ƏƏl-kafidə Peyğəbərdən soruşurlar: Möminlər arasında ən zirək kimdir?
Həzrət buyurdu: Ölümü ən çox sevən və ona hazırlaşan həqiqətən də belədir. Hər kəs ölümü çox xatırlayarsa o daha zirəkdir. Çünki ölümdən xəbərsiz olmaq elə bir həqiqətdən qafil olmaqdır ki, insan istər-istəməz onunla üzləşəcəkdir.
Bu haqqda düşünmək lazımdır. Odur ki bu böyük bir məsələdir. Buna görə də bizim bundan qafil olmağımıza səbəb olur.Yadımızda olmalıdır ki bu elə bir yoldur ki bitəcək. Buna şəkk-şübhə ola bilməz. Bu ana hazırlaşmaq lazımdır. Bu hazırlığın bir hissəsi çalışqanlıq və mücahidlik bir hissəsi isə İlahi lütfdən kömək almaqladır. İlahi əgər ölümüm çatsa və əməlim mənə kömək olmasa, Günahımı etiraf etməyi sənə yaxınlaşmaq üçün vasitə edəcəyəm.(Şəbaniyyə munacatı)
Buda yollardan biridir; İnsan öz zəifliyini etiraf etsin. Ey rəbbim! Səndən başqa kimim var ki dərdimi, əhvalımı ona deyim!? (Kumeyl duası)
Öz zəifliyini, səhlənkarlığını, qəflətini etiraf etsin. Qərara alsın ki, bir də bu bataqlığa, çirkaba düşməsin.Bunun yolu budur.(Kafi səh.877)
Şərh yazın