October 26, 2020 12:09 AM
Rəbiül-əvvəl ayının 9-cu gününün hadisələri

Rəbiül-əvvəl ayının 9-cu gününün hadisələri

1. Ömər ibn Xəttabın qətlə yetirilməsi

Ömər ibn Xəttab hicri təqvimi ilə 23-cü il, rəbiul-əvvəl ayının 9-cu günü, Müğeyrə ibn Şöbənin qulamı Firuz Əbu Lölönün vurduğu bir neçə xəncərdən adlığı yara nəticəsində dünyadan getdi. Əhli-sünnənin nəzərinə əsasən o, 26 zil-hiccə, çərşənbə günü ölüb. (“Təqvimuş-şiə”, səh. 78)

––––––––––––––––––––––––––––––––––

2. Ömər ibn Sədin qətlə yetirilməsi

Mərhum seyid Möhsün Amili “Əsdəqul-əxbar” kitabında yazır: Muxtar qiyam edən zaman Ömər ibn Sə`d gizlənmişdi. O, Muxtarın nəzərində çox möhtərəm bir adam olan Əbdullah ibn Cödəni vasitə təyin etdi ki, Muxtardan amannamə alsın. Muxtar yazdı: “Ömər ibn Səd yeni bir hadisə törətməyincə amandadır.” (O da bunu “yeni bir iş görməmək” kimi anladı.) Ömər Səd amannaməni aldıqdan sonra gizləndiyi yerdən çıxıb Muxtarın yanına getdi. Muxtar da ona ehtiram göstərib oturmaq üçün öz yanında yer verdi.

Bir gün Yezid ibn Şərahil, Məhəmməd ibn Hənəfiyyənin ziyarətinə getmişdi. Muxtardan söhbət düşəndə o dedi: “Muxtar Hüseynin qatillərinə öz yanında yer verdiyi halda bizim şiələrimizdən olduğunu güman edir!”

Yezid ibn Şərahil bu söhbəti Kufədə Muxtara çatdırdı. Muxtar da Ömər Sədi qətlə yetirmək qərarına gəldi və öz dostlarına dedi: –Sabah elə bir adamı öldürəcəyəm ki, ayaqları yekədir, gözləri çuxura düşmüşdür. Onu öldürməyimlə möminlər sevinəcək.

Heysəm Nəxəi orada idi. O, anladı ki, Muxtarın bu sözdə məqsədi, Ömər Sə`ddir. Buna görə də öz oğlunu Ömər Sədin yanına göndərib ona xəbər verdi. Ömər Səd təəccüblə dedi: –Amannamə verdiyi halda məni necə öldürə bilər?!

Sonra öz oğlu Həfsi Muxtarın yanına göndərdi ki, amannaməyə sadiq olub-olmamasını soruşsun. Muxtar ona dedi: – Otur!

Sonra astadan Əbu Ömrə Keysaniyə göstəriş verdi ki, iki nəfərlə birlikdə Ömər Sədi tutub öldürsünlər. Əbu Ömrə, Ömər ibn Sədin yanına gedib dedi: – Əmir səni çağırır!
Ömər Səd ayağa qalxmaq istədikdə ayağı ilişdi və yerə yıxıldı. Əbu Ömrə, bir qılınc zərbəsi ilə onun başını bədənindən ayırdı və öz ətəyində Muxtarın yanına gətirdi. Muxtar Həfsə dedi: – Bu başı tanıyırsanmı?

Həfs dedi: – Bəli, tanıyıram! Ondan sonra həyatın heç bir mənası yoxdur!

Muxtar dedi: – Düz deyirsən?!

Sonra göstəriş verdi ki, onu da öldürsünlər. Sonra onun da başını atasının başının yanına qoyub dedi: – Əgər Qureyşın dörddə-üçünü öldürsəm, imam Hüseyn (əleyhis-salam)-ın bir barmağının bəndinin əvəzi olmaz!

Sonra başları Məhəmməd Hənəfiyyənin yanına göndərdi. Məhəmməd kəsik başları gördükdə səcdəyə düşüb dedi: – Muxtara heç bir məzəmmət yoxdur. Pərvərdigara, Muxtarının bu gününü unutma! Peyğəmbər Əhli-beyti tətəfindən ona ən yaxşı mükafat ver! (“Həvadisul-əyyam”, səh. 84)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana