Sual 167: Namaz vaxtının darlığı səbəbilə cənabətli şəxs təyəmmüm edib, napak bədən və paltarda namaz qıla bilərmi? Yoxsa bədənini və paltarını pakladıqdan və qüsl etdikdən sonra namazının qəzasını qılmalıdır?
Sual 168: Əgər cinsi əlaqə olmadan kişinin mənisi qadının uşaqlığına daxil olarsa, qadının cənabətli olmasına səbəb olurmu?
Sual 169: Tibbi alətlər vasitəsilə qadının uşaqlığı və uşaqlıq yolu müayinə edildikdən sonra qüsl etmək ona vacib olurmu?
Sual 170: Əgər cinsi əlaqə yalnız sünnət yerinin daxil olması miqdarında olubsa və kişidən məni xaric olmayıbsa, habelə, qadın ləzzətin ən yüksək dərəcəsinə çatmayıbsa, qüsl təkcə qadına vacib olur, yoxsa təkcə kişiyə vacib olur, yoxsa hər ikisinə vacib olur?
Sual 171: Qadın möhtəlim olduqda[1] hansı halda cənabət qüslü etmək ona vacib olur? Qadın əri ilə dilxoşluq edərkən ondan xaric olan rütubət məni hökmündədirmi? Bədən süst olmadan və ləzzətin son dərəcəsinə çatmadan cənabət qüslü qadına vacib olurmu? Ümumiyyətlə, cinsi əlaqədə olmadan qadın necə cənabətli olur?
Sual 172: Şəhvətin təhrik olmasına səbəb olan kitabları oxumağa və ya kinofilmlərə baxmağa icazə verilirmi?
Sual 173: Əgər qadın əri ilə cinsi əlaqədə olduqdan sonra uşaqlığında məni qaldığı bir halda dərhal qüsl etsə və qüsldən sonra məni onun uşaqlığından xaric olsa, etdiyi qüsl düzgündürmü? Qüsldən sonra ondan xaric olan məni pakdırmı, yoxsa nəcasətdir? Bu halda o, yenidən cənabətli olurmu, yoxsa olmur?
Sual 174: Bir müddətdir ki, cənabət qüslündə şəkkə düçar olmuşam, hətta həyat yoldaşımla da cinsi əlaqədə olmuram. Bununla belə, qeyri-ixtiyari olaraq məndə elə bir hal yaranır ki, cənabət qüslünün mənə vacib olduğunu güman edirəm. Hər gün iki ya üç dəfə qüsl edirəm. Bu şəkk mənə əzab verir. Mənim vəzifəm nədir?
Sual 175: Heyzli halda cənabət qüslü düzgündürmü, belə ki, cənabətli qadının üzərindən vəzifə götürülsün?
Sual 176: Əgər qadın heyzli halda cənabətli olsa, yaxud cənabətli halda heyz olsa, heyzdən paklandıqdan sonra hər iki qüsl ona vacibdirmi? Yoxsa heyzli halda cənabətli olduğuna görə cənabət qüslü ona vacib olmur? Çünki cənabətli olan anda pak olmamışdır.
Sual 177: Kişidən xaric olan rütubətin məni olduğuna hansı halda hökm verilir?
Sual 178: Bəzən qüsl etdikdən sonra əl və ayağın dırnaqlarının ətrafında təbaşir və ya sabunun izləri müşahidə olunur, halbuki, hamamda qüsl edəndə bunlar görünmürdü. Amma hamamdan çıxıb diqqətlə baxandan sonra təbaşirin və ya sabunun ağlığı görünür. Bu halda vəzifə nədir? Bəzi insanlar qüsl edəndə və dəstəmaz alanda bu məsələni bilmir və ya buna diqqət etmirlər. Təbaşir və ya sabunun izi mövcud olduğu bir halda, suyun onun altına çatdığına da yəqinlik hasil olmur.
Sual 179: Qardaşlardan biri deyir ki, qüslün düzgün olması üçün qüsldən qabaq bədənin nəcasətdən paklanması şərtdir. Əgər qüsl əsnasında bədən məni və ya başqa bir nəcasətdən paklanarsa, qüslün pozulmasına səbəb olar. Onun sözləri düzgün olduğu təqdirdə və mənim də bu məsələni bilmədiyimi nəzərə alaraq, qıldığım namazlar batil olubmu və mənə bu namazların qəzasını qılmaq vacibdirmi?
Sual 180: Yuxuda ikən insandan xaric olan rütubət məni hökmündədirmi? Halbuki, bu rütubətin üç əlamətdən (sıçrayışla və şəhvətlə xaric olması, sonra bədənin süstləşməsi) heç birinə malik olmadığını bilirik və şəxs bu rütubətin xaric olmasını hiss etməmiş, yalnız yuxudan oyanandan sonra alt paltarının rütubətli olduğunu görmüşdür.
Sual 181: Mən yoxsul ailədə yaşayan bir gəncəm. Məndən tez-tez məni xaric olur və atamdan hamam pulu istəməyə xəcalət çəkirəm. Evdə də hamam yoxdur. Xahiş edirəm ki, mənə yol göstərəsiniz.
Sual 182: Mən bir çətinliklə qarşılaşmışam. Çətinliyim budur ki, bədənimi yumağın, bir damcı suyun dəyməsinin belə, bədənimə ziyanı vardır. Hətta yaş əli bədənimə çəkməyimin belə, bədənimə ziyanı vardır. Bədənimi yuyanda – az yusam da belə - bir sıra fəsadlardan əlavə, ürəyimin döyüntüsü artır. Belə bir vəziyyətdə mən həyat yoldaşımla cinsi əlaqədə ola və aylarca qüsl əvəzinə təyəmmüm edə bilərəmmi? Bu təyəmmümlə namaz qıla və məscidə daxil ola bilərəmmi?
Sual 183: Vacib və ya müstəhəb qüslü edərkən üzü qibləyə dayanmaq vacibdirmi, yoxsa vacib deyil?
Sual 184: Suyun “az su” olduğunu və qüsldən qabaq bədənin pak olduğunu nəzərə alaraq, qüslün “qüsalə su”yu ilə qüsl etmək düzgündürmü?
Sual 185: Əgər cənabət qüslü edən şəxs dəstəmazı pozan işlərdən birini görsə, yenidən qüsl etməlidirmi? Yoxsa qüslü tamamlamalı və sonra dəstəmaz almalıdır?
Sual 186: Əgər sidik ifraz etdikdən sonra müşahidə edilən və məniyə oxşayan qatı rütubət şəhvətsiz və qeyri-ixtiyari olaraq insandan xaric olarsa, məni hökmündədirmi?
Sual 187: Əgər bir şəxsin boynunda vacib və ya müstəhəb olmaqla bir neçə qüsl olarsa, bir qüsl digər qüsllərə kifayət edirmi?
Sual 188: Cənabət qüslündən qeyri qüsllər dəstəmaz üçün kifayət edirmi?
Sual 189: Sizin nəzərinizə görə, cənabət qüslündə suyun bədəndə axması (cərəyan etməsi) şərtdirmi?
Sual 190: Əgər bir şəxs bilsə ki, həyat yoldaşı ilə cinsi əlaqədə olub cənabətli olduqda qüsl etmək üçün su tapmayacaqdır, yaxud qüsl etmək və namaz qılmaq üçün vaxt olmayacaqdır, o, həyat yoldaşı ilə cinsi əlaqədə ola bilərmi?
Sual 191: Cənabət qüslündə baş və bədənin digər üzvləri arasında tərtibə riayət etmək kifayət edirmi? Yoxsa bədənin sağ və sol tərəfləri arasında da tərtibə riayət etmək lazımdır?
Sual 192: Tərtibi qüsl edərkən əvvəlcə kürəyimi yumağımın, daha sonra tərtibi qüsl niyyəti edib qüsl etməyimin maneəsi vardırmı?
Sual 193: Qüsl edərkən saçları bütünlüklə yumaq qadına vacibdirmi? Başın dərisinin hər tərəfinə suyun dəydiyini nəzərə alaraq, qüsl edərkən saçların bütünlüklə yuyulmaması qüslün batil olmasına səbəb olurmu?
Mənbə: İmam Xamenei - Təharətin hökmləri / Cənabət qüslünün hökmləri
Şərh yazın