Məsələ 240: Əgər nişanlılıq dedikdə məqsəd ər ilə arvadın evlənmək qəsdində olduqları halda aralarında məhrəmliyə səbəb olacaq heç bir əqdin oxunmadığı zaman olarsa onlar bir-birinə naməhrəmdirlər və sair naməhrəmlərlə onların arsında heç bir fərq yoxdur.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta
* NƏTİCƏDƏ: Onların ləzzət qəsdi ilə bir-birlərinə baxmaları, əl verib görüşmələri, yaxud hər hansı növdən olan bədən təmasları, qapalı mühitlərdə xəlvət yerdə olmaları (əvvəldə deyilən şərtlər əsasında), bir-birinin yanında kifayət qədər islami hicaba və örpəyə riayət etməmələri, adətən ər-arvad arasında mövcud olan şəkildə bir-biri ilə ünsiyyətdə olmaları və s. iki naməhrəm şəxs arasında haram olan əlaqə hallarındandır ki, qızla oğlan ondan çəkinməlidir.