-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri
Ramazan ayının 28-ci günün duası

Ramazan ayının 28-ci gününün duasının təfsiri

Allahın adı ilə

Ramazan ayının 28-ci günün duası

اللَّهُمَّ وَفِّرْ حَظِّي فِيهِ مِنَ النَّوَافِلِ وَ أَكْرِمْنِي فِيهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِيهِ وَسِيلَتِي إِلَيْكَ مِنْ بَيْنِ الْوَسَائِلِ يَا مَنْ لا يَشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّينَ 

Duanın oxunuşu:

Əllahummə vəffir həzzi fihi minən nəvafil, və əkrimni fihi biihzaril məsail, və qərrib fihi vəsiləti iləykə min bəynil vəsail, ya mən la yəşğəluhu ilhahul mulihhin.

Duanın tərcüməsi:

İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!

Ramazan ayının 28-ci gününün duasının təfsiri

"İlahi, mənim nafilə və müstəhəb əməllər payımı çoxalt"

Keçən dəfələrdə demişdim. Bizə oxunması təkid olunan duaları savab qazanmaq üçün yox, kamala çatmaq üçün buyurublar. Bu dualarda deyilən sözlərə diqqət edin. Görün nə hikmətli sözlər deyilir. Ərəb dilini bilməyənlər tərcüməsinə müraciət etsinlər. İmam Səccad(ə) Əbu Həmzə Sumali duasında deyir "İlahi, görəsən məndən pis bəndən varındır?" Bu sözlər bizim kamala çatmağımız üçündür ki, özümüzdən qürrələnməyək. Əgər məsum imam bunu deyirsə, biz 2 rikət namazımıza necə arxalana bilərik? Yaxud başqa yerində buyurur:

"İlahi, mən indi ölsəm, görəsən halım necə olacaq?"
Mən özüm bu gün bunu fikirləşirdim və Allaha dua elədim ki, mən o zaman ölüm ki, hazır olum. Amma indi hazır deyiləm.
Ayətullah Xonsari(r) deyirdi ki, mənim əlim boşdur Allah yanında. Ayətullah Xonsari(r) deyirdi bunu. İmam Xomeynidən(r) barəsində soruşdular ki, o ədalətli biridirmi? Cavablarında dedi, biz onun isməti barədə şəkkdəyik, siz ədalətli olmasını soruşursuz? Deyirdi əlim boşdur. Bir tək ümidim rövzə məclislərində İmam Hüseynə(ə) axıtdığım göz yaşlarımdır. Rövzə məclislərini balaca iş hesab etməyin. Həbib ibn Məzahiri(r) yuxuda gördülər və soruşdular bu dünyaya qayıtmaq imkanın olsaydı nə edərdin. Buyurdu İmam Hüseynin(ə) əza məclisində iştirak edib ağlayardlm.
Ustadım Ağa Burhan deyərdi, nafilələri nubar edin. Yəni müstəhəb əməl edən olmasaz da arada yerinə yetirin. Bir gün gecə namazı qıl. Bir dəfə bir duanı aç oxu. Sonra deyirik ki

"Məsələləri bilməkdə məni kəramətli et"

Hansı məsələləri? Əlbəttə ki boynumda olan şəri məsələləri, şəri vəzifəmi yerinə yetirməkdə Allah mənə yardımçı olsun. Əsasən din alimləri və ruhanilər camaata dini məsələləri çatdırsınlar. Sonra deyirik ki

"Vasitələr içiərisində Sənə tərəf olan vasitəmi yaхınlaşdır"

Ən yaxşı vasitə Əhli-beytdir(ə). Onlardan özümüzü ayırmayaq və özümüzü onlara yaxınlaşdıraq. Daha sonra Allaha and verərək deyirik

"Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"

Əgər bütün dünyadakı insanlar hamısı belə birdən Allaha dua etsələr, Allah hər birinin duasını eşidər. Biz də Allahdan istəyirik ki, etdiyimiz duaları bizdən qəbul eləsin.

P.S Bu duanın təfsirinin lent yazısı internetdə yarıya qədərdir. Sonrakı hissəsi yalnız yazılı, həm də bir-iki cümlə ilə verilib.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana