October 22, 2018 02:40 AM
Əxlaq

Əxlaq elmi - Əməli əxlaqın əhəmiyyəti

Əxlaq elmində əməl insan xarakterinin göstəricisi olduğundan diqqət mərkəzində durur. Başqa sözlə desək, əxlaq elmində ədəb və hökmlər hüquqi və məsuliyyət cəhətdən deyil, faydalı olduğundan araşdırılır. Məsələn, əgər bir şəxsdə nadir hallarda, təsadüfən bir hərəkət müşahidə olunursa, fiqhi və hüquqi cəhətdən beşlik hökmlərin birinə-vacib, haram, müstəhəb, məkruh, mübah aid olmasına baxmayaraq, bu, əxlaq elmi çərçivəsindən xaric bir hərəkət sayılır.

Ondan fərqli olaraq, əgər edilmiş hərəkət insanın xasiyyəti ilə birbaşa bağlı olub onun mənəviyyatında iz qoyursa, bu, artıq əxlaq elminin tədqiqat obyektinə çevrilmiş olur. Fiqh və əxlaq elmində ədəb və sünnələrin bir çoxunun birgə qeyd olunması da məhz bu cəhətdən diqqəti cəlb edir, ancaq belə qeydlər müdaxilə və təkrara səbəb olmur, çünki hər iki tədqiqat obyekti bir-birindən fərqlənir.

Fiqh elmində söhbət hər bir şəxsin üzərinə düşən məsuliyyətə görə vəzifəsini yerinə yetirməsindən və cəmiyyətdə hüququnun müəyyən edilməsindən gedir. Lakin əxlaq elminin əsas predmeti ali əxlaqi dəyər və insani keyfiyyətlərdir. Əxlaq elmi insan əməlinin faydasından bəhs edir. Belə ki, əgər bu faydanı onun öhdəsindən götürüb əxlaq elmindən kənar etsək, başqa istiqamətə yönəltmiş olarıq.

Əxlaq elmi digər elmlərlə də əlaqədardır. Onları ayıran cəhət isə yenə də mövzunun həmin əxlaqi və dəyərli cəhətidir. Məsələn, əxlaq elmində zərurətə görə nəfsani qüvvələrin və onların arasındakı təsirin necəliyi haqda çoxlu bəhslər vardır. Bunlar bir cəhətdən psixoloci mövzu olduğundan psixologiyaya aiddir. Ancaq əxlaq elmində insanın daxili nəfsani qüvvəsinin müzakirə olunmasına ona görə dəyər verilir ki, onlar insanın formalaşmasına və mənəviyyatına təsir göstərir.

Qısaca desək, elm və fəlsəfə əxlaqa və əxlaqi dəyərlərə xidmət göstərə bilər, amma əxlaq elmində daxili qüvvələrin elmi və fəlsəfi cəhəti yox, onların əxlaqi dəyəri müzakirə olunur. Ümumiyyətlə, nəfsani qüvvələr və əməllərin hüquqi və məcburi təsirləri hüquq və fiqh elmi ilə əlaqədardır.

Belə ki, insanın nəfsani qüvvəsində olan psixi gerçəklik və reaksiyalar psixologiya elminə aid olan məsələlərdir. Cismin və ruhun qarşılıqlı təsiri və təsir altına düşməsi, nəfsin zatı və kamillik hərəkəti, ölümdən sonra ruhun sağ qalması məsələləri fəlsəfə elminə aiddir. Onu əxlaq elmində müqəddimə və əxlaqi dəyər mövzusunun əsası kimi müzakirə etmək olar.

NƏTİCƏ

Əmələ qiymət verən amil nəzəri və elmi cəhətdən yox, əxlaqi baxımdan dəyərli olmalıdır. Ola bilsin ki, bir şəxs elm və məntiq cəhətdən fəzilət və kəramət barədə fikir yürüdə bilməsin, amma bir çox fəzilətlərə malik olsun və yaxud əksinə, biri elmdən xəbərdardır, lakin bu elmin fəzilət və kəramətindən faydalana bilmir. Əmirəlmöminin Əli(ə) buyurur: «Elə alimlər vardır ki, cahillik və nadanlığı onu məhv edir, lakin elm və biliyi onun harayına yetişmir”. [6]

Bu nadanlıq və cəhalət həmin əxlaqi-mənəvi çatışmamazlıqlardır ki, alimi məhv edir. Buna görə də əxlaq fəzilət və rəzalət meyarıdır. Burada ədalətə hüquqi və ictimai məsuliyyət kimi yox, əxlaqi dəyər kimi yanaşılır, yəni ədalət əxlaq elmində fəzilət və kəramət kimi hesab olunursa, fiqh və hüquq elmində isə hüquqi-ictimai amil kimi qəbul edilir.

Əgər əxlaqi baxımdan ədaləti qəbul etmək könüllü və ixtiyaridirsə, hüquqi cəhətdən isə o, ictimai əhəmiyyətə malik olduğu üçün məcburidir. Aydındır ki, bir şəxs ədalətə cəzanın qorxusundan riayət edirsə, öz qanuni vəzifəsini yerinə yetirmiş olur, lakin əxlaqi nəzərdən bunun heç bir fayda və təsiri yoxdur, çünki ədalət seçimi yalnız fəzilət və güzəştin təşəkkülündə qiymətli hesab edilir.

İtaət adətən qorxu, ümid və zor tətbiq etməklə mümkün ola bilər. Seçim və ixtiyar isə onun əksi olaraq, fədakarlıq, istək, eşq və rəğbətdən doğur. Əli(ə) eşq və məhəbbətlə edilən ibadəti azadələr ibadəti adlandırır, ancaq qorxu və mükafat ümidi ilə edilən ibadəti isə qullar və tacirlər ibadəti adlandırmışdır.

Əxlaqi fəzilətlər fitri bünövrədir. Əlbəttə məsuliyyətin ağırlığına dözməyənlər də var. Amma əxlaqi dəyərlərsiz və qayda-qanunla yaşayan az adam tapılar. Hətta aşkarda əxlaqı inkar edənlər belə öz hüquq və azadlıqlarını ciddiyyətlə müdafiə edir hüquqlarının pozulmasından ikrah hissi duyur, özləri bağladıqları əhd-peymana sadiq qalmasalar da, başqalarının onlara qarşı vəfalı olmasını istəyirlər.

Belələri əxlaq və əxlaqi fəzilətləri inkar etsələr də, heç vaxt başqalarının üstünlüyünü qəbul etmirlər. Bütün bunlar əxlaqi dəyərlərin fitri olmasına ən yaxşı dəlildir.

Bir sözlə, əgər ehtiras və şəhvət hissləri cəmiyyətə hakim kəsilərsə, onun uçuruma doğru yuvarlanmasına və yaxud əksinə, əgər əxlaqi və insani fəzilətlər cəmiyyətdə rəvac taparsa, bütün insanların əmin-amanlıq, xoşbəxtlik içərisində yaşamasına heç bir şübhə yeri qalmaz.

Sonda belə bir nəticəyə gəlmək olar ki, əxlaq elminin predmeti əxlaqi keyfiyyətlərdir. Əxlaqi qayda və qanunlar mənəvi dəyərlərdən hasil olan qanunlardır.

Bəzən hüquqi cəhətdən qəbahət sayılmayan bir hərəkət, əxlaqi baxımdan böyük günah, mənəvi aşınma, nöqsan hesab edilir. Məsələn, fiqh və hüquqda insanlar pis niyyətə görə cəzalandırılmırlar, lakin əxlaq elmində niyyət əsasdır. İnsanlar niyyətləri ilə biri-birindən fərqlənirlər.

Həmçinin bir işin ictimai maraq və fərdi ehtiyaclar üzündən rəva görülməsi və fiqh elmində də bunun mübah (izn verilmiş, haram və məkruh olmayan) hesab edilməsi mümkündür, amma onun mənfi əxlaqi təsirlərini nəzərdən qaçırmaq olmaz. Məsələn, insan xasiyyət və psixikasında yaratdığı fəsadları unudaraq yalan danışmağa, qeybət etməyə məcbur olur. Əxlaq alimləri belə tövsiyə edirlər ki, tövriyə [7] etmək imkanı olan yerdə yalan danışılmasın.

Əlbəttə, əməllərdən bəzisi həm fiqh və həm də əxlaq elmində qadağan olunmuşdur. Məsələn, qeybət, yalan, töhmət və s. Lakin hər iki elm bu məsələlərə müxtəlif prizmalardan yanaşır. Fiqh elmi mövzunun hüquqi cəhətini öhdəsinə götürür [8] , əxlaq elmi isə əxlaqi fəzilət və qəbahətləri şərh edir.

Məsələn, qeybətin iki cəhəti vardır: birinci cəhət odur ki, qeybət möminin əziyyətinə və hörmətinin aradan getməsinə səbəbdir. Bu da fiqh elmində haram əməllərdən və böyük günahlardan hesab olunur. İkinci cəhət bundan ibarətdir ki, qeybət ruhi xəstəliyin bir növüdür. Bu isə ali insani dəyərlərə ziddir.

Təkrar etməklə də insanı öz həqiqi simasından çıxarıb onu yırtıcı heyvana döndərir. Məhz mövzunun bu tərəfi əxlaq elminə aiddir. Birinci hissədə qeybəti olunanın razılığını (halallığını) əldə etməklə qarşısını almaq olar. İkinci hissədə isə təkcə halallıq almaq kifayət etmir. Burada qəlb aynasının paklanmasına görə ibadət, dua və istiğfara ehtiyac vardır. Odur ki, fiqh elmi təkcə hökmləri bəyan etməklə kifayətlənir, əxlaq elmi isə günahın qarşısının alınması və mənəvi xəstəliklərdən bəhs edir.

«Quran»da qeybət din qardaşının meyidini yeməsi kimi təsvir olunmuşdur. Həqiqətin araşdırılması əxlaq elminə aid olan bir xüsusiyyətdir, belə ki, insanın qeybət etmək yalan danışmaq nəticəsində yırtıcı, vəhşi heyvan dərəcəsinə və yaxud cansız üfunətli meyid surətinə düşməsi barədə aparılan tədqiqatlar sırf əxlaq elmi əhatəsində olan bir mövzudur.

Əxlaq elmi

... Ardı var ...
 

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana