Mərhum İmam Rahil özünün «Təhrirül-vəsilə» kitabında yazır:
1. Quranda və yaxud hədislərdə onun haqqında cəhənnəm odu vədəsi verilsin.
2. Müqəddəs İslam şəriəti tərəfindən şiddətli surətdə qadağan olunsun.
3. Bir günahın başqa günahlardan böyük olmasına dəlilimiz olsun.
4. İnsanda olan sağlam ağıl, bir günahın böyük günah olmasını təsdiqləsin.
5. İlahi qayda və qanunlara əməl edən müsəlmanların zehnində belə fikir olsa ki, filan günah böyük günahdır.
6. Peyğəmbərimiz və yaxud İmamlarımız tərəfindən çatan hədislərdə bir günah böyük günah sayılsın. Müəllif sözünün davamında belə yazır:
1. Allahın rəhmətindən məyus olmaq;
2. Allahın əzabından həmişəlik özünü amanda güman etmək;
3. Allahın, Onun Peyğəmbərinin (s) və yaxud İmamlarımızın adından yalan demək;
4. Nahaqdan bir adamı öldürmək;
5. Ata və ananın üzünə ağ olmaq;
6. Zülm etməklə bir yetimin malını mənimsəmək;
7 İsmətli bir qadına zina ittihamını vurmaq;
8. Düşmənlə mübarizə (cihad) meydanından qaçmaq;
9. Yaxın qohum-əqrəbalarla rabitəni kəsmək;
10. Sehr və cadu etmək;
11. Zina; (qadınla kəbinsiz cinsi əlaqədə olmaq);
12. Həmcinsbazlıq (kişinin kişi, qadının qadın ilə əlaqədə olması);
13. Oğurluq;
14. Yalandan and içmək;
15. Şəhadət verməyin vacib olduğu yerlərdə, boyun qaçırmaq;
16. Yalandan məhkəmədə şəhadət vermək;
17. Əhdə vəfa qılmamaq;
18. Ölünün vəsiyyətinə əməl etməmək;
19. Şərab içmək;
20. Faiz yemək (sələmçilik);
21. Haram mal yemək;
22. Qumarbazlıq;
23. Qan və yaxud meytə (özü ölən heyvan) ətini yemək;
24. Donuz əti yemək;
25. Şəriət qayda və qanunları ilə kəsilməmiş heyvan ətini yemək; (Lakin çarəsizlik üzündən yemək istisna olunur).
26 Az satmaq (Müştərini tərəzidə aldatmaq);
27. Dinini qorumaqda təhlükə ilə üzləşəcəyi bir yerə köçmək;
28. Zalıma kömək etmək;
29. Zalım bir şəxsə arxalanmaq;
30. Başqalarının haqqını bilərəkdən və üzrlü səbəb olmadan özündə saxlamaq;
31. Yalan danışmaq;
32. Özünü başqalarından böyük saymaq;
33. İsraf etmək;
34. Xəyanət etmək;
35. Başqalarının qeybətini etmək;
36. Söz gəzdirmək (ara vurmaq məqsədilə);
37. Faydasız işlərlə məşğul olmaq;
38. «Həcc» fərizəsini yüngül saymaq;
39. Namazı tərk etmək;
40. Zəkat verməmək;
41. Kiçik günahı təkrarlamaq.
Böyük günahların arasında Allaha şərik qoşmaq, Allah-təalanın buyurduğu qayda və qanunları inkar etmək və Peyğəmbərimiz (s) və İmamlarımızla düşmənçilik ən böyük günahlar sayılırlar. 15
Sadaladığımız günahlar böyük günahların bir qismi idi. Həmçinin Qurana, Peyğəmbərə (s), İmamlarımıza və müqəddəs Kəbə evinə nalayiq sözlər demək də böyük günahlardan sayılır.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın