Ziyaos-salehin günün hədisini təqdim edir:
İmam Əli (ə) alimləri dərəcələrə ayırıb, dəstələrə bölərkən belə buyurur:
الْعُلَماءُ رَجُلانِ، رَجُلٌ عالِمٌ آخِذٌ بِعِلْمِهِ فَهَذا ناج وَ رَجُلٌ تارِكٌ لِعِلْمِهِ فَهَذا هالِكٌ وَ اِنَّ اَهْلَ النَّارِ لَيَتَأَذَّونَ مِنْ ريحِ الْعالِمِ التّارِكِ لِعِلْمِهِ وَ إِنَّ أَشَّدَ أَهْلَ النّارِ نَدامَةً وَ حَسْرَةً رَجُلٌ دَعا عَبْدَاً إِلى اللّهِ سُبْحانَهُ فَاسْتَجابَ لَهُ وَ قَبِلَ مِنْهُ فَأَطاعَ اللَّهَ فَأَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ وَ أَدْخَلَ الدّاعىَ النّارَ بِتَرْكِهِ عِلْمَهُ
“Alimlər iki dəstədirlər:
1. Birinci dəstə öz bildiklərinə əməl edib nicat taparlar.
2. İkinci dəstə isə elmlərinə əməl etmədikləri üçün həlak olarlar.
Şübhəsiz, Cəhənnəm əhli əməlsiz alimin pis qoxusundan əzab çəkər. Həqiqətən, Cəhənnəmdə ən peşman, ən həsrət çəkən şəxs o şəxsdir ki, bir bəndəni Allah-Taalanın yoluna dəvət edər və o da bu dəvəti qəbul edib Allaha itaət edər. Sonra Allah onu Cənnətə daxil edər, amma dəvət edəni öz elminə əməl etmədiyi üçün Cəhənnəmə atar.”
Mənbə : “Biharul-ənvar, c.2, səh.34.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın