İmam Rza (ə)

İmam Rzanın (ə) əxlaqından nümunələr

Tarixçilər imam Rzanın (ə) gözəl əxlaqına aid bir çox nümunələr qeyd etmişlər ki, biz də burada onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. İbrahim ibn Abbas imam Rzanın (ə) əxlaqı barəsində belə nəql edir:

–İmam Rza (ə) heç kimə zülm və cəfa etməzdi; istər dostu olsun, istərsə də düşməni. Hamını təbəssümlə qarşılayardı.

–Heç kimin sözünü kəsməz və qarşı tərəfin sözü qurtarana qədər onu dinləyərdi.

–Onunla bir yerdə oturanın qarşısında ayaqlarını uzatmazdı.

–Onunla bir yerdə oturandan əvvəl belini dayamazdı. Ona ehtiram əlaməti olaraq ondan sonra divara söykənərdi.

–Öz xidmətçiləri və qulamlarına acı söz deməzdi.

–Özünü xidmətçiləri və qulamlarından üstün tutmaz və həmişə onlarla birlikdə süfrə başında oturardı.

–İbadəti uzun çəkərdi. Gecələri az yatar, çox vaxt ehya saxlayar, gecələri ibadətlə keçirər, namaz qılar və Allah-Taalanın kitabını tilvaət edərdi.

–Bir möhtacı heç zaman əliboş qaytarmazdı, yoxsullara həmişə ehsan edər, çoxlu sədəqə verərdi. Onlara gecə ikən ehsan edərdi ki, onu tanımasınlar.

 

2. İbadət imam Rzanın (ə) mənəviyyat və təqva ilə dolu həyatının böyük hissəsini təşkil edirdi. İmamın (ə) bəzi şiələri deyirlər: “Hər dəfə o həzrəti görəndə Allah-Taalanın bu kəlamı yadımıza düşərdi:

كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَ

“Onlar (təqvalılar) gecənin az bir hissəsini yatırdılar.”[1]

 

3. İmam Rzanın (ə) ən çox xoşladığı iş yoxsullara yardım etmək idi. O həzrət Xorasanda olarkən “Ərəfə” günü bütün malını yoxsullara payladı. Bunu görən Fəzl ibn Səhl dedi: “Bu, ziyana uğramaqdır.” İmam (ə) buyurdu: “Əksinə, bu qənimətdir. Savab qazandıqların zərər sayılmaz.”[2]

Bəli, Allah-Taalanın yolunda xərc çəkmək ziyan deyil, əksinə, bu, insanı Allah-Taalaya yaxınlaşdıran bir qənimətdir; elə bir qənimət ki, bütün xeyirlər ondadır.

 

Mənbələr :


[1] “Zariyat” surəsi, ayə 17; “Əl-ittihaf bihubbil-əşraf”, səh. 59.

[2] “Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqı”, Ustad Baqir Şərif əl-Qürəşi, səh. 272.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana