eləcədə ailə qurmaq və intim həyatdan uzaq olmağı və ibadət və riyazət bəhanəsi ilə öz təbii istəklərinə göz yummağı icazə verməmişdir. Hər bir müsəlmanın vəzifəsidir ki, dini və dünyəvi işlərdə ifrat və təfritdən çəkinərək,müqəddəs dinimizin buyurduğu orta mövqeydən kənara çıxmasın.
Şərh yazın