May 05, 2020 02:31 PM
Ramazan ayı

Şeytanın Ramazan ayında zəncirlənməsi deyimi nə dərəcədə səhihdir?

Kafi,Təhzib kimi mötəbər kitablarda qeyd olunan Peyğəmbərin (s) ramazan ayının bərəkəti və təsirləri barəsində etdiyi moizələrində belə bir cümlə gəlibdir: ”Ramazan ayının hilalı görünəndə qovulmuş şeytanlar zəncirlənirlər.”

Ətreaflı cavab

Kafi,Təhzib kimi mötəbər kitablarda qeyd olunan peyğəmbərin (s) ramazan ayının bərəkəti və təsirləri barəsində etdiyi moizələrində belə bir cümlə gəlibdir:”Ramazan ayının hilalı görünəndə qovulmuş şeytanlar zəncirlənirlər.”Bu rəvayət İmam Baqir (ə) tərəfindən cəddindən nəql olunmuşdur:

«أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ الْحُسَيْنِ بْنِ عُلْوَانَ عَنْ عَمْرِو بْن‏ شِمْرٍ عَنْ جَابِرٍ عَنْ أَبِي جَعْفَرٍ (علیه السلام) قَالَ كَانَ رَسُولُ اللَّهِ ص يُقْبِلُ بِوَجْهِهِ إِلَى النَّاسِ فَيَقُولُ يَا مَعْشَرَ النَّاسِ إِذَا طَلَعَ هِلَالُ شَهْرِ رَمَضَانَ غُلَّتْ مَرَدَةُ الشَّيَاطِينِ وَ فُتِحَتْ أَبْوَابُ السَّمَاءِ وَ أَبْوَابُ الْجِنَانِ وَ أَبْوَابُ الرَّحْمَةِ وَ غُلِّقَتْ أَبْوَابُ النَّارِ وَ اسْتُجِيبَ الدُّعَاءُ وَ كَانَ لِلَّهِ فِيهِ عِنْدَ كُلِّ فِطْرٍ عُتَقَاءُ يُعْتِقُهُمُ اللَّهُ مِنَ النَّارِ وَ يُنَادِي مُنَادٍ كُلَّ لَيْلَةٍ هَلْ مِنْ سَائِلٍ هَلْ مِنْ مُسْتَغْفِرٍ اللَّهُمَّ أَعْطِ كُلَّ مُنْفِقٍ خَلَفاً وَ أَعْطِ كُلَّ مُمْسِكٍ تَلَفاً...»[1]

Allah rəsulu (s) durmadan Ramazan ayının hilalına baxırdı.Həzrət (s) üzü qibləyə dayanıb buyurdu:

«اللهم اهله علينا بالامن و الايمان و السلامة و الاسلام و العافية المجللة و الرزق الواسع و دفع الاسقام و تلاوة القرآن و العون على الصلاة و الصيام اللهم سلمنا لشهر رمضان و سلمه لنا و تسلمه منا حتى ينقضى شهر رمضان و قد غفرت لنا»

“Allahım,bu ayda bizi əmniyyətdə, imanla, sağlam, müsəlmal, afiyət, geniş ruzi, xəstəliklər uzaqlaşdırılmış, Quran qiraətində, namaz və orucdan istər yardım halda qərar ver.İlahi,bizləri Ramazan ayı üçün salamat saxla və bu ayın sonuna kimi bizlərdən qəbul et və bizləri bağışla.”

Bu zaman Həzrət (s) üzünü camaata tutub dedi: Ey müsəlmanlar, Ramazan ayının hilalı görünəndə qovulmuş şeytanlar zəncirlənirlər. Asimanın,behiştin və Allahın rəhmət qapıları açılar və cəhənnəmin qapıları bağlanar. İstəklərlər yerinə yetirilər,iftar zamanı Allah bəzilərini azad edərək cəhənnəm odundan uzaqlaşdırar.Hər gecə carçı nida edər:”Görəsən bağışlanmaq istəyən varmı?İlahi hər infaq edənin infaqı müqabilində savab ver və hər xəsisi cəzalandır.”

Bu rəvayətdə gəldiyi kimi,Ramazan ayının bərəkətlərindən biridə budur ki,hər an insanı azdırmaq fürsəti güdən şeytan bu ayda zəncirlənər.

Əlbətdə,qeyd etməliyik ki,şeytanın bağlanması bu mənada deyil ki, şeytan bizim əleyhimizə daha heç bir səy göstərə bilməz.Allah rəsulunun (s) bu sözü,günah amili olan şeytanın bu ayda aldatmaq qüdrətinin məhdud olmasına işarədir və şeytanın zəncirlənmiş olması onun heç bir iş görə bilməməsi mənasında da deyildir.Necə ki,insan ola bilər ki,zindanda olsun,ama elə zindanın içərisindən də,işarə və ya digər yollarla zindandan bayırda olanlarla əlaqə qura bilsin.Şeytan da belədir.O,zəncirlənmiş olsa da,insanları azdırmaqda öz səyini əsirgəmir.

Xatırladaq ki,şeytanın bizim günah etməyimizdə yüz faiz dəxalət etməsini demək, doğru deyildir.Bizlərin mübtəla olduğumuz bir çox günahlar vardır ki,onun Allaha qarşı üsyan olduğunu nəzərə alsaq,elə insan tərəfindən yerinə yetilirdiyini deyə bilərik.Bildiyimiz kimi,şeytan heç bir vaxt bizləri öz əmrlərinə tabe olmağa məcbur edə bilməz.Həqiqətdə,Quranın da bəyan etdiyi kimi,o insanı Allaha qarşı üsyana yalnız dəvət edir.[2] Ancaq, insandır ki,peyğəmbərin dəvətinə boyun əyməkdənsə,şeytanın dəvətini yerinə yetirir və belə olduqda da, insan şeytanı müqəssir bilir. Halbuki,şeytanın dəvətiylə birgə, ilahi peyğəmbərlər də, onu səadətə dəvət edirdilər.

Buna əsasən də,deyə bilərik ki,Peyğəmbərin (s) bu sözü belə mənada deyil ki,şeytan bu ayda zəncirləndiyi üçün bəs biz günah cəhətindən rahatıq və ya əgər günah ediriksə,bəs şeytanın zəncirlənməsinin mənası nədir?

 

Mənbələr :
[1] Kuleyni, Kafi, cild,4, səh,67, Darul-kutubil-islamiyyə,Tehran 1365 şəmsi.
[2] İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!şİbrahim sürəsinin 22-ci ayəsi.

 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana