Əxlaqi məsələlərin hər bir hissəsini özünəməxsus bəhsə malik olan müxtəlif nəzəriyyələr əsasında araşdırmaq olar. Biz burada yalnız onlardan ən əhəmiyyətlisinə işarə edirik [ Əxlaq elmi ]:
1. nəzəri əxlaq və ya əxlaq fəlsəfəsi,
2. tətbiqi əxlaq və ya əxlaqi-müqarin,
3. əməli əxlaq və ya əxlaqi-üslub.
Nəzəri əxlaqda əxlaq fəlsəfəsi, yəni əxlaqın bünövrə və əsasından, yaxşılıq və pisliklərin meyarından bəhs olunur. Əxlaqın nisbi və mütləq olması, təbii gözəllik və çirkinliklər, fayda və ziyanlar bu bölmənin diqqət mərkəzində durur.
Tətbiqi əxlaqda müxtəlif nəzəriyyələr müqayisə edilir, onları araşdırdıqdan sonra ölçü və prinsiplərinə uyğun aralarından ən yaxşısı seçilir. Yuxarıdakı mövzunun nə qədər faydalı və zəruri olmasına baxmayaraq, biz bu haqda danışmaq fikrində deyilik. Əgər Allah bizi müvəffəq edərsə, bu barədə söz açarıq.
Bu kitabda əməli əxlaq barədə söhbət açılacaqdır. Əlbəttə, başqa mövzulara az da olsa, toxunmaq istərdik. Əməli əxlaq dedikdə onun təlim və tərbiyəsində zəruri olan, təcrübi yolla bizi hədəfə yaxınlaşdıran bir sıra xüsusi qayda və qanunlar nəzərdə tutulur. Şübhəsiz, təcrübi sözü burada qəlbən edilən ( niyyət , məhəbbət , nifrət , bədgümanlıq , həsəd , kin , təvazökarlıq , təkəbbürlük və s.) və bunun nəticəsində hərəkətimizlə reallaşdırdığımız əməllər mənasını ifadə edir.
Əxlaq nədir?
. . . Ardı var . . .
Mənbə : İslamda əxlaq-1 , sah 3 .
Şərh yazın