October 22, 2020 03:53 PM
İslamda qadın

İslamda qadının məqamı

Tarix boyu İslam düşmənləri bu dinə hər vasitə ilə ləkə gətirməyə və zərbə vurmağa çalışmışlar. Bu qara qüvvələr belə etməklə, digərlərinin İslamdan uzaqlaşmaları istiqamətində əllərindən gələni əsirgəməmiş və qara yaxmaqla, bu mübarək dinə qarşı insanlarda ikrah və fobiya yaratmaqla məşğul olmuşlar. Bu günümüz də belə insanlardan xali deyildir.

Bu qarayaxma və quru böhtanlardan biri də budur ki, qaragüruhçular çalışırlar İslamı qadına zərrəcə dəyər verməyən bir din kimi qələmə versinlər. Onlar min bir təbliğ vasitəsi ilə bəşər övladına çatdırmaq istəyirlər ki, İslam qadına dəyər vermir, onun səviyyəsini alçaldır və onu aşağılayır. Halbuki, bu əslən belə deyildir. Biz bu kiçik yazıda Qurani-Kərimdən olan və qadına yüksək dəyərin verildiyini ifadə edən ayələrə nəzər salacağıq.

 

Allah-Təala buyurur:

1. "Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!"[1]

Bu ayədə qadınlar və kişilər gördüyümüz kimi bir-birinin yanında zikr edilmişdir və Allah-Təala əməllərin əvəzi və qarşılığı nöqteyi-nəzərindən onlar arasında cüzi də olsa fərq qoymamışdır.

 

2. “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”[2]

Bu ayədə Allah-Təala insanların meyar və dəyər ölçüsünü onların cinsiyyətində və nəsəb və məqamında, eləcə də rəngində, dilində, milliyyətində, filan coğrafi məntəqədən olmasında qərar verməmişdir. Allah dərgahında ən dəyərli şey olaraq təqva və saleh əməl bilinmişdir.

 

3."Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)"[3]

Allah-Təala bu ayədə əvəz və savabı saleh əməlin bərabərində bilmiş və qadınla kişi arasında fərq qoymamışdır.

 

4. "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"[4]

Bu gözəl ayədə Allah-Təala qadın xilqətini öz nişanə və əsərindən biri hesab etmişdir. Yəni İslam qadına belə dəyər verərək onu Allahın bir nişanəsi hesab etmişdir və qadını məhəbbət və rəhmətin baiskarı bilmişdir. Və qadınla kişi (ər-arvad) bir-birinə bağlandıqda kamilləşir, əgər biri olmasa naqisdirlər. Bu ayədə maraqlı nöqtə də ondan ibarətdir ki, Allah-Təala ayənin sonunda bu mətləbin təfəkkür edib düşünənlər üçün olduğunu bildirir. Əgər bir kəs aqil və ədalətlidirsə, düşünər ki, qadın və kişi bir-birinin mükəmməlidirlər. Həmçinin qadındır ki, ailə mərkəzini isti və sevincli saxlayır, kamal və inkişafa bais olur.

 

5. "Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik."[5]

Bu ayədə görürük ki, Allah-Təala Həzrət Musanın (ə) anasına (s.ə) ilham edir və onu özünün tərəf müqabili qərar verir. Bu da O həzrət (s.ə) üçün böyük bir məqamdır.

 

6. "Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır".[6]

Deməli, ola bilər ki, qadın o qədər kamala yaxınlaşsın ki, Allah-Təala asimani kitabda onu tərəf müqabili qərar versin, ilahi mələklər və cənab Cəbrayıl (ə) onun hüzuruna müşərrəf olsunlar, söhbət etsinlər.

 

7. "Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi."[7]

Bu ayədə məqsəd qadının qadın və kişilər üçün ülgü olmasını göstərməkdir. Və diqqət etsək görərik ki, buyurulur ki, xanım Asiya (s.ə) şücaətdə təkcə xanımlara deyil, eləcə də kişilərə bir nümunə və örnəkdir. Bu xanım (s.ə) bütün aləmin azadə və möminə xanımlarına öyrətdi ki, Allahın razılığı padşah saraylarında yaşamaqdan və bütün rahatlıq vasitələrindən, qır-qızıldan, zər-zibadan daha yuxarıdır. O xanım (s.ə) göstərdi ki, insan dünyanın zahirinə aldanmamalıdır və o öyrətdi ki, insan zülm və zalıma itaət etməməli və zülm və zalımdan Allaha sığınmalıdır. Hətta bu zalım onun üç əri olsa belə. Deməli, qadın bütün bəşəriyyət üçün bir nümunə ola bilər.

 

8. "(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (Ya Peyğəmbər! Oğlun Qasım, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)"[8]

Bütün bu ayələr göstərdi ki, nəinki İslamda qadının dəyəri yoxdur anlayışı və nəzəri batildir, İslama atılan bir böhtandır, üstəlik İslam qadına böyük dəyər və qiymət verir.

 

/Qasımbala Səfərov/

 

 


[1] (Əhzab 35)

[2] (Hucurat 13)

[3] (Nəhl 97)

[4] (Rum 21)

[5] (Qəsəs 7)

[6] (Ali İmran 45)

[7] (Təhrim 11)

[8] (Kövsər surəsi)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana