Xüsusi zikrlər
bəd nəzər duası

Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?

Sual : Quranın hansı ayəsi göz dəymənin qarşısını almaq üçün faydalıdır?

Qısa cavab :

Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə alsaq göz dəymə barəsində nazil olduğunu bilərik.

Bundan əlavə rəvayətlərdə göz dəymədən amanda qalmaq üçün başqa surələrə də işarə olunmuşdur; o cümlədən "Nas", "Fələq" "Həmd" və "Tövhid" surələri. Beləliklə bir çox təfsirlərdə işarə olunmuş ayənin təfsiri zamanı, bu surələrin də oxunmasına sifariş olunmuşdur.

 

Ətreaflı cavab:

Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.

Bəzi rəvayətlər onun həqiqət olduğunu təsdiqləyir. "Durrul- mənsur" kitabında Peyğəmbərdən (s) rəvayət olmuşdur ki, o həzrət buyurdu: Göz dəymə məsələsi həqiqətdir. Və yenə buyurdu: Göz dəymə (nəzər) sağlam insanı qəbrə və sağ dəvəni isə qazanda qərar verir.[Durrul- mənsur, səh 651]

Əmirəl- möminin Əli (ə) buyurur: Allahıpn rəsulu (s) imam Həsən (ə) və imam Hüseyn (ə) üçün "riqyə" (məqsəd o dualardır ki, yazılır və insanlar nəzərdən amanda qalmaq üçün özlərində saxlayırlar; ona təviz də deyilir).

Tutub bu duanı oxudu:

«أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ»

Yəni: Sizin üçün pənah aparıram Allahın kamil sözlərinə və onun gözəl adlarına o hər bir şərdən nicat verən və şərrin böyüklərindən (rəhbərlərindən) ki, bir varlıqdırlar gözlə görünməyirlər; və hər bir pis (bəd nəzər) gözün şərrindən ki, insana ziyan vurur və həsəd edən şəxslərin həsədindən ki, insana həsəd aparır... sonra Peyğəmbər (s) buyurdu: İbrahim (ə), İshaq və İsmayıl (ə) üçün bu cür təviz (pənah aparmaq) etmişdi.[

Əl- kafi, cild 2, səh 569, hədis 3 -

 «عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ أَبِیهِ عَنْ بَعْضِ أَصْحَابِهِ عَنِ الْقَدَّاحِ عَنْ أَبِی عَبْدِ اللَّهِ (علیه السلام) قَالَ قَالَ أَمِیرُ الْمُؤْمِنِینَ (علیه السلام) رَقَى النَّبِیُّ (صلی الله علیه وآله وسلم) حَسَناً وَ حُسَیْناً فَقَالَ أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ثُمَّ الْتَفَتَ النَّبِیُّ (صلی الله علیه وآله وسلم) إِلَیْنَا فَقَالَ هَکَذَا کَانَ یُعَوِّذُ إِبْرَاهِیمُ إِسْمَاعِیلَ وَ إِسْحَاقَ»]

Nəhcül- bəlağə hikmət- 400- də gəlmişdir: Nəzər həqiqətdir və ondan amanda qalmaq üçün dualardan istifadə etmək də həqiqət və haqqdır.[Nəhcül- bəlağə, səh 547 - «العین حق والرقی حق»]

Bu rəvayətdən məlum olur ki, nəzər və göz dəymə xurafat olan bir şry deyil, bəlkə bir həqiqətdir ki, zahirdə baş verir və onun qarşısını almaq üçün də yolları vardır.

Məşhurdur ki, Qələm surəsinin 51- ci ayəsi gözdəymə amanda qalmaq üçün çox təsiri vardır.

Bu ayədə Allah- Taala Peyğəmbərə (s) buyurur: Az qalır ki, kafirlər Quran ayələrini eşitdikdə, nəzərlə səni aradan aparsınlar və deyirlər: "o dəlidir!"[Qələm surəsi, ayə 51 - «وَ إِن یَکاَدُ الَّذِینَ کَفَرُواْ لَیزُْلِقُونَکَ بِأَبْصَارِهِمْ لَمَّا سمَِعُواْ الذِّکْرَ وَ یَقُولُونَ إِنَّهُ لمََجْنُونٌ» - Əl- mizan təfsiri, Əllamə təbatəbayi, cild 19, səh 636]

Bu ayənin nazil olması barəsində gəlmişdir: Bəni Əsəd qəbiləsindən bir nəfər, bəzi vaxtlar üç günlərlə aclıq çəkirdi və ondan sonra hər bir şeylə qarşılaşırdısa deyirdi: onun kimisini bu günə kimi görməmişəm və bu zaman o əşyaya ziyan dəyirdi. Bəziləri istəyirdilər bu işi Peyğəmbərin (s) haqqında da həyata keçirsinlər. Amma Allah- Taala Peyğəmbəri ondan amanda saxladı.[Əl- Kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1278. çap darul- hədis]

Əllamə Təbatəbai bu ayənin tozihində buyurur: "Gözdəymə ilə nəzər etmək"- dən məqsəd, bütün təfsir alimlərinin nəzərində göz dəymədir ki, özü nəfsin təsir qoyduğu əlamətdir və onu rədd etməyə ağıl dərk edən heç bir dəlilimiz yoxdur. Bəlkə bir çox hadisələr müşahidə olunmuşdur ki, gözdəymə və nəzər nəticəsində baş vermişdir. Beləliklə heç bir dəlil yoxdur ki, biz onu inkar edib deyək bu xurafat olan bir əqidədir.[Əl- mizan, cild 19, səh 648]

Zəməxşəri bu ayəni nəzərdən amanda qalmaq üçün (Əhli sünnətin böyüklərindən birindən) gətirmişdir.[Əl- kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1279]

Mərhum Şeyx Abbas Qumi, Məfatih- ul- cinan kitabının müəllifi bu kitabda pənah aparmaq mövzusunda nəzərdən amanda qalmaq üçün deyir: nəzərdən amanda qalmaq üçün rəvayət olunmuşdur ki, «ان یکاد...» oxunsun.[Məfatihul- əl- cinan, Şeyx Abbas Qumi, səh 319. Baxmayaraq ki, mərhum Qumi qeyd olunmuş ayəni nəzər üçün olduğunu Səfinərul- bihar kitabında gətirməmişdir]

Əlbəttə o rəvayətlər ki, müxtəlif təfsirlərdə bu ayənin təfsirində gəlmişdir heç bir rəvayət qeyd olunmuş ayəni nəzərin qarşısını almaq üçün dəlalət etmir.[Əl- mizan təfsiri, cild 19, səh 651; Nəsimi rəhnət təfsiri, səh 72; Nurus- səqəleyn təfsiri, cild 5, səh 400; Nümunə təfsiri, cild 24, səh 426]

Tanınmış hədis alimi Əllamə Məclisi gözdəyməni açıqldıqda, Durrul- mənsur kitabında olan rəvayətə işarə etdikdən sonra, başqa bir hədisi İmam Sadiq (ə)- dan rəvayət edir ki, o həzrət buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:

«ماشاء الله لاقوة الا بالله العلی العظیم»

Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim. Və ya buyurur: Qul əuzu birəbbin- nas və Qul əuzu birəbbil- fələq surəsini oxusun; başqa rəvayətlərdə həmd və tövhid surələri də ona əlavə olunmuşdur.

Amma nəzərdən amanda qalmaq üçün qeyd olunmuş ayəyə heç bir işarə etmir.[Hilyətul- muttəqin, Əllamə Məclisi, səh 319. hicrət çapı]

 

Bunun üçün də həqiqəti olan məsələ nəzərin zahirdə olması və onun uzaqlaşdırılması üçün bəzi iddialardır. əlavə məlumat əldə etmək üçün müraciət olunsun Nümunə təfsiri, cild 24, səh 426.

 

/islamquest/

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana