Həftənin günlərinin qısa zikrləri

Həftənin günlərinin qısa zikrləri

Dua kitablarında həftənin hər gününün, eləcə də ayın hər gününün və gecələrinin müstəhəb zikr və duaları qeyd edilmişdir. Bu zikr və duaların həcmi və oxunuş şərtləri fərqlidir. Onları oxumaq vacib deyil, müstəhəb sayılır, yəni bəyənilir və böyük savabı var. Həftənin hər günü üçün aşağıdakı zikrlərin 100 dəfə və daha artıq təkrar edilməsi gözəl əməldir:

Bazar ertəsi

یا قاضِیَ الْحاجات؛

“ya Qaziyəl-hacat” (ey ehtiyacları yerinə yetirən).

Çərşənbə axşamı

یا اَرْحَمَ الرّاحِمین؛

“ya Ərhəmər-rahimin” (ey rəhmlilərin ən rəhmlisi).

Çərşənbə

یا حَیُّ یا قَیّوم؛

“ya Həyyu ya Qəyyum” (ey hər kəsə həyat verən və hər kəsə dayanıqlıq bəxş edən).

Cümə axşamı

لا اِلهَ اِلّا اللهُ الْمَلِکُ الْحَقُّ الْمُبین؛

“la ilahə illəllahül-Məlikül-Həqqül-Mübin” (hər şeyin maliki, haqq və hər şeyə aydınlıq bəxş edən Allahdan savayı məbud yoxdur).

Cümə

اَللّهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ؛ 

 “Allahummə salli əla Mühəmmədin və ali-Mühəmməd və əccil fərəcəhum” (İlahi, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə, İmam-zamanın zühurunu tezləşdir).

Şənbə

یا رَبَّ الْعالَمین؛

“ya Rəbbəl-aləmin” (ey aləmlərin Rəbbi).

Bazar

یا ذَالْجَل الِ وَالْاِکْرام؛

“ya Zəl-cəlali vəl-ikram” (ey cəlal və kəramət sahibi).

 

Bu zikrilərin İstikerin Telegram üçün burdan yükləyin :

Günlərin Zikri

Hər Günün Zikri

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir