April 25, 2020 03:30 AM
-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri
Ramazan ayının 1-ci gününün duası

Ramazan ayının 1-ci gününün duasının təfsiri

Bağışlayın Allahın adı ilə

Ramazan ayının 1-ci günün duası

اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِياً عَنِ الْمُجْرِمِينَ

Əllahumməc’əl siyami fihi siyaməs-saimin və qiyami fihi qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya afiyən ənil-mucrimin!

Tərcümə :

Allahım! Mənim bu aydakı orucumu (həqiqi) oruc tutanların oruclarından et. Mənim bu aydakı gecə oyaqlıqlarımı (həqiqi) oyaqların oyaqlıqlarından et. Ey aləmlərin mə'budu! Məni bu ayda qafillərin yuхusundan oyat və bu ayda günahımı bağışla. Ey günahkarları əfv edən! Məni bu ayda əfv et. 

Ramazan ayının 1-ci gününün duasının təfsiri

"Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et". 

Kimdir bu həqiqi oruc tutan? Üç cür oruc var. 
1.Ümumi
2. Xüsusi
3.Xüsusinin xüsusisi.

Ümumi oruc bütün camaatın tutduğu orucdur. Yemirlər, içmirlər, amma təəssüflər olsun naməhrəmə baxırlar, günah edirlər, hicablarına riayət etmirlər və s. Bir sözlə ümumi oruc budur ki, insan ancaq orucu batil edən işləri görmür.

Xüsusi oruc o orucdur ki, oruc tutan yemək, içmək və orucu batil edən işlərdən əlavə bədəninin bütün əzalarını günaha yolunu bağlayır. Səhər oruca başlarkən niyyət edir ki, Allahım mənim bütün əzalarım da oruc olacaq. Dilim qeybət etməyəcək, qulağım qeybət eşitməyəcək, gözüm harama baxmayacaq və s. Bax bu xüsusi orucdur. Hədislərdə buyrulub ki, oruc tutarkən gərək bütün əzaların da oruc olsun. Hətta başının tükləri də. Xanımlar gərək öz hicablarına çox diqqət etsinlər. Bu olur xüsusi oruc.

Bir də var xüsusinin xüsusisi. Bu cür oruc tutanın ürəyində Allahdan başqa heç nə yoxdur. Beləki Ramazan ayında bütün əməllər sırf Allah üçün olarsa, xüsusinin xüsusi mühəqqəq olar. Yəni oruc sırf Allaha xatir, gecə namazı sırf Allaha xatir, məscidə getmək sırf Allaha xatir, Quran oxumaq sırf Allaha xatir, namaz qılmaq sırf Allaha xatir olarsa bu xüsusinin xüsusi orucu sayılır. Həqiqi oruc tutan dedikdə bu nəzərdə tutulur. Çalışın Ramazan ayında qəlbinizdən digər şeyləri çıxardasınız. Çünki Əhya gecələri mələklər nazil olanda qəlbimizdə boş yer tapmır və geri qayıdır. Qəlbimiz dünyaya, övlada, qadına, evə, mülkə məhəbbətlə doludur. Ramazan ayı təzə başlaylb gərək elə olaq ki, əhyada mələklər gələndə qəlbimizdə boş yer tapsınlar. Keçək ikinci cümləyə.

"Mənim bu aydakı gecə oyaqlıqlarımı (namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (həqiqi namaz qılanların namazlarından) et".
Kimdir həqiqi oyaqlar? O kəslərdir ki, gecə namazlrında hönkür-hönkür ağlayarlar. Şeyx Abbas Quminin oğlu deyərdi ki, biz gecələr atamızın namazda hönkür-hönkür ağlamasına oyanardıq. Biz gecə namazını belə qılırıq? Biz gecə namazında o qədər yuxulu oluruq ki, az qala yataq. Həqiqi oyaqların oyaqlığı budur. Yəni gecə ibadətini eşqlə edənlərdən olaq. Xoruz da gecələr oyaq olur. Amma həqiqi gecə namazı qılanlar gecə namazı üçün saat qurmazlar. Eşq onları gecə namaza qaldırar. Həqiqi oyaqların oyaqlığından məqsəd budur. Üçüncü cümləyə keçək.

"Məni bu ayda qafillərin yuхusundan oyat"

Çox yaxşı duadır. Çünki qəflətdə olmaq ölümə bərabərdir. Ramazan ayının ilk günündə bizi qəflət yuxusundan ayılt. Nə qədər qəflətdəyik. Nə qədər qəflətdəyik. Nə qədər qəflətdəyik. İlahi, günahlardan bizi hali elə və günahlardan uzaqlaşa bilək. Və dördüncü cümlə.

"Bu ayda günahımı bağışla ey aləmdəkilərin mə’budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən"

Yəni ey bütün günahlardan keçən Allah, mənim də günahlarımın üzərindən keç. Beləliklə bu günün duası 4 cümlədən ibarət oldu ki, çoxları bu duanı oxuyurlar, amma açıqlamasını bilmirlər. İnşallah bu sözlər başqalarına da çatar və mənasını anlayalar.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın! - Ramazan ayının 1-ci gününün duasının təfsiri

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana