October 06, 2020 01:11 PM
namaz

Hacət namazı

Ayətullah Behcətin tövsiyə etdiyi güclü təsiri olan hacət namazı

Ayətullah Behcət öz tələbələrinə və yaxınlarına cümə axşamı günü qılınan bu namazı çox tövsiyə edər və buyurardı: “Ayətullah Seyyid Murtəza Kəşmiri nə zaman bu namazı qılardı, ona hədiyyə çatardı”.

Bu namazı qılmağın qaydası:

Dörd rükətli namazdır ki, iki rükət-iki rükət qılınar.

Birinci rükətdə “Fatihə”dən sonra 11 dəfə "İxlas” surəsini oxumaq.
İkinci rükətdə “Fatihə”dən sonra 21 dəfə "İxlas” surəsini oxumaq.
Üçüncü rükətdə “Fatihə”dən sonra 31 dəfə "İxlas” surəsini oxumaq.
Dördüncü rükətdə “Fatihə”dən sonra 41 dəfə "İxlas” surəsini oxumaq.

Namazı bitirəndən sonra 51 dəfə "İxlas” surəsini oxumaq və 51 dəfə salavat demək lazımdır.

Sonra səcdəyə gedib, 100 dəfə “Ya Allah” demək.

Sonra Allahdan hacəti istəmək.

Həzrət Peyğəmbər (s) bu namaz haqqında buyurur: “Əgər Allahdan istəsə ki, dağı məhv etsin, dağ məhv olar. Yağış yağmağı istəsə, yağış mütləq nazil olacaqdır. Həqiqətən onunla Allah arasında heç bir maneə olmaz. Allah Təala o kəsə ki, bu namazı qılar və hacətini Allahdan istəməz – qəzəb edər”.

Hacət namazı

Hacət namazı nədir, necə qılınır?

Dünyəvi və uxrəvi bir istəyi olan şəxs dəstəmaz alaraq yatsı namazından sonra iki və ya dörd rükət, başqa bir rəvayətə görə isə on iki rükət namaz qılar. Namazdan sonra Allaha (c.c.) həmdü-səna, Rasulullaha salatu-salam edər. Bunlardan sonra Hacət duasını oxuyaraq istəyini Allahdan niyaz edər.

Mərfu bir hədisin rəvayətinə görə, bu namazın birinci rükətində bir dəfə Fatihə, üç dəfə Ayətəl-Kürsi oxunar.Digər rükətlərin hər birində isə “Fatihə” ilə yanaşı “İxlas”, “Fələq”, “Nəs” surələri oxunar.

1. Rükətdə: “Sübhanəkə”, “Fatihə ” +  “Ayətəl-Kürsi”   ( Bəqərə surəsi, 255 ) 3 dəfə oxunur.
2. Rükətdə: “Fatihə” + “İxlas” + “Fələq” + “Nəs”. Rükətin sonunda təhiyyat, salli, barik duaları oxunur. Qeyd namaz iki rükətdə bir salam verilərək də qılına bilər.
3. Rükətdə: “Sübhanəkə”+ “Fatihə” + “İxlas” + “Fələq” + “Nəs”.
4. Rükətdə: “Fatihə” + “İxlas” + “Fələq” + “Nəs” surələri oxunduqdan sonra namaz üsuluna uyğun bir şəkildə tamamlanır və hacət duası oxunar.

Tirmizi və İbn Macənin Abdullah ibn Əvfadan rəvayət etdiklərinəgörə, Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: “Kimin Allahdan və insanlardan hər hansı bir istəyi, diləyi varsa, dəstəmaz alaraq iki rükət namaz qılsın. Sonra Allaha həmdü-səna edərək Rəsuluna səlatu-salam gətirsin. Daha sonra da bu duanı oxusun.

لَا إِلَهَ إِلَّا اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ سُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ أَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَعَزَائِمَ مَغْفِرَتِكَ وَالْعِصْمَةَ مِنْ كُلِّ ذَنْبٍ وَالْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَالسَّلَامَةَ

مِنْ كُلِّ إِثْمٍ لَا تَدَعْ لِي ذَنْبًا إِلَّا غَفَرْتَهُ وَلَا هَمًّا إِلَّا فَرَّجْتَهُ وَلَا حَاجَةً هِيَ لَكَ رِضًا إِلَّا قَضَيْتَهَا يَا أَرْحَمَ الرَّاحِمِينَ.[Tirmizi, Vitr,17 h No:479]

اَللّهُمَّ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ لاَ إِلهَ إِلاَّ اللَّهُ الْعَلِيُّ الْعَظِيمُ لاَ إِلهَ إِلاَّ اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ سـُبْحَانَ رَبِّ السَّـموَاتِ السَّـبْعِ وَرَبِّ الْعَـرْشِ الْعَظِيمِ اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.

اَللّهُمَّ كَاشِـفَ الْغَمِّ مُفَرِّجَ الْهَمِّ مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ إِذَا دَعَوْكَ رَحْمانَ الدُّنْيَا وَاْلاخِرَةِ وَرَحِيمَهُمَا فَارْحَمْنِي فِي حَاجَتِي هذِهِ بِقَضَائِهَا

وَنَجَاحِهَا رَحْمَةً تُغْنِينِي بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ[Bəzi könül əhli bu duanı da əlavə etmişlərdir]

Mənası: “Həlim və Kərim Allahdan başqa ilah yoxdur. Ərşi-Əzəmin Rəbbi Allahı təsbih edirəm. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəbbim, Səndən, mərhəmətini cəlb edəcək şeyləri, gerçəkləşməsi yəqin olan məğfirətini, günahdan qorunmağı, hər cür yaxşılığı qazanmağı, hər cür günahdan da əmin olmayı istəyirəm. Rəbbim! Məndə əfv edib, bağışlamadığın hər hansı bir günahımı, dəf etmədiyin kədərimi, Sənin rizana uyğun, ancaq həll edə bilmədiyim heç bir ihtiyacımı buraxma. Ey mərhəmətlilərin ən mərhəmətlisi Allahım! Dualarımı qəbul et.”

Allahım, Sən bəndələrinin ixtilaf etdikləri şeylərdə hökm verənsən. Uca və Əzəmətli Allahdan başqa ilah yoxdur. Həlim və Kərim Allah yeganə ilahdır. Yeddi qat səmanın və Ərşi-Əzəmin Rəbbi Allahı təsbih edirəm. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.

Ey dərdi-kədəri gedərən, dua etdiklərində çarəsizlərin duasına qarşılıq verən Allahım! Ey dünya və axirətin Rəhman və Rəhimi! Məruz qaldığım dərd və sıxıntımı,  ehtiyacımı həll edib aradan qaldır. Ey Rəbbim mənə elə mərhəmət et ki, başqalarına möhtac olamayım.”

Xəstəliyə düçar olan şəxslər də o xəstəlikdən, izdirabdan qurtulmaq üçün hacət  namazı qıla bilərlər.

Osman ibn Hüneyfənin rəvayətinə görə Hz. Peyğəmbərin yanına gözləri görməyən bir adam gələrək, gözlərinin sağalması üçün Allaha dua etməsini xahiş etdi. Allah Rəsulu (s.ə.s.): “İstəyirsən, haqqında duanı gecikdirim. Sənin üçün bu daha xeyirli olar” – buyurdu. Həmin şəxs: “…xeyr dua et!”– dedikdə. bu adama şərtlərinə uyğun gözəl bir dəstəmaz alaraq iki rükət namaz qılmasını sonra da bu duanı etməsini tövsiyyə etmişdir:

اَللّهُمَّ إِنِّي أَسْأَلُكَ وَأَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيّـِكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ، يَا مُحَمَّدُ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى رَبِّي فِي حَاجَتِي هَذِهِ لِتُقْضَى لِي، اَللّهُمَّ فَشَفّـِعْهُ فِيَّ.

 Tərcüməsı:

“Allahım! Səndən bir şey istəyirəm.Sənə rəhmət peyğəmbəri Hz. Muhəmməd (s.ə.s.) ilə birlikdə yönəlirəm. Ey Muhəmməd! Mən bu ehtiyacımın qarşılanması üçün Rəbbimə yönəldim. Ey Allahım! Əfəndimiz Hz. Muhəmmədi (s.ə.s.) haqqımda şəfaətçi eylə!”[İbn Macə, İqamə, 189; Qeyd: İbn Macə bu hədis üçün “səhih” demişdir] Bu duadan sonra da həmin səhabənin gözlərinin gördüyü rəvayət edilmişdir.

Hacət namazının qılınma vaxtı

Hacət namazı, bir haqsızlıqla qarşı-qarşıya qaldıqda, bir əşya itdiyində, tanıdığımız bir kimsədən xəbər ala bilmədikdə qılınır və ardınca da məqsədimizin hasil olması üçün dua edilir. Ən müstəhəb vaxtı cümə axşamıdır.

Əgər uzun müddət davam edən bir dərd, sıxıntı və ya arzu, dilək varsa yatsı (işa) və ya təhəccüd namazından sonra hacət namazı qılına bilər.

Ayrıca yaşadığımız coğrafiyanın və İslam aləminin məruz qaldığı məğlubiyyət və zillətdən xilas olması, haqq və həqiqətin dünyada hakim olması üçün 40 gün və yaxud o sıxıntı və çətinlik aradan qalxana qədər Hacət namazlarına davam etməyi tövsiyə edilir.

Hacət namazı

Hacət namazı -1

Allah təaladan hacəti olan, 4 rəkət namaz qılıb onun hər rəkətində Həmddən sonra Ənam surəsini oxuyub namazdan sonra oxusun.

Ya Kərimu, Ya Kərimu, Ya Kərimu, Ya Əzimu, Ya Əzimu, Ya Əzimu, min kulli əzimən ya səmiəd-duai, ya mən la tuğəyyiruhul-ləyali vəl-əyyamu salli əla Muhəmmədin və alihi vərhəm zafi və fəqri və faqəti və məskənəti, fəinnəkə ələmu biha mini və əntə ələmu bihacəti, ya mən rəhiməş-şəyxə Yəqubə hinə rəddə ələyhi Yusufə qurrətə əynihi ya mən rəhimə Əyyubə bədə tuli bəlaihi, ya mən rəhimə Muhəmmədən səlləlləhu ələyhi və alihi və minəl-yutmi avahu və nəsarahu əla cəbabirati qurəyşin və təvağitiha və əmkənəhu minhum, ya muğisu, ya muğisu, ya muğis.

Hacət namazı

Hacət namazı -2

Ravidən nəql olunmuşdur ki, İmam Zeynul Abidin (ə) qapı ağzında əyləşmiş bir kişi ilə rastlaşdı. Həzrət o kişidən soruşdu: Bu zülmkar kişinin qapısının qarşısında nə üçün əyləşmisən?

Dedi: Mənə üz vermiş çətinliyə görə.

Buyurdu: Ayağa qalx, mən sənə elə bir kəsin qapısını göstərim ki, bu kişinin qapısından daha yaxşıdır.

Həzrət onun əlindən tutub Həzrəti Peyğəmbər (s) –in məscidinə gətirdi və buyurdu: Üzü qibləyə durub, iki rəkət namaz qıl, sonra Allaha həmd –səna deyib, Peyğəmbər (s) -ə salavat göndər. "Həşr” surəsinin axırıncı və "Hədid” surəsinin ilk altı və "Ali-İmran” surəsində olan iki ayəni oxuyub, öz hacətini Allah taaladan dilə, Allah onu sənə əta edəcəkdir.

Ravəndi deyir: Bəlkə də "Ali-İmran” surəsinin iki ayəsindən məqsəd "Qulilahummə malikul-mulk” dən "biğəyri hisab” a qədərdir.

Əllamə Məclisi buyurmuşdur: Bəlkə də məqsəd "Qulilahummə” ayəsi ilə "şəhidəllahu” ayəsidir.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana