Qədr gecəsi

Ziyaos-salehin , islamquesta istinad edərkən; Qədr gecəsində oyaq qalmağın səbəbin belə yazır:

Sual:
Qədr gecəsində oyaq qalmağın səbəbi, İmam Əlinin (əleyhissalam) şəhadətidirmi yoxsa,Quranın nazil olması? Əgər ikincidirsə, nəyə görə gecəni oyaq qalmalıyıq?

Cavab:
Qədr gecəsi, Qurani-Kərimdə məqamına təkid olunmuş ən mühüm zamanlardan biridir və bu gecənin mənəvi məqamı haqqında çox hədislər vardır. Qədr surəsində belə bir xüsusi məqamın səbəbinə o cümlədən, Quranın[1] və mələklərin[2] nazil olması işarə olunur. Quran-Kərimdə bu gecə başdan-başa mənəviyyətlə dolu bir zaman kimi tanıtdırılır.[3]   Həmçinin, bu gecədə insanların talehi həll olunur.[4]
Bu gecədə insanların talehlərinin təyin olunması, xeyir və bərəkətin yer üzünə gəlməsi, mələklərin və Ruhun nazil olmasına xatir bu gecəni oyaq qalıb əhya saxlamağa çox sifariş olunmuşdur. Nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Mübarək Ramazan ayının 23-cü gecəsi ailəsini yuxudan oyadar və yuxuya qalanların üzünə su çilərdi. Həzrəti Fatimənin (salamullahi ələyha) həyatında nəql olunur ki, O, bu gecədə heç kimi yatmağa qoymazdı. Həmin səbəbə görə o gecədən qabaq uşaqlara az yemək verər və əvvəlcədən belə bir gecəyə hazırlıq görərdi. Həmişə buyurardı: “Bu gecənin xeyir və bərəkətindən bəhrələnə bilməyən insan ən məhrum və biçarə şəxsdir.” [5]
Qədr gecəsinə aid Quran ayələri və rəvayətlərdən belə məlum olur ki, Ruhun və mələklərin nazil olması hər ildə baş verir. Bu gecədə, gələcək bir ildə nələr olacaqsa, İslam Peyğəmbərinin (s) dövründə O həzrətə, Ondan sonra isə O Həzərtin haqq canişinlərinə, İmam Əliyə (əleyhissalam) və Onun on bir pak övladlarına, hazırkı halda isə İmam Zamana (əc) xəbər verirlər. [6]
Beləliklə, Əmirəl-möminin Əlinin (əleyhissalam) bu gecədə şəhid olması, doğurdan da bu gecədə baş verməsina baxmayaraq, bu gecədə Əhya saxlamığın əsl səbəbi deyildir. Amma, bu hadisə, Qədr gecəsinin əhəmiyyətini daha da artırır.

 

Mənbələr:
-----------------------------------------------
[1] Гәдр сурәси -1; “Һәгигәтән, Биз ону (Гур’аны) Гәдр ҝеҹәси (лөвһи-мәһфузда дүнја сәмасына) назил етдик!»
[2] Гәдр сурәси -4; О ҝеҹә мәләкләр вә руһ (Ҹәбраил) Рәббинин изни илә (һәмин ҝүндән ҝәлән илин Гәдр ҝеҹәсинәдәк дүнјада баш верәҹәк) һәр бир ишдән долајы (Аллаһ дәрҝаһындан әмрләр алараг) јерә енәрләр.
[3] Гәдр сурәси -5; О ҝеҹә дан јери сөкүләнә кими (бүсбүтүн) саламатлыгдыр! (әмин-аманлыгдыр)
[4] Духан сурәси 4; Һәр бир һикмәтли (дәјишилмәси мүмкүн олмајан) иш о ҝеҹә һөкм (ајырд) олунур -
[5] Ибн Һәјјун Неман ибн Мәһәммәд Мәғрәби, Дәаимул-Ислам вә зикрул-һарам вәл-һәлал вәл-гәзаја вәл-әһкам, мүһәггиг; карректор; Фејзи Асиф, ҹ.1; сәһ.282; Гум, Мүәссисеји Алул-Бејт (әлејһиссалам) икинҹи чап;  1385 һ.г; “ Ислам Пејғәмбәри (с) Мүбарәк Рамазан ајынын 23-ҹү ҝеҹәси аиләсини јухудан ојадар вә јухуја галанларын үзүнә су чиләрди. Һәзрәти Фатимәнин (саламуллаһи әләјһа) һәјатында нәгл олунур ки, О, бу ҝеҹәдә һеч кими јатмаға гојмазды. Һәмин сәбәбә ҝөрә о ҝеҹәдән габаг ушаглара аз јемәк верәр вә әввәлҹәдән белә бир ҝеҹәјә һазырлыг ҝөрәрди. Һәмишә бујурарды: “Бу ҝеҹәнин хејир вә бәрәкәтиндән бәһрәләнә билмәјән инсан ән мәһрум вә бичарә шәхсдир.”
[6] Кулејни Мәһәммәд ибн Јәгуб, Кафи, мүһәггиг вә корректор; Ғәффари, Әли Әкбәр, Ахунди, Мәһәммәд, ҹ.1; сәһ.247; Теһран, Дарул-кутубул-Исламијјә, дөрдүнҹү чап, 1407 һ.г Бу ҝеҹәдә (Гәдр ҝеҹәсиндә) , ҝәләҹәк бир илдә нәләр олаҹагса, Ислам Пејғәмбәринин (с) дөврүндә О һәзрәтә, Ондан сонра исә О Һәзәртин һагг ҹанишинләринә, Имам Әлијә (ә) вә Онун он бир пак өвладларына, һазыркы һалда исә Имам Замана (әҹ) хәбәр верирләр

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana