Ziyaos-salehin "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Uzun dırnaqlarla dəstəmaz almaq və namaz qılmağın hökmü haqqında sualına cavabını təqdim edir:
Sual: Uzun dırnaqla dəstəmaz almaq və namaz qılmağın iradı varmı?
Cavab: Əgər dırnaq adi həddən uzun olarsa, belə ki, dırnağın uzun olan hissəsinin altı ürfə görə zahirdən hesab olunarsa (yəni əlin iç tərəfindən baxdıqda dırnaq barmaqdan kənara çıxarsa), dəstəmaz və qüsl zamanı bu hissənin altındakı çirk təmizlənməli və onun altına su dəyməlidir. Həmçinin namazda səcdə edərkən, ehtiyat-vacibə görə, ayağın baş barmağının başı yerə dəyməlidir.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın