Kəsa hədisi

Kəsa hədisi

“Əvalim” kitabında mötəbər sənədlə Cabiribni Abdullah Ənsari, Peyğəmbərin qızı Fatimə Zəhra (s)-dan nəql edərək Həzrətin belə buyurmasını nəql edir:

Kəsa hədisinin tərcüməsi

Bir gün atam Rəsulullah (Allahın salamı olsun ona və Əhli-beytinə) mənim yanıma gəlib dedi: “Salam olsun sənə, ey Fatimə!”

Mən dedim: “Sənə də salam olsun!” Buyurdu: “Bədənimdə yorğunluq hiss edirəm.” Dedim: “Atacan, bu yorğunluqdan səni Allaha tapşırıram.”

Buyurdu: “Ey Fatimə, “yəmani əba”mı gətir, üstümə sal!” Mən onu gətirib, atamın üstünə saldım və sonra üzünə baxdım. O həzrətin üzü bədirlənmiş bütöv ay tək parlayırdı.

Bir az keçməmişdi ki, oğlum Həsən (ə) yanıma gəlib dedi: “Anacan, salam olsun sənə!” Dedim: “Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!”

Dedi: “Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, cəddim Rəsulullahın (Allahın salamı olsun ona və Əhli-beytinə) qoxusudur.”

Dedim: “Bəli, cəddin əbanın altındadır.” Həsən əbaya tərəf gedib dedi: “Salam olsun sənə, ey cəddim, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də səninlə birgə əbanın altına daxil olum?”

Həzrət buyurdu: “Salam olsun sənə, ey oğlum, ey hovuzumun (Kövsər hovuzu) sahibi! Sənə icazə verdim.” O, Rəsulullahla birgə əbanın altına girdi.

Çox çəkmədi ki, oğlum Hüseyn yanıma gəlib dedi: “Anacan, salam olsun sənə!” Dedim: “Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!” O dedi: “Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, cəddim Rəsulullahın qoxusudur.”

Dedim: “Bəli, cəddin və qardaşın əbanın altındadır.” Hüseyn əbaya yaxınlaşıb dedi: “Salam olsun sənə, ey cəddim! Salam olsun sənə, ey Allahın bəyənib-seçdiyi! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?”

Həzrət buyurdu: “Salam olsun sənə, ey oğlum, ey ümmətimin şəfaətçisi! Sənə icazə verdim.” O, onlarla birgə əbanın altına girdi.

Bu zaman Əbülhəsən Əli ibn Əbu Talib (ə) gəlib dedi: “Salam olsun sənə, ey Rəsulullahın qızı!” Dedim: “Salam olsun sənə, ey Əbülhəsən, ey Əmirəlmöminin!”

Dedi: “Ey Fatimə, səndən ətirli bir qoxu duyuram; elə bil, qardaşım və əmim oğlu Rəsulullahın qoxusudur.” Dedim: “Bəli, o həzrət sənin iki oğlunla birgə əbanın altındadır.”

Əli əbaya tərəf gedib dedi: “Salam olsun sənə, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?”

Həzrət buyurdu: “Salam olsun sənə, ey qardaşım, canişinim, xəlifəm və bayraqdarım! Sənə icazə verdim.” Əli də əbanın altına girdi.

Sonra mən də əbaya tərəf gedib dedim: “Salam olsun sənə, atacan, ey Allahın Rəsulu! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?”

Həzrət buyurdu: “Salam olsun sənə, ey qızım, ey bədənimin bir parası! Sənə də icazə verdim.”

Hamımız əbanın altına daxil olduqda, atam Rəsulullah əbanın iki ucundan tutub, sağ əli ilə göyə işarə edərək dedi: “İlahi, bunlar mənim Əhli-beytim, xas və yaxın adamlarımdır, onların əti mənim ətim və qanı mənim qanımdır. Onlara əziyyət verən mənə əziyyət vermiş və onları narahat edən məni narahat etmişdir. Mən onlarla müharibə edənlə müharibədə və sülh edənlə sülhdəyəm. Onları düşmən bilənlə düşmənəm və onları sevəni sevirəm. Həqiqətən, onlar məndəndir və mən də onlardanam. (İlahi!) Öz salamını, bərəkətlərini, rəhmətini, məğfirət və razılığını mənə və onlara şamil et. Çirkinliyi onlardan uzaqlaşdır və onları tamamilə pak-pakizə et.”

Bu zaman Allah-Taala buyurdu: “Ey mələklərim və ey mənim səmalarımda sakin olanlar! Mən bina olmuş səmanı, döşənmiş yeri, nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini məhz əbanın altında olanların məhəbbətinə xatir yaratmışam.”

Cəbrail Əmin soruşdu: “Ey Rəbbim! Əbanın altındakılar kimdir?” Allah-Taala buyurdu: “Onlar Fatimə, onun atası, həyat yoldaşı və oğullarından ibarət nübüvvət Əhli-beyti və risalət mədənidirlər.”

Cəbrail soruşdu: “Ey Rəbbim! İcazə verirsənmi ki, mən də yer üzünə enib, onların altıncısı olum?” Allah buyurdu: “Bəli, sənə icazə verirəm.”

Cəbrail Əmin yer üzünə nazil olub dedi: “Salam olsun sənə, ey Allahın Rəsulu! Allah-Taala sənə salam yetirdi, səni Öz salamı və kəramətinə məxsus bildi və buyurdu: “İzzət və calalıma and olsun ki, mən bina olmuş səmanı, döşənmiş yeri, nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini sizə və sizin məhəbbətinizə xatir yaratmışam.” Allah mənə icazə verdi ki, sizinlə birgə əbanın altına girim. Ey Allahın Rəsulu, mənə icazə verirsənmi?”

Allahın Rəsulu dedi: “Salam olsun sənə, ey Allahın vəhyinin əmanətdarı! Bəli, sənə icazə verirəm!” Cəbrail də bizimlə birgə əbanın altına daxil oldu.

Mən atama dedim: “Həqiqətən, Allah sizə vəhy edərək buyurmuşdur: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləmək və sizi tamamilə pak etmək istəyir.”

Əli (ə) atama dedi: “Ey Allahın Rəsulu, mənə xəbər verə bilərsənmi ki, bizim əbanın altında olmağımızın Allah dərgahında fəziləti nədir?”

Peyğəmbər (Allahın salamı olsun ona və Əhli-beytinə) buyurdu: “Məni haqq olaraq peyğəmbərliyə və risalətə seçən, bəşəriyyətə xilaskar göndərənə and olsun ki, bizim bu xəbər yer əhlinin hər bir yığıncağında yad edilsə və həmin yığıncaqda bizim bir qrup şiələrimiz və bizi sevənlər iştirak etsə, onlara rəhmət nazil olar və onlar yığıncaqdan çıxıb gedənə qədər mələklər onları əhatə edib, onlara üçün (Allahdan) bağışlanma diləyərlər.

Əli (ə) dedi: “Allaha and olsun ki, biz və şiələrimiz nicat tapdıq. Kəbənin Rəbbinə and olsun!”

Atam Rəsulullah (Allahın salamı olsun ona və Əhli-beytinə) buyurdu: “Ey Əli! Məni haqq olaraq peyğəmbərliyə və risalətə seçən, bəşəriyyətə xilaskar göndərənə and olsun ki, bizim bu xəbər yer əhlinin hər bir yığıncağında yad edilsə və həmin yığıncaqda bizim bir qrup şiələrimiz və bizi sevənlər iştirak etsə, Allah onların qəmlərini dağıdar, qüssələrini aradan qaldırar və hacət diləyənin hacətini rəva edər.”

Əli (ə) dedi: “Bu zaman Allaha and olsun ki, nicat tapdıq və səadətə yetdik. Şiələrimiz də dünya və axirətdə nicat tapıb səadətə yetdilər. Kəbənin Rəbbinə and olsun!”

 

Kəsa hədisi Ərəbcə

عَنْ فاطِمَهَ الزَّهْراَّءِ عَلَیْهَا السَّلامُ بِنْتِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَیْهِ وَآلِهِ قالَ سَمِعْتُ فاطِمَهَ اَنَّها قالَتْ دَخَلَ عَلَىَّ اَبى رَسُولُ اللَّهِ فى بَعْضِ الاْیّامِ فَقالَ السَّلامُ عَلَیْکِ یا فاطِمَهُ فَقُلْتُ عَلَیْکَ السَّلامُ قالَ اِنّى اَجِدُ فى بَدَنى ضُعْفاً فَقُلْتُ لَهُ اُعیذُکَ بِاللَّهِ یا اَبَتاهُ مِنَ الضُّعْفِ فَقَالَ یا فاطِمَهُ ایتینى بِالْکِساَّءِ الْیَمانى فَغَطّینى بِهِ فَاَتَیْتُهُ بِالْکِساَّءِ الْیَمانى فَغَطَّیْتُهُ بِهِ وَصِرْتُ اَنْظُرُ اِلَیْهِ وَاِذا وَجْهُهُ یَتَلاَْلَؤُ کَاَنَّهُ الْبَدْرُ فى لَیْلَهِ تَمامِهِ وَکَمالِهِ

فَما کانَتْ اِلاّ ساعَهً وَاِذا بِوَلَدِىَ الْحَسَنِ قَدْ اَقْبَلَ وَقالَ السَّلامُ عَلَیْکِ یا اُمّاهُ فَقُلْتُ وَعَلَیْکَ السَّلامُ یا قُرَّهَ عَیْنى وَثَمَرَهَ فُؤ ادى فَقالَ یا اُمّاهُ اِنّى اَشَمُّ عِنْدَکِ راَّئِحَهً طَیِّبَهً کَاَنَّها راَّئِحَهُ جَدّى رَسُولِ اللَّهِ فَقُلْتُ نَعَمْ اِنَّ جَدَّکَ تَحْتَ الْکِساَّءِ فَاَقْبَلَ الْحَسَنُ نَحْوَ الْکِساَّءِ وَقالَ السَّلامُ عَلَیْکَ یا جَدّاهُ یا رَسُولَ اللَّهِ اَتَاْذَنُ لى اَنْ اَدْخُلَ مَعَکَ تَحْتَ الْکِساَّءِ فَقالَ وَعَلَیْکَ السَّلامُ یا وَلَدى وَیا صاحِبَ حَوْضى قَدْ اَذِنْتُ لَکَ فَدَخَلَ مَعَهُ تَحْتَ الْکِساَّءِ

فَما کانَتْ اِلاّ ساعَهً وَاِذا بِوَلَدِىَ الْحُسَیْنِ قَدْ اَقْبَلَ وَقالَ السَّلامُ عَلَیْکِ یا اُمّاهُ فَقُلْتُ وَعَلَیْکَ السَّلامُ یا وَلَدى وَیا قُرَّهَ عَیْنى وَثَمَرَهَ فُؤ ادى فَقالَ لى یا اُمّاهُ اِنّىَّ اَشَمُّ عِنْدَکِ راَّئِحَهً طَیِّبَهً کَاَنَّها راَّئِحَهُ جَدّى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَیْهِ وَآلِهِ فَقُلْتُ نَعَمْ اِنَّ جَدَّکَ وَاَخاکَ تَحْتَ الْکِساَّءِ فَدَنَى الْحُسَیْنُ نَحْوَ الْکِساَّءِ وَقالَ السَّلامُ عَلَیْکَ یا جَدّاهُ اَلسَّلامُ عَلَیْکَ یا مَنِ اخْتارَهُ اللَّهُ اَتَاْذَنُ لى اَنْ اَکُونَ مَعَکُما تَحْتَ الْکِساَّءِ فَقالَ وَعَلَیْکَ السَّلامُ یا وَلَدى وَیا شافِعَ اُمَّتى قَدْ اَذِنْتُ لَکَ فَدَخَلَ مَعَهُما تَحْتَ الْکِساَّءِ

فَاَقْبَلَ عِنْدَ ذلِکَ اَبُوالْحَسَنِ عَلِىُّ بْنُ اَبى طالِبٍ وَقالَ السَّلامُ عَلَیْکِ یا بِنْتَ رَسُولِ اللَّهِ فَقُلْتُ وَعَلَیْکَ السَّلامُ یا اَبَا الْحَسَنِ وَ یا اَمیرَالْمُؤْمِنینَ فَقالَ یا فاطِمَهُ اِنّى اَشَمُّ عِنْدَکِ رائِحَهً طَیِّبَهً کَاَنَّها راَّئِحَهُ اَخى وَابْنِ عَمّى رَسُولِ اللَّهِ فَقُلْتُ نَعَمْ ها هُوَ مَعَ وَلَدَیْکَ تَحْتَ الْکِساَّءِ فَاَقْبَلَ عَلِىُّ نَحْوَ الْکِساَّءِ وَقالَ السَّلامُ عَلَیْکَ یا رَسُولَ اللَّهِ اَتَاْذَنُ لى اَنْ اَکُونَ مَعَکُمْ تَحْتَ الْکِساَّءِ قالَ لَهُ وَعَلَیْکَ السَّلامُ یا اَخى یا وَصِیّى وَخَلیفَتى وَصاحِبَ لِواَّئى قَدْ اَذِنْتُ لَکَ فَدَخَلَ عَلِىُّ تَحْتَ الْکِساَّءِ

ثُمَّ اَتَیْتُ نَحْوَ الْکِساَّءِ وَقُلْتُ اَلسَّلامُ عَلَیْکَ یا اَبَتاهُ یا رَسُولَ اللَّهِ اَتَاْذَنُ لى اَن اَکُونَ مَعَکُمْ تَحْتَ الْکِساَّءِ قالَ وَعَلَیْکِ السَّلامُ یا بِنْتى وَیا بَضْعَتى قَدْ اَذِنْتُ لَکِ فَدَخَلْتُ تَحْتَ الْکِساَّءِ

فَلَمَّا اکْتَمَلْنا جَمیعاً تَحْتَ الْکِساَّءِ اَخَذَ اَبى رَسُولُ اللَّهِ بِطَرَفَىِ الْکِساَّءِ وَاَوْمَئَ بِیَدِهِ الْیُمْنى اِلَى السَّماَّءِ وَقالَ اَللّهُمَّ اِنَّ هؤُلاَّءِ اَهْلُ بَیْتى وَخاَّصَّتى وَحاَّمَّتى لَحْمُهُمْ لَحْمى وَدَمُهُمْ دَمى یُؤْلِمُنى ما یُؤْلِمُهُمْ وَیَحْزُنُنى ما یَحْزُنُهُمْ اَنَا حَرْبٌ لِمَنْ حارَبَهُمْ وَسِلْمٌ لِمَنْ سالَمَهُمْ وَعَدُوُّ لِمَنْ عاداهُمْ وَمُحِبُّ لِمَنْ اَحَبَّهُمْ اِنَّهُمْ مِنّى وَ اَنَا مِنْهُمْ فَاجْعَلْ صَلَواتِکَ وَبَرَکاتِکَ وَرَحْمَتَکَ وَغُفْرانَکَ وَرِضْوانَکَ عَلَىَّ وَعَلَیْهِمْ وَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهیراً

فَقالَ اللَّهُ عَزَّوَجَلَّ یا مَلاَّئِکَتى وَیا سُکّانَ سَمواتى اِنّى ما خَلَقْتُ سَماَّءً مَبْنِیَّهً وَلا اَرْضاً مَدْحِیَّهً وَلا قَمَراً مُنیراً وَلا شَمْساً مُضِیَّئَهً وَلا فَلَکاً یَدُورُ وَلا بَحْراً یَجْرى وَلا فُلْکاً یَسْرى اِلاّ فى مَحَبَّهِ هؤُلاَّءِ الْخَمْسَهِ الَّذینَ هُمْ تَحْتَ الْکِساَّءِ فَقالَ الاْمینُ جِبْراَّئیلُ یا رَبِّ وَمَنْ تَحْتَ الْکِساَّءِ فَقالَ عَزَّوَجَلَّ هُمْ اَهْلُ بَیْتِ النُّبُوَّهِ وَمَعْدِنُ الرِّسالَهِ هُمْ فاطِمَهُ وَاَبُوها وَبَعْلُها وَبَنُوها

فَقالَ جِبْراَّئیلُ یا رَبِّ اَتَاْذَنُ لى اَنْ اَهْبِطَ اِلَى الاْرْضِ لاِکُونَ مَعَهُمْ سادِساً فَقالَ اللَّهُ نَعَمْ قَدْ اَذِنْتُ لَکَ فَهَبَطَ الاْمینُ جِبْراَّئیلُ وَقالَ السَّلامُ عَلَیْکَ یا رَسُولَ اللَّهِ الْعَلِىُّ الاَْعْلى یُقْرِئُکَ السَّلامَ وَیَخُصُّکَ بِالتَّحِیَّهِ وَالاِْکْرامِ وَیَقُولُ لَکَ وَعِزَّتى وَجَلالى اِنّى ما خَلَقْتُ سَماَّءً مَبْنِیَّهً وَلا اَرْضاً مَدْحِیَّهً وَلا قَمَراً مُنیراً وَلا شَمْساً مُضَّیئَهً وَلا فَلَکاً یَدُورُ وَلا بَحْراً یَجْرى وَلا فُلْکاً یَسْرى اِلاّ لاَِجْلِکُمْ وَمَحَبَّتِکُمْ وَقَدْ اَذِنَ لى اَنْ اَدْخُلَ مَعَکُمْ فَهَلْ تَاْذَنُ لى یا رَسُولَ اللَّهِ فَقالَ رَسُولُ اللَّهِ وَعَلَیْکَ السَّلامُ یا اَمینَ وَحْىِ اللَّهِ اِنَّهُ نَعَمْ قَدْ اَذِنْتُ لَکَ فَدَخَلَ جِبْراَّئیلُ مَعَنا تَحْتَ الْکِساَّءِ فَقالَ لاِبى اِنَّ اللَّهَ قَدْ اَوْحى اِلَیْکُمْ یَقُولُ اِنَّما یُریدُ اللَّهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ اَهْلَ الْبَیْتِ وَ یُطَهِّرَکُمْ تَطْهیراً

فَقالَ عَلِىُّ لاَبى یا رَسُولَ اللَّهِ اَخْبِرْنى ما لِجُلُوسِنا هذا تَحْتَ الْکِساَّءِ مِنَ الْفَضْلِ عِنْدَاللَّهِ فَقالَ النَّبِىُّ وَالَّذى بَعَثَنى بِالْحَقِّ نَبِیّاً وَاصْطَفانى بِالرِّسالَهِ نَجِیّاً ما ذُکِرَ خَبَرُنا هذا فى مَحْفِلٍ مِنْ مَحافِلِ اَهْلِ الاَْرْضِ وَفیهِ جَمْعٌ مِنْ شَیعَتِنا وَمُحِبّینا اِلاّ وَنَزَلَتْ عَلَیْهِمُ الرَّحْمَهُ وَحَفَّتْ بِهِمُ الْمَلاَّئِکَهُ وَاسْتَغْفَرَتْ لَهُمْ اِلى اَنْ یَتَفَرَّقُوا فَقالَ عَلِىُّ اِذاً وَاللَّهِ فُزْنا وَفازَ شیعَتُنا وَرَبِّ الْکَعْبَهِ

فَقالَ النَّبِىُّ ثانِیاً یا عَلِىُّ وَالَّذى بَعَثَنى بِالْحَقِّ نَبِیّاً وَاصْطَفانى بِالرِّسالَهِ نَجِیّاً ما ذُکِرَ خَبَرُنا هذا فى مَحْفِلٍ مِنْ مَحافِلِ اَهْلِ الاَْرْضِ وَفیهِ جَمْعٌ مِنْ شیعَتِنا وَمُحِبّینا وَفیهِمْ مَهْمُومٌ اِلاّ وَفَرَّجَ اللَّهُ هَمَّهُ وَلا مَغْمُومٌ اِلاّ وَکَشَفَ اللَّهُ غَمَّهُ وَلا طالِبُ حاجَهٍ اِلاّ وَقَضَى اللّهُ حاجَتَهُ فَقالَ عَلِىُّ اِذاً وَاللَّهِ فُزْنا وَسُعِدْنا وَکَذلِکَ شیعَتُنا فازُوا وَسُعِدُوا فِى الدُّنْیا وَالاْخِرَهِ وَرَبِّ الْکَعْبَه.

 

Kəsa hədisinin Oxunuşu

Dəxələ ələyyə əbi rəsulullahi və alih, fi bə`zil əyyami fəqalə əssəlamu ələyki ya Fatiməh, fəqultu ələykəs səlamu qalə inni əcidu fi bədəni zu`fa, fəqultu ləhu uizukə billahi ya əbətahu minəz zu`f, fəqalə ya Fatimətu atini bil kisail yəmani fəğəttini bih, fə ətəytuhu bil kisail yəmani fəğəttəytuhu bih, və sirtu ənzuru iləyh, və iza vəchuhu yətələ`ləu kəənnəhul bədru fi ləyləti təmamihi və kəmalih, fəma kanət illa saətən və iza bivələdiyəl Həsəni qəd əqbəl, və qaləs səlamu ələyki ya ummah, fəqultu və ələykəs səlam, ya qurrətə əyni və səmərətə fuadi, fəqalə ya ummahu inni əşəmmu indəki raihətən təyyibəh, kəənnəha raihətu cəddi rəsulillah, fəqultu nəəm innə cəddəkə təhtəl kisa, fə əqbələl Həsənu nəhvəl kisa, və qaləs səlamu ələykə ya cəddahu ya rəsuləllah, ətə`zənu li ən ədxulə məəkə təhtəl kisa, fəqalə və ələykəs səlamu ya vələdi və ya sahibə həvzi, qəd əzintu lək, fədəxələ məəhu təhtəl kisa, fəma kanət illa saəh, və iza bivələ-diyəl Husəyni qəd əqbəl, və qaləs səlamu ələyki ya ummah, fəqultu və ələykəs səlamu ya vələdi və ya qurrətə əyni və səmərətə fuadi, fəqalə li ya ummah, inni əşəmmu indəki raihətən təyyibəh, kəənnəha raihətu cəddi rəsulillah, fəqultu nəəm innə cəddəkə və əxakə təhtəl kisa, fədənil Husəynu nəhvəl kisa, və qaləs səlamu ələykə ya cəddah, əssəlamu ələykə ya mənixtarəhullah, ətə`zənu li ən əkunə məəkuma təhtəl kisa, fəqalə və ələykəs səlamu ya vələdi və ya şafaiə umməti, qəd əzintu ləkə fədəxələ məəhuma təhtəl kisa, fəəqbələ ində zalikə əbul Həsəni Əliyyubnu Əbi Talib, və qaləs səlamu ələykə ya bintə rəsulillahi fəqultu və ələykəs səlamu ya Əbəl Həsəni və ya əmirəl mu`minin, fəqalə ya Fatimətu inni əşəmmu indəki raihətən təyyibəh, kəənnəha raihətu əxi vəbni əmmi rəsulillah, fəqultu nəəm ha huvə məə vələdəykə təhtəl kisa, fə əq-bələ Əliyyun nəhvəl kisa, və qaləs səlamu ələykə ya rəsu-ləllah, ətə`zənu li ən əkunə məəkum təhtəl kisa, qalə ləhu və ələykəs səlamu ya əxi və ya vəsiyyi və xəlifəti və sahibə livai, qəd əzintu ləkə fədəxələ Əliyyun təhtəl kisa, summə ətəytu nəhvəl kisa, və qultus səlamu ələykə ya əbətahu ya rəsuləllah, ətə`zənu li ən əkunə məəkum təhtəl kisa, qalə və ələykis səlam, ya binti və ya bəz`əti qəd əzintu ləki fədəxəltu təhtəl kisa, fələmməktəməlna cəmiən təhtəl kisa, əxəzə əbi rəsulullahi bitərəfil kisa, və əvməyə biyədihil yumna iləs səmai və qal, Əllahummə innə haulai əhlu bəyti və xassəti və hamməti, ləhmuhum ləhmi və dəmuhum dəmi, yu`limuni ma yu`limuhum, və yəhzununi ma yəhzunuhum, ənə hərbun limən harəbəhum və silmun limən saləməhum, və əduvvun limən adahum, və muhibbun limən əhəbbəhum, innəhum minni və ənə minhum fəc`əl sələvatikə və bərəkatikə və rəhmətək, və ğuf-ranəkə və rizfanəkə ələyyə və ələyhim, və əzhib ənhumur ricsə və təhhirhum təthira, fəqa-ləllahu əzzə və cəll, ya məlaikəti və ya sukkanə səmavati, inni ma xələqtu səmaən məbniyyəh, və la ərzən mədhiyyətən və la qəmərən munira, və la şəmsən muziətən və la fələkən yəduru və la bəhrən yəcri, və la fulkən yəsri, illa fi məhəbbəti haulail xəmsətilləzinə hum təhtəl kisa, fəqaləl əminu Cəbrailu ya rəbbi və mən təhtəl kisa, fəqalə əzzə və cəllə hum əhlu bəytin nubuvvəti və mə`dinur risaləh, hum Fatimətu və əbuha və bə`luha və bənuha, fəqalə Cəbrailu ya rəbbi ətə`zənu li ən əhbitə iləl ərzi liəkunə məəhum sadisa, fəqaləllahu nəəm qəd əzintu ləkə fəhəbətəl əminu Cəbrail, və qaləs səlamu ələykə ya rəsuləllahil əliyyul ə`la, yuqriukəs səlam, və yəxussukə bit təhiyyəti vəl ikram, və yəqulu ləkə və izzəti və cəlali inni ma xələqtu səmaən məbniyyəh, və la ərzən mədhiy-yətən və la qəmərən munirən və la şəmsən muziəh, və la fələkən yəduru və la bəhrən yəcri və la fulkən yəsri, illa liəclikum və məhəbbətikum, və qəd əzinə li ən ədxulə məəkum, fəhəl tə`zənu li ya rəsuləllah, fəqalə rəsulullahi və ələykəs səlam, ya əminə vəhyəllahi innəhu nəəm qəd əzintu lək, fədəxələ Cəbrai-lu məəna təhtəl kisa, fəqalə biəbi innəllahə qəd əvha iləy-kum yəqul, innəma yuridullahu liyuzhibə ənkumur ricsə əhləl bəyti və yutəhhirəkum təthira, fəqalə liəbi ya rəsuləllahi əxbir-ni ma liculusina haza təhtəl kisa, minəl fəzli indəllah, fəqalən nəbiyy, vəlləzinə bəəsəni bil həqqi nəbiyyən vəstəfani bir risaləti nəciyya, ma zukirə xəbəruna haza fi məhfilin min məhafili əhlil ərz, və fihi cəm`un min şiətina və muhhibina, illa və nəzələt ələyhimur rəhmətu və həffət bihimul məlaikəh, vəstəğfərət ləhum ila ən yətəfər-rəqu, fəqalə Əliyyun izən vəllahi fuzna və fazə şiətuna və rəbbil kə`bəh, fəqalən nəbiyyu saniyən ya Əliyyu vəlləzi bəəsəni bil həqqi nəbiyya, vəstəfani bir risaləti nəciyya, ma zukirə xəbəruna haza fi məhfilin min məhafili əhlil ərz, və fihi cəm`un min şiətina və muhibbina, və fihim məhmumun illa və fərrəcəllahu həmməh, və la məğmumun illa kəşəfəllahu ğəmməh, və la taliu hacətin illa və qəzəllahu hacətəh, fə qalə Əliyyun izən vəllahi fuzna və suidna, və kəzalikə şiətuna fazu və suidu fid dunya vəl axirəh, və rəbbil Kə`bəh.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana