﴿اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ﴾
Allahü la ilahə illa hüvəl həyyül qəyyum
Rəhman və Rəhim olan Allahın adı ilə
Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur. (Ali İmran surəsi, 2)
- “Qəyyum” o varlığa deyilir ki, bir başqasına söykənməmiş olsun. Hamının söykəndiyi və ya hamıya dayaq olan varlıq qəyyumdur.
- Allah yaratmaqda kamil, tədbir və hakimiyyətə malikdir. Maddi amillər və səbəblər yaranış vasitələridir. Amma bu səbəblər müstəqil deyil, onları səbəb edən var. Digər mövcudlarda müstəqil olan elm, həyat və qüdrət yoxdur. Yalnız Allah bir mövcudun diriliyini təmin edən bir diridir və hamı Ondan asılıdır.
“Cövşən-Kəbir” duasında oxuyuruq: O, hər bir diridən qabaq diri və hər bir diridən sonra diridir. Heç bir diri Ona şərik deyil və O, ehtiyacsızdır. Bütün dirilərin canı və ruzisi Onun əlindədir. O elə bir diridir ki, öz diriliyini bir başqasından irs almamışdır.”
[NUR TƏFSİRİ - İKİNCİ CİLD - MÜƏLLİF: MÖHSÜN QƏRAƏTİ - TƏRCÜMƏ EDƏN: HACI ARZU]
Digər bir nüsxədə: Übəyy ibn Kəb Peyğəmbərdən (s ə v v) nəql etmişdir ki, Həzrət buyurdu: Hər kəs Ali İmran surəsini oxusa, Allah-taala bu surənin hər ayəsinin müqabilində Cəhənnəm körpüsündən keçmək üçün amannamə (keçid vərəqəsi) əta edəcək.
İbn Abbas deyir: Rəsuli-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Ali-İmran surəsini cümə günü gün batançağına qədər oxusa, Allah və Mələkləri onun üçün salam göndərərlər. Burəydə deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Bəqərə və Ali-İmran surəsini öyrənin Çünki onların ikisi bir nurdur. Qiyamət günü onları bilən şəxs üçün bu surələr iki bulud, iki pərdə, yaxud iki cərgədən ibarət quşlar kimi kölgə salacaqdır.
Yuxudan oyandıqda öz ətrafınıza baxın və Ali-İmran surəsinin sonunu "İnnə fi xəlqissəmavati-dən La təxliful miada kimi oxusanız çox faydalıdır." (Ali-İmaran 190-194)
Əgər bu ayəni ağrıyan yerə (üzvə) oxusanız şifa tapar:
-Bismillahir-rəhmanir-rəhim. "Rəbbəna la tuziğ qulubəna bəədə izhədəytəna və həbləna minlədunkə rəhmətən. İnnəkə əntəl vəhhab."
İbn Məsud deyir: Allahın rəsulundan (s.ə.v.v) eşitdim ki, belə buyurdu: Hər kəs (aşağıdakı) bu ayəni oxusa, Allah Qiyamət günündə ona buyurar: Ey bəndəm, mənim əhdimə vəfa etdin və əmanətimi yerinə yetirdin ki, o yeganəlik və tövhiddən ibarətdir, və məndə öz əhdinə vəfa edənlərin ən ləyaqətlisiyəm. Bəs ey mənim Mələklərim Behiştin qapılarını açın ki, o hansı qapıdan istəyirsə, daxil olsun. Ayə "Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəlməlaikətu və ulul-elmi Ğaimən bilqisti-dən və tərzuqu məntəşau biğəyri hisab"-a kimi (Ali İmran 18-27) .
Bir kəs evdən xaric olanda (çıxanda) Ali-İmran surəsinin axırıncı ayələrini, Qədr, həmd və "Ayətəl-kürsü”nü oxusa, dünyada və axirətdə hacətləri qəbul olunacaq.
Allah buyurur: "Rəbbəna və atina ma və ədtəna" surənin axırı kimi (194-cü ayədən 200-ci ayəyə qədər) Çünki Allah-taaladan vədə xilaf çıxmaq caiz deyil. Beləliklə "Atina ma və ədtəna"-dan məqsəd Allahın dərgahına zarıldayıb ağlamaq və Allahdan başqasından rabitəni kəsməkdir. Allahın buyurduğu bunun kimidir, "Rəbbihkum bilhəqqi" (Ənbiya-112)
Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət olunub ki, Allah hər bir kəsə savab vədəsi versə, əlbəttə ona vəfa edəcək, və hər kəsə əzab vədəsi versə, əgər istəsə, əzab verəcək, və əgər istəməsə əzab verməyəcək bu iş onun öz ixtiyarındadır. Həqiqətən Nəbiyyi-Əkrəm (s.ə.v.v) həmişə buyurardı: Hər kəs gecə bu ayələri (Ali İmran surəsinin axırını) oxusa, elə bilki, bütün gecəni ibadət etmişdir. Həzrəti Sadiqdən (ə) nəql olunub ki, hər kim üçün çətinlik qarşıya çıxsa, beş dəfə "rəbbəna" desin, haqq-taala onun müşkülünü həll edər. O həzrətdən soruşdurlar: Yəbnə Rəsullah bunun mənbəyi nədir? (haradandır.) Buyurdu ki, Allah-taala bu beş kələmənin (Ali İmran 194) "Rəbbəna və atina, ma vəədtəna əla rusulik" bərəkətinə görə möminin duasını icabət (qəbul) edib buyurdu: "Fəstəcabə ləhum rəbbuhum" (Ali İmran 195)
Ali İmran surəsinin 25-ci ayəsində Allah-taala buyurur: "Qulillahummə malikəl-mulki tutil mulkə mən təşau biğəyri hisab"a qədər.
Yəni: "De İlahi! Ey hökumət maliki, hər kimə istəsən hökumət verirsən, və hər kimdən istəsən hökuməti alırsan və hər kəsə istəsən izzət verərsən, və hər kimi istəsən zəlil və xar edərsən, bütün yaxşılıqlar sənin əlindədir. Sən hər şeyə qadirsən"
İşlərin açılması və dövlətli olmaq üçün bu ayəni 350 dəfə oxusun. "Qul innəl fəzlə biyədillahi yutihi mən yəşau, vəllahu vasiun əlim." (Ali-İmran-73).
Allahın Rəsulundan (s.ə.v.v) rəvayət olunub ki, hər kəs cümə axşamı Ali İmran surəsini oxusa, Qiyamətdə ona iki qanad verərlər ki, ildırım surəti ilə sirat körpüsündən keçər.
İbn Abbas Həzrəti Rəsuldan (s.ə.v.v) rəvayət edir ki: Hər kəs cümə günü Ali-İmran surəsini oxusa, haqq-taala və Mələklər günəş batana qədər ona səlavat göndərərlər.
Həzrəti-Rəsul (s.ə.v.v) buyurub: Bəqərə və Ali-İmran surəsini öyrənin ki, işıq saçandırlar. Yəni bu iki surə nur verən və işıqlandırandırlar. Bu iki bulud parçası kimi başının üstündə kölgə salacaqlar.
Həzrət-Rəsuldan (s.ə.v.v) ayrı bir rəvayətdə nəql olunur ki, hər kəs cümə axşamı Ali-İmran surəsini oxusa, Qiyamət günü ona iki qanad verərlər ki, onun vasitəsilə sirat körpüsündən ildırım sürəti ilə keçər.
Başqa bir rəvayətdə nəql olunub ki, Məad Cəbəl rəvayət edir ki, tələbkarların borcunu tələb etməsinə görə bir cümə namazında iştirak edə bilmədim. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyrurdu: Ey Məad! hansı şey səni cümə namazından saxladı? Dedim: Ey Rəsuləllah (s.ə.v.v) Yuhənna Yəhudinin neçə vəqyə (kilo) (rətlin on ikidə biri) buğdası mənim boyunumda qalmışdı və məni namaza gəlməyə qoymadı. Buyurdu: "Qulillahummə malikəl mulkə tutil mulkəni biğəyri hisab" ayəsinə qədər oxu və de: "Ya rəhmanud-dunya vəl axirəti və rəhməhuma naqizun ənni dinni."
Hər kəs bu ayəni qeyd olunan dua ilə oxusa, əgər onun yer kürəsi qədər borcu olmuş olsa, haqq-taala onu əta edər. (La həvla və la qüvvətə illa billah).
Şərh yazın