Bəla həm insanların Allaha dönüşü üçün bir xəbərdarlıq[1], həm də insanlar üçün bir sınaqdır[2]. Əlbəttə, insan daim imtahandadır; bəzən sağlamlığı, bəzən də xəstəliyi ilə[3]. İmtahan edən Allah-Taala olsa da, müsibətlərin kökünü öz əməllərinizdə axtarın[4]. Bəzən pis rəftarlarınız təbiətə də təsir göstərir[5].
Günahdan uzaq olun[6] və namazdan yardım istəyin[7]. Qələbəlik sirri səbir və müqavimətdədir[8]. İstiğfar (tövbə) edin ki, Allahın rəhməti sizə də şamil olsun[9]. İstiğfar edən xalqa Allah əzab verməz[10]. Allah dərgahında bağışlanmağınız üçün Peyğəmbəri-Əkrəmi (s) vasitə seçin[11].
Ölümdən qorxmayın, çünki Allahın izni olmadan kimsə ölməz[12]. Əgər Allah istəməsə, sizə heç bir zərər yetməz[13]. Allah bir-birinizə yaxşılıq etməyi tövsiyə edir[14]. Əgər imkanınız varsa, yoxsullara kömək edin[15]. Bacardığınız qədər problemi həll etmək üçün bir-birinizə yarım edin[16].
[1] “Səcdə”/21.
[2] “Ənkəbut”/2.
[3] “Ənbiya”/35.
[4] “Şura”/30.
[5] “Rum”/29.
[6] “Ali-İmran”/186.
[7] “Bəqərə”/45.
[8] “Bəqərə”/155.
[9] “Nəml”/46.
[10] “Ənfal, 33.
[11] “Yusif”/97.
[12] “Ali-İmran”/145.
[13] “Ənam”/17.
[14] “Nəhl”/90.
[15] “Təlaq”/7.
[16] “Maidə”/2.
Maide.Az
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın