Ramazan ayının 21-ci gecəsi ikinci “Qədr” gecəsidir və həmin gecə Ramazan ayının 19-cu gecəsi, yəni birinci “Qədr” gecəsi ilə müqayisədə fəziləti daha çoxdur. Eyni zamanda, bu gecə mövlamız imam Əli (ə) şəhadətə yetmişdir. Elə bu məqsədlə Əhli-beyt tərəfdarlarına başsağlığı verir və Ramazan ayının 21-ci gecəsinə məxsus əməlləri əziz oxucularımızın diqqətinə çatdırırıq:
1. Qüsl etmək; Onu elə həmin gün günbatan vaxtı yerinə yetirmək daha yaxşıdır; belə ki, şam namazı qüsllə qılınsın.
2. Ehya saxlamaq (gecəni oyaq qalıb ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.
3. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək;
4. “Cövşən-Kəbir” duasını oxumaq;
5. Peyğəmbəri-Əkrəmə (s) və onun Əhli-beytinə salam və salavat göndərmək, mömin və müsəlmanları dua etmək və yüz dəfə “Əllahumməl`ən qətələtə Əmirilmu`minin” (İlahi, Əmirəlmömininin qatilinə lənət et!) demək;
6. Bu duanı oxumaq:
اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ
Duanın oxunuşu: Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali-Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`mininə vəl mu`minat, minəl məğfirəti fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əbdukəl miskinul mustəkinuz-zəiful fəqirul məhin. Əllahummə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ə`təytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud-dua!
Duanın tərcüməsi: “İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən, özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir. Bu gecə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən duaları eşidənsən!”
7. İki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunsun və namazdan sonra yetmiş (və yaxud yüz) dəfə “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” – deyilsin, yəni tövbə edib Allahdan günahlarının bağışlanmasını diləsin. Peyğəmbərdən (ə) nəql olunur ki, bu əməli yerinə yetirən şəxs yerindən ayağa qalxmamış onun özü və ata-anası Allah-Taala tərəfindən bağışlanar...
Əlbəttə bu namazla yanaşı, yüz rükət namaz qılmağın da böyük savabı var. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsini oxumaq tövsiyə olunur.
8. Bua duanı oxumaq:
يَا مُلَيِّنَ الْحَدِيدِ لِدَاوُدَ عَلَيْهِ السَّلامُ يَا كَاشِفَ الضُّرِّ وَ الْكُرَبِ الْعِظَامِ عَنْ أَيُّوبَ عَلَيْهِ السَّلامُ أَيْ مُفَرِّجَ هَمِّ يَعْقُوبَ عَلَيْهِ السَّلامُ أَيْ مُنَفِّسَ غَمِّ يُوسُفَ عَلَيْهِ السَّلامُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَمَا أَنْتَ أَهْلُهُ أَنْ تُصَلِّيَ عَلَيْهِمْ أَجْمَعِينَ وَ افْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ وَ لا تَفْعَلْ بِي مَا أَنَا أَهْلُهُ
Duanın oxunuşu: Ya muləyyinəl hədidi li-Davudə ələyhis-səlam, ya kaşifəz-zurri vəl kərbil izami ən Əyyubə ələyhis-səlam, əy mufərricə həmmi Yə`qubə ələyhis-səlam, əy munəffisə ğəmmi Yusufə ələyhis-səlam, səlli əla Muhəmmədin və ali-Muhəmməd, kəma əntə əhluhu ən tusəlliyə ələyhim əcməin, vəf`əl bi ma əntə əhluh, və la təf`əl bi ma ənə əhluh.
Duanın tərcüməsi: Ey dəmiri Davudun (ə) əlilə yumşaldan, ey ağrı-acıları və qəm-qüssələri Əyyubdan (ə) uzaqlaşdıran, ey Yəqubun (ə) kədərini aparan, ey Yusifin (ə) qəm-qüssəsini aradan qaldıran, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, Sənə layiq olduğu kimi, onların hamısına salam yetir və mənə deyil, Sənə layiq olduğu kimi mənimlə rəftar et!
9. Bu duanı oxumaq:
يَا مُولِجَ اللَّيْلِ فِي النَّهَارِ وَ مُولِجَ النَّهَارِ فِي اللَّيْلِ وَ مُخْرِجَ الْحَيِّ مِنَ الْمَيِّتِ وَ مُخْرِجَ الْمَيِّتِ مِنَ الْحَيِّ يَا رَازِقَ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ يَا اللَّهُ يَا رَحْمَانُ يَا اللَّهُ يَا رَحِيمُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلامُ
Duanın oxunuşu: Ya mulicəl-ləyli fin-nəhar, və mulicən-nəhari fil-ləyl, və muxricəl həyyi minəl məyyit, və muxricəl məyyiti minəl həyy, ya raziqə mən yəşau biğəyri hisab, ya Əllahu ya rəhman, ya Əllahu ya rəhim, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən təc`ələsmi fi hazihil-ləyləti fis-suəda, və ruhi məəş-şuhəda, və ihsani fi illiyyinə və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş-şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid-dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən-naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər-rəğbətə iləykə vəl inabətə vət-təvfiq, lima vəffəqtə ləhu Muhəmmədən və alə-Muhəmməd, ələyhi və ələyhimus-səlam.
Duanın tərcüməsi: Ey gecəni gündüzə, gündüzü də gecəyə daxil edən, dirini ölüdən, ölünü də diridən çıxaran! Ey istədiyinə saysız-hesabsız ruzi verən! Ey Allah, ey bağışlayan! Ey Allah, ey mehriban! Ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Mühəmməd və Mühəmmədin Əhli-beytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!
10. Bu duanı oxumaq:
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْسِمْ لِي حِلْما يَسُدُّ عَنِّي بَابَ الْجَهْلِ وَ هُدًى تَمُنُّ بِهِ عَلَيَّ مِنْ كُلِّ ضَلالَةٍ وَ غِنًى تَسُدُّ بِهِ عَنِّي بَابَ كُلِّ فَقْرٍ وَ قُوَّةً تَرُدُّ بِهَا عَنِّي كُلَّ ضَعْفٍ وَ عِزّا تُكْرِمُنِي بِهِ عَنْ كُلِّ ذُلٍّ وَ رِفْعَةً تَرْفَعُنِي بِهَا عَنْ كُلِّ ضَعَةٍ وَ أَمْنا تَرُدُّ بِهِ عَنِّي كُلَّ خَوْفٍ وَ عَافِيَةً تَسْتُرُنِي بِهَا عَنْ كُلِّ بَلاءٍ وَ عِلْما تَفْتَحُ لِي بِهِ كُلَّ يَقِينٍ وَ يَقِينا تُذْهِبُ بِهِ عَنِّي كُلَّ شَكٍّ وَ دُعَاءً تَبْسُطُ لِي بِهِ الْإِجَابَةَ فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي هَذِهِ السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ يَا كَرِيمُ وَ خَوْفا تَنْشُرُ [تُيَسِّرُ] لِي بِهِ كُلَّ رَحْمَةٍ وَ عِصْمَةً تَحُولُ بِهَا بَيْنِي وَ بَيْنَ الذُّنُوبِ حَتَّى أُفْلِحَ بِهَا عِنْدَ الْمَعْصُومِينَ عِنْدَكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
Duanın oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəqsim li hilmən yəsuddu ənni babəl cəhl, və hudən təmunnə bihi ələyyə min kulli zəlaləh, və ğinən təsuddu bihi ənni babə kulli fəqr, və quvvətən təruddu biha ənni kullə zə`f, və izzən tukrimuni bihi ən kulli zull, və rif`ətən tərfəuni biha ən kulli zə`f, və əmnən təruddu bihi ənni kulli xəvf, və afiyətən təsturuni biha ən kulli bəla, və ilmən təftəhu li bihi kullə yəqin, və yəqinən tuzhibu bihi ənni kullə şəkk, və duaən təbsutu li bihil icabətə fi hazihil-ləyləh, və fi hazihis-saətis saətis saətis saəti ya kərim, və xəvfən tənşuru (tuyəssiru) li bihi kullə rəhməh, və ismətən təhulu biha bəyni və bəynəz-zunub, hətta uflihə biha indəl mə`suminə indək, birəhmətikə ya ərhəmər-rahimin.
Duanın tərcüməsi: İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, ey kərim Allah, bu gecə və bu saat (üç dəfə) mənə nadanlıq qapısını üzümə bağlayan helm, azğınlıqlardan saxlayan hidayət, yoxsulluqlar qapısını bağlayan ehtiyacsızlıq, zəiflikləri aradan qaldıran qüdrət, xarlıq və zəlillikləri başıucalıqla əvəz edən izzət, həqarət və alçaqlıqlardan qoruyan uca məqam, qorxunu aparan əmin-amanlıq, bəla və müsibətləri örtən sağlamlıq, yəqinliyi üzümə açan elm, şəkk-şübhəni aparan yəqinlik, qəbul olunmağa yaxın olan dua, rəhmətə səbəb olan xof məqamı, məsumların yanında başıuca olmağım üçün mənimlə günahlar arasında fasilə salan ismət məqamı nəsib et! Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
11. Quranı açıb qarşınızda tutaraq deyin:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ
Duanın oxunuşu: Əllahummə inni əs`əlukə bikitabikəl-munzəl və ma fihi, və fihismukəl-əkbər və əsmaukəl-husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minən-nar.
Duanın tərcüməsi: “İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən.”
Sonra Allah-Taaladan dünya və axirət hacətlərini istə!
12. Quranı başınıza qoyub deyin:
اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ
Duanın oxunuşu: Əllahummə bihəqqi hazəl-Qur`an, və bihəqqi ma ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fih, və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə minkə.
Duanın tərcüməsi: “İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!
Sonra on dəfə de:
بِكَ يَا اللَّهُ – Bikə ya Əllahu
On dəfə de:
بِمُحَمَّدٍ – Bi Muhəmmədin
On dəfə de:
بِعَلِيٍّ – Bi Əliyyin
On dəfə de:
بِفَاطِمَةَ – Bi Fatimətə
On dəfə de:
بِالْحَسَنِ – Bil-Həsəni
On dəfə de:
بِالْحُسَيْنِ – Bil-Husəyni
On dəfə de:
بِعَلِيِّ بْنِ الْحُسَيْنِ – Bi Əliyyibnil-Husəyni
On dəfə de:
بِمُحَمَّدِ بْنِ عَلِيٍّ – Bi Muhəmmədibni Əliyyin
On dəfə de:
بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ – Bi Cə`fəribni Muhəmmədin
On dəfə de:
بِمُوسَى بْنِ جَعْفَرٍ – Bi Musəbni Cə`fərin
On dəfə de:
بِعَلِيِّ بْنِ مُوسَى – Bi Əliyyibni Musa
On dəfə de:
بِمُحَمَّدِ بْنِ عَلِيّ – Bi Muhəmmədibni Əliyyin
On dəfə de:
بِعَلِيِّ بْنِ مُحَمَّدٍ – Bi Əliyyibni Muhəmmədin
On dəfə de:
بِالْحَسَنِ بْنِ عَلِيٍّ – Bil-Həsənibni Əliyyin
On dəfə de:
بِالْحُجَّةِ – Bil-Huccəti
Sonra Allah-Taaladan öz hacətlərini istəyirsən!
13. “Fərəc” duasını oxuyun:
اَللّـهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِه في هذِهِ السَّاعَةِ وَفي كُلِّ ساعَة وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاًوَعَيْنا حَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Duanın oxunuşu: Əllahummə kulli vəliyyikəl-Huccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəh, və fi kulli saəh, vəliyyən və hafiza, və qaidən və nasira, və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təv`a, və tuməttihəu fiha təvila.
Duanın tərcüməsi: İlahi! Sənin cаnişinin Hüccət ibnil-Həsənə (imam Zaman (ə)) – ona və əcdadına salam və salavatın olsun, indi və hər bir an himayəçi, közətçi, rəhbər, köməkçi, yolgöstərən və qoruyucu ol. O vaxta qədər ki, öz mәslәhәtinlә onu yer üzündə sakin edəsən və onu uzun müddət bəhrələndirəsən.
(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri – Qədr gecələrinin əməlləri” bölümü.)
Şərh yazın