-- Ramazan ayı münasibətilə ruhani Seyid Ağasəf Xurşidovla müsahibə
Ramazan ayı

Ziyaos-salehin, Maide.Aza istinad edərkan 
ruhani: Seyid Ağasəf Xurşidov

Bismillahir-Rəhmanir-Rəhim

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınızBu barədə maraqlı xatirələriniz…

Allahın adı və yolu ilə! İyirmi səkkiz il bundan qabaq ilk dəfə oruc tutmağa başlamışam. Yadımdadır təzə oruc tuturdum, orucla bağlı şəri məsələləri də bilmirdim. Bir dəfə Yardımlı rayonunda, öz yaşadığımız kənddən qonşu kəndə qonaq getmişdim. Orada mənə çay və yemək gətirdilər, mən də onlara oruc olduğumu bildirdim. Onlar dedilər ki, oruc böyüklərə aiddir, sənin nə yaşın var? Onların israrı ilə mən də orucumu açdım, halbuki oruc mənə vacib olmuşdu.

Yadımdadır, bir dəfə də yayın orta aylarında istidən oruc olduğumu unudaraq doyunca su içdikdən sonra, oruc olduğum yadıma düşdü. Bu da mənim üçün bir xatirə olaraq yaddaşımda qalıb!

2. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

İslamın əziz peyğəmbəri həzrət Muhəmməd (s) buyurub:

 إنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصالٍ

Hər kim Ramazan ayında oruc tutsa, Allah ona altı xususiyyət əta edər:

أن یَحفَظَ دینَهُ

1. Dinini qoruyar – qoymaz dini və etiqadı zəifləsin.

ویَصونَ نَفسَهُ

2. Özünü (günah və çirkinliklərdən) qoruyar.

ویَصِلَ رَحِمَهُ

3. Allahın rəhmətinə baş vurar – qohumluq əlaqələrini möhkəmlədər, qohumları və qonşularına baş çəkər.

 ولا یُؤذِیَ جارَهُ

4. Qonşusuna əziyyət etməz.

ویَرعى إخوانَهُ 

5. Camaatın – din qardaşlarının haqqını riayət edər.

ویَخزُنَ لِسانَهُ

6. Dilini qoruyar.

3. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Şəri məsəl: Yaxşı olar ki, oruc tutan şəxs sübh azanından qabaq dişlərini yusun və fırçalasan. Yoxsa, gün ərzində dişlərini təmizlədiyi üçün dişlərinin dibində qalan yemək qırıntılarını udacağına əmin olduğu halda təmizləməsə və yemək qırıntılarını da udarsa, orucu batil olar. Odur ki, sübh azanından öncə, imsak vaxtı dişlərin yuyulması və təmizlənməsi məsləhət görülür.

4. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Orucun fəlsəfəsi ilə bağlı imam Sadiqin (ə) belə bir kəlamı var:

اِنّما فَرَضَ الله الصِیّام لِیَسْتَوِىَ بِهِ الغَنِىّ وَ الْفَقیر

“Həqiqətən, Allah orucu vacib etdi ki, varlı ilə yoxsul arasında bərabərlik yaransın.”

Və yaxud imam Rza (ə) buyurur:

عَلِةٌ الصَّوْمِ لِعِرْفانِ مَسَّ الْجوُعِ وَ الْعَطَش

“Orucun hikməti aclıq və susuzluğun dadı və tamı ilə tanış olmaqdır.”

Bu hədislərə istinadən, mübarək Ramazan ayında oruc ikən, dünyanın hər hansı bir məntəqəsində yaşayan müsəlmanların – Yəməndə, Fələstində, Suriyada və s. yerlərdə evlərini itirib çadırlarda yaşayan və ya dəmir vaqonlara sığınıb oruc tutan bacı-qardaşlarımızın da fikrində olaq!

5. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumağı tövsiyə edərdiniz?

Bildiyimiz kimi, Quran həmişə diridir, ölməzdir, bu bir kitabdır ki, “İsra” surəsinin 9-cu ayəsində buyurulur:

إِنَّ هَذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ

“Həqiqətən, bu Quran möhkəm dəlillərlə insanları doğru yola hidayət edir.”

Yaxud da “Yunus” surəsinin 57-ci ayəsində Qurani-Kərimin xüsusiyyətləri ilə bağlı belə buyurulur:

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ

Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, qəlblərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət – yəni Quran – gəlmişdir!”

Nə yaxşı olar ki, oruc tutan möminlər bu ayələri oxuyub onların üzərində düşünsünlər, təfəkkür etsinlər.

6. Zəhmət olmasa, Ramazan ayı barədə məsumlardan (ə) və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiniz.

Böyük şəxsiyyətlərin tövsiyəsi budur ki, bu ayın qədrini bilək, bu aydan layiqincə bəhrələnək, bu ayın bərəkət, rəhmət və məğfirətin ruhumuzla hiss edək, bu ayda ibadətin, məxsusən, orucun şirinliyin dadaq. Əllamə Seyid Qazi Əli Təbatəbai ağadan nəql edirlər ki, Ramazan ayı daxil olanda, həmçinin sona yetəndə, aya baxmadan ruhu ilə ayın daxil olduğunu və bitdiyini hiss edərmiş. Allah bizlərə ibadətin şirinliyini daddırsın!

 

 

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana