Universitetin beynəlxalq hüquq professoru, Dr. Əhməd Kazemi
Şəhid Seyid Həsən Nəsrullaha sui-qəsd və qlobal hüquqi nizamın məhv edilməsi

Şəhid Seyid Həsən Nəsrullaha sui-qəsd və qlobal hüquqi nizamın məhv edilməsi

ABŞ və bəzi Qərb ölkələrin beynəlxalq cinayətlərdə effektiv iştirakı ilə Sionist döyüş maşınının Fələstin və Livanda həyata keçirdiyi soyqırım silsiləsinin davamı olaraq, sionist rejimin Livan paytaxtı Beyrut şəhərinin Zahiyə zonasında mülki yaşayış mətəqəsinə qarşı terror hücumunda Livan Hizbullahının şərafətli lideri və Cihad və müqavimət meydanının misilsiz mücahidi Seyid Həsən Nəsrullahın şəhadəti “qlobal hüquqi nizam”ın səmərəsizliyinin zirvəsini göstərir.

Bütün müstəqil beynəlxalq hüquqşünaslar tərəfindən hərbi cinayətkar kimi tanınan İsrail Baş nazirinin xüsusiylə BMT-nin baş qərargahındakı çıxışından sonra bu sui-qəsdə əmr verməsi, İkinci Dünya Müharibəsindən sonra Dumbarton Oaks, Yalta və San Francisco konfranslarında milyonlarla günahsız insanın ölümünün kədəri ilə formalaşan və Birləşmiş Millətlər Təşkilatının 111 maddədən ibarət nizamnaməsi isə onun simvolu olan hüquqi nizama nümayişkaranə surətdə acı lağ etməkdir!

İnsan ləyaqəti baxımından, Beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq və onlar üçün müqavilə, prosedura mexanizmlərinin yaradılması, İkinci Dünya Müharibəsindən sonra beynəlxalq sülh və təhlükəsizlik vəd edən hüquqi nizamın iki əsas təməli sayılır.

Baxmayaraq ki, “beynəlxalq hüquq normaları” “beynəlxalq münasibətlərin reallığı”ndan fərqli olaraq, əsasən realist və hətta əxlaqi (etik) tövsiyələr hesab olunurdu, amma ümumilikdə beynəlxalq hüququn möhkəmlənməsi diaqramı yüksəliş tendensiyasına malik idi. Silahlı sülh dövründən və Birinci Dünya Müharibəsindən sonra belə Soyuq Müharibə və Şərq və Qərb blokları arasında qorxu balansı dövründə də Beynəlxalq insan və humanitar hüquqlar heç vaxt bu günki kimi bu səviyyəyə qədər pozulmamış və zəiflədilməmişdir.

İngiltərə və Amerikanın Qərbi Asiyada fitnəkar planlarından doğan İsrail rejimi, son 76 ildə qlobal hüquqi nizamın zəiflədilməsi və məhv edilməsində dünyanın bütün ölkələrindən daha çox rol oynamışdır; Amerika, İngiltərə və bəzi qərb ölkələrinin hökumətlərinin bu rejimin cinayətlərinə qeyd-şərtsiz dəstək verməsi Beynəlxalq hüququn zərif quruluşuna düzəlməz zərbələr vurub. Livan müqavimətinin simvolu və əfsanəsi olan Şəhid Seyid Həsən Nəsrullahın terror edilməsi, peycerlər vasitəsilə dinc insanlara qarşı sui-qəsd və hücumlar və İsrail rejiminin Livana hücumlarının ilk iki həftəsində minlərlə livanlının şəhid olması və yaralanması, beynəlxalq insan hüquqlarının o cümlədən İnsan Hüquqlarının Ümumdünya Xartiyasında vurğulanan yaşamaq hüququnun kobud şəkildə pozulmasıdır.

Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi və İnsan Ləyaqətinə dair Ümumdünya İnsan Hüquqları Xartiyası məcburi qayda olaraq, insanları yaşamaq hüququndan məhrum edilməsini qəti yolverilməz hasab edir. Sionist rejim və onun terror dəstələrinin çılğın dövlət terroru beynəlxalq insan haqları prinsiplərinin əsaslı şəkildə pozulmasıdır.

Beynəlxalq humanitar hüquq nöqteyi-nəzərindən, dövlət terrorizmi və insanlara və mülki ərazilərə hücumlar, Haaqa Qaydalarının, 1949-cu ildə qəbul olunmuş dörd Cenevrə Konvensiyasının və onun əlavə protokollarının, silahlı münaqişə hüququ qaydaları sahəsində Təhlükəsizlik Şurasının və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bir çox qətnamələrinin kobud şəkildə pozulmasıdır. Hərbi və mülki şəxsləri ayırd etmək prinsipi, insanlıq prinsipi, zərurət prinsipi və mütənasiblik prinsipi kimi humanitar hüquqların təməl prinsipləri sionist rejimin döyüş maşını tərəfindən dəfələrlə və bilərəkdən pozulub.

Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsinə (1998 Roma Nizamnaməsi) görə, Sionist rejimin Fələstin və Livandakı sərsəm hərəkətləri və Həmas və Livanın hökumət strukturunun bir hissəsi hesab edilən Hizbullah liderlərinin terror edilməsi, bu cinayətlərin Netanyahu və ordu komandirlərinin çıxışları ilə müşayiət olunması, hərbi cinayətlər və soyqırım cinayətləri də daxil olmaqla, bütün beynəlxalq cinayətlərin maddi və mənəvi elementlərinə malikdirlər. Bu əsasda, hüquqi baxımdan Netanyahu və İsrailin ordu komandirləri İkinci Dünya Müharibəsindən sağ çıxan cinayətkarlar kimi beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdırlar.

Bu, dünya ictimai rəyinin son bir ildə müharibə əleyhinə nümayişlərində və müqaviməti dəstəkləməkdə dəfələrlə vurğuladığı tələbdir. Amma dünya şahiddir ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və bu Məhkəmənin Baş Prokuroru Kərim Xan və ailəsi, Netanyahu, Gallant və sionist rejim ordusunun başçılarına “təcili həbs” tələb etməsi üzündən ABŞ və İsrail rejimi tərəfindən açıq şəkildə təhdid edilib və hətta bu məhkəmənin ləğvi məsələsi də qaldırılıb və nəhayət, baş prokurorun BMT Baş Assambleyasının 79-cu sessiyasına qədər bu həbs orderinin verilməsi tələbi yerinə yetirilmədi ki, bu da sionist rejimin daha da həyasızlaşmasında, cinayətlərinin ağırlaşmasında rol oynadı.

Digər tərəfdən, 2023-cü il dekabrın 29-da Cənubi Afrika dövlətinin sionist rejiminə qarşı soyqırım cinayəti törətdiyinə və Birləşmiş Millətlər Təşkilatının 1948-ci il Soyqırımın Qadağan edilməsi Konvensiyasını pozduğuna görə Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) şikayət etməsindən təxminən bir il keçməsinə baxmayaraq, sionist rejim Amerikanın dəstəyi ilə beynəlxalq məhkəmənin əmrini həyata keçirməkdən imtina edib. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən adıçəkilən məhkəmənin qərarlarının icrasının təminatçısı olan Təhlükəsizlik Şurası da heç bir tədbir görməyib. BMT Nizamnaməsinə görə, Təhlükəsizlik Şurası ilk növbədə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdehdir və beynəlxalq sülhə və təhlükəsizliyə edilən hər hansı təcavüzə qarşı hərəkət etməlidir. Amma son bir il ərzində İsrail rejiminin Fələstində vəhşicəsinə soyqırım həyata keçirməsi və onun Livana da genişlənməsinə qarşı Təhlükəsizlik Şurası soyqırımı dayandırmaq, insan haqları və humanitarizm qaydalarını qorumaq üçün təsirli bircə qətnamə belə qəbul edə bilməyib, necəki 2001 və 2003-cü illərdə Amerikanın Əfqanıstan və İraqdakı cinayətlərini, Yəmən və Ukraynadakı müharibələri də dayandıra bilmədi. NATO-nun və “qlobal şimal” adlanan həddi aşmış hüquq sistemində, Müqavimət Mehvərinə daxil olan bir neçə ölkədən başqa, heç bir ölkənin beynəlxalq cinayətkarları təqib etmək üçün “ümumdünya şəxsi yurisdiksiyası” hüququndan istifadə etmək cəsarəti çatmır. Səbəbsiz deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasında dövlət başçılarının çıxış və tələblərinin bir hissəsi BMT-nin, Təhlükəsizlik Şurasına və veto hüququna yenidən baxılması zərurəti ilə bağlı olub. Çünki əksər ölkələr beynəlxalq hüquq sistemindəki çıxılmaz vəziyyətdən xəbərdardırlar. İsrail rejiminin Livan və Yəmənə dəlicəsinə hücumları və müqavimət mehvərinin sevimli Seyyidi olan Seyyid Həsən Nəsrullaha qarşı vəhşi terror hərəkəti, mövcud “dünya hüquq sistemi”nin çarəsizliyi və onun “ölümünə” dair ən yeni əlamətdir. Belə ki, hazırda hüquqi formada və praktikada sionist rejimin dövlət terrorunu dayandırmaq üçün heç bir təsirli hüquqi məhdudlaşdırıcı güc yoxdur. Bəşəriyyətin gələcəyi üçün “qlobal hüquqi nizamı” yenidən qurmaq lazımdır ki, bu iki makro səviyyədə bu nizam Şəhid Seyid Həsən Nəsrullah və şəhid silahdaşlarının qanının bərəkəti ilə “Müqavimət mehvəri” ilə “Soyqırım oxu” arasındakı tarixi döyüş, eləcə də Amerikanın və G7 qrupunun BRİKS ölkələri və “Qlobal Cənub” qarşısında tənəzzül prosesinin dərinləşməsi nəticəsində yeni dünya nizamına keçiddən baş qaldırsın və sionizmin istədiyi “Yeni Nizam” (New Order) əvəzinə, soyqırım başçılarını və günahkarlarını cəzalandırmaq üçün yeni Nürnberq Tribunalını təsis etsin.

Və son söz olaraq, uşaqları qətlə yetirən Sionist rejimin baş nazirinin BMT-nin qərargahında İranı açıq şəkildə hərbi təhdid etməsi, sui-qəsdlər və qətl əməliyyatları əmri verdiyi ilə beynəlxalq hüquqi nizamı daha da böhran vəziyyətinə salan bu rejim üçün həyati əhəmiyyət kəsb edən neft və yanacağın Bakıdan sionist rejimə davamlı ixracı ilə paralel İran sərhədləri yaxınlığında İsrail rejiminin Azərbaycan Respublikasına göndərdiyi hərbi arsenal və hər cür ağır hücum silahlarının anbarının yaradılması əməliyyatı davam edir. Bu səbəbdən İranın müdafiə doktrinasına, xüsusən də nüvə sahəsində doktrinasına ciddi bir yenilənmə və bölgədəki bəzi sionist müttəfiq rejimlərin düşməncəsinə fitnə-fəsadlarına qarşı “səbir strategiyası”na son qoymaq lazımdır. Bu, hüquqi legitimliyi, əsaslılığı və zəruriliyi olan bir vacib məsələdir.

 

Şəhid Seyid Həsən Nəsrullaha sui-qəsd və qlobal hüquqi nizamın məhv edilməsi

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana