Bismillahir-rəhmanir-rəhim
Əgər bir kəs istehsal etməkdə çalışsa və istifadə etməkdə qənaət etsə, “həbbəbə iləykumul-iman”ın nümunəsinə çevrilər. Bilirsiniz ki, Hicaz və Mədinə suyu az olan yerlərdir. Həzrət Əmir (ə) dəfələrlə külüngünü götürüb, su çıxartmaq üçün quyular qazardı. Amma su çıxmırdı. Günlərin birində yorğun olduğu bir halda külüngünü götürüb qazıntı işinə başladı.
Qarşısına çıxan daşı kənara qoydu. Birdən yerdən su qaynadı. Həzrətin (ə) bağbanı deyir: Gördüm, bir tərəfdən çeşmədən su qaynayır, bir tərəfdən də həzrət (ə) vəqfin siğəsini oxuyur. İmam (ə) buyurdu: “Bu sədəqədir”. Bu Allaha xatir olan əməldir. İnsan hər nə etsə, onu özü ilə aparır. Belə adam ağıllıdır. Bəzən özü ilə yeri aparır, bəzən mağazanı, bəzən evi. Bəzən də Allaha xatir başqalarına etdiyi xidməti aparır.
Əməl o vaxt xalis olar ki, ona görə insan başqasından tərif gözləməsin. "Mənə təşəkkür etmədilər"deməsin .
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın