İmam Əlidən (ə) 12 hədis-1

İmam Əlidən (ə) 12 hədis-1

13 Rəcəb – İmam Əmirəlmöminin Əlinin (ə)  mövlud günüdür. Bu münasibətlə  Əhli-beyt (ə) ardıcılarını təbrik edirik və o həzrətdən 12 hədisi  oxucularımıza  təqdim edirik: 

1. Tikanlı bir zaman gələcək...

İmam Əli (ə) buyurmuşdur:

يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ عَضُوضٌ، يَعَضُّ الْمُوسِرُ فِيهِ عَلَى مَا فِي يَدَيْهِ وَ لَمْ يُؤْمَرْ بِذَلِكَ، قَالَ اللَّهُ سُبْحَانَهُ "وَ لا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ"؛ تَنْهَدُ فِيهِ الْأَشْرَارُ وَ تُسْتَذَلُّ الْأَخْيَارُ

“İnsanlar üçün elə tikanlı (və ağır) bir zaman gələcək ki, varlı əllərində olanlardan möhkəm yapışacaq (Allah yolunda xəsislik edəcək), halbuki o, bu işə əmr olunmayıb. Eyib və nöqsanlardan pak Allah buyurub: Bir-birinizə yaxşılıq etməyi unutmayın!”[1] O zaman pis əməl sahibləri öyünər, yaxşı əməl sahibləri isə xar olarlar...”[2]

2. Qəddarlıq və zülmkarlıqdan çəkinin

İmam Əli (ə) buyurmuşdur:

اسْتَعْمِلِ الْعَدْلَ، وَاحْذَرِ الْعَسْفَوالْحَيْفَ فَإِنَّ الْعَسْفَ يَعُودُ بِالْجَلاَءِ، وَالْحَيْفَ يَدْعُو إِلَى السَّيْفِ

“(Rəiyyətlə) ədalətlə rəftar et, qəddarlıq və zülmkarlıqdan qorx. Çünki qəddarlıq didərginliyə (rəiyyətin didərgin düşməsinə) və zülmkarlıq qılınca (rəiyyətlə hakim arasında silahlı mübarizəyə) səbəb olur.”[3]

3. İlğım kimi arzular...

İmam Əli (ə) buyurmuşdur:

الأملُ كالسَّرابِ: يَغِرُّ مَنْ رَآهُ، و يُخْلِفُ مَن رَجاهُ

“Arzular ilğım kimidir. Ona baxan aldanar, ona ümid edən əliboş qalar.”[4]

4. Hər bir müsəlmanın üç dostu və onların xüsusiyyətləri

İmam Əli (ə) buyurmuşdur:

إِنَّ لِلْمَرْءِ الْمُسْلِمِ ثَلَاثَةَ أَخِلَّاءَ فَخَلِيلٌ يَقُولُ أَنَا مَعَكَ حَيّاً وَ مَيِّتاً وَ هُوَ عَمَلُهُ وَ خَلِيلٌ يَقُولُ لَهُ أَنَا مَعَكَ إِلَى بَابِ قَبْرِكَ ثُمَّ أُخَلِّيكَ وَ هُوَ وَلَدُهُ وَ خَلِيلٌ يَقُولُ لَهُ أَنَا مَعَكَ إِلَى أَنْ تَمُوتَ وَ هُوَ مَالُهُ فَإِذَا مَاتَ صَارَ لِلْوَارِثِ

“Hər bir müsəlman şəxsin üç dostu var və onlardan biri belə deyər: “Mən həm həyatında, həm də ölümündən sonra səninləyəm və o, insanın əməlidir. Başqa bir dost deyər: “Mən sənin qəbrinin kənarına qədər səninləyəm, ondan sonra səni yalqız qoyacağam və o, insanın övladıdır. Üçüncü dost isə belə deyər: “Mən ölümünə qədər səninləyəm və o, insanın sərvətidir. İnsan öldükdən sonra sərvəti varislərin ixtiyarına keçər.”[5]

5. Hansı gün bayramdır?

İmam Əli (ə) buyurmuşdur:

كُلُّ يَوْمٍ لايُعْصَى اللَّهُ فيهِ فَهُوَ عيدٌ

“Allaha itaətsizlik (və günah) edilməyən hər bir gün bayramdır.”[6]

6. Dünyanın dəyərsizliyi

İmam Əli (ə) buyurmuşdur:

وَاللهِ لَوْ أُعْطِيتُ الْأَقَالِيمَ السَّبْعَةَ بِمَا تَحْتَ أَفْلاَكِهَا، عَلَى أَنْ أَعْصِيَ اللهَ فِي نَمْلَةٍ أَسْلُبُهَا جِلْبَ شَعِيرَةٍ مَا فَعَلْتُهُ، وَإِنَّ دُنْيَاكُمْ عِنْدِي لَأَهْوَنُ مِنْ وَرَقَةٍ فِي فَمِ جَرَادَةٍ تَقْضَمُهَا

“Аllаhа аnd olsun! Əgər yeddi göyü və onun fələklərini аltındаkılаrlа birlikdə mənə versələr belə, heç vаxt qаrışqаnın аğzındаkı аrpа qаbığını аlmаqlа Аllаhа qаrşı günаh etmərəm (yəni qаrışqаnın аğzındаkı аrpа qаbığı qədər zülm və hаqsızlıq etmərəm). Həqiqətən, mənim nəzərimdə sizin dünyаnız çəyirtkənin аğzındа çeynədiyi yаrpаqdаn dа ucuzdur!”[7]

7. Məzluma oxşar zalım

İmam Əli (ə) buyurmuşdur:

مَا رَأَيْتُ ظَالِماً أَشْبَهَ بِمَظْلُومٍ مِنَ الْحَاسِدِ نَفَسٌ دَائِمٌ وَ قَلْبٌ هَائِمٌ وَ حُزْنٌ لَازِمٌ

“Paxıl qədər məzluma oxşar bir zalım görmədim; həmişə yorğundur (başqalarına verilən nemətə görə boğulur, nəfəsi dayanır), qəlbi təlatümdədir (rahatlığı, aramlığı yoxdur) və daim qəmgindir.“[8]

8. Üç mühüm hədiyyə

İmam Əli (ə) buyurmuşdur:

اِبذِلِ لِصَديقِكَ نُصحَكَ، ولِمَعارِفِكَ مَعونَتَكَ، ولِكافَّةِ النّاسِ بِشرَكَ

“Xeyirxahlığını (ixlasını) dostuna, yardımını tanışlarına, təbəssümünü isə xalqa hədiyyə et!”[9]

9. İmanın əlaməti

İmam Əli (ə) buyurmuşdur:

اَلایمانُ صَبرٌ فِی البَلآءِ وَ شُکرٌ فِی الرَّ خآءِ

“İman müsibətdə səbir və rahatlıqda şükür etməkdir.”[10]

10. Gözünüzü qoruyun...

İmam Əli (ə) buyurmuşdur:

إذا أبصَرَتِ العَينُ الشَّهوَةَ عَمِيَ القَلبُ عنِ العاقِبَةِ

“Göz şəhvətə açıq olarsa, qəlb aqibəti görməyə kor olar.”[11]

11. Şiənin xüsusiyyəti

İmam Əli (ə) buyurmuşdur:

شيعَتُنَا المُتَباذِلونَ في وَلايَتِنا، المُتَحابّونَ في مَوَدَّتِنا، المُتَزاوِرونَ في إحياءِ أمرِنا، الَّذينَ إن غَضِبوا لَم يَظلِموا، وإن رَضوا لَم يُسرِفوا، بَرَكَةٌ عَلى مَن جاوَروا، سِلمٌ لِمَن خالَطوا

“Şiələrimiz bizim “vilayət”imizlə bir-birinə yardım edir, bizim məhəbbətimizlə bir-birini sevir və əmrlərimizi diri salxlamaq üçün bir-birilə görüşürlər. Onlar qəzəbləndikdə zülmə yol verməz, xoşhal olduqda isə həddi aşmazlar, qonşularının xeyirxahıdırlar, əlaqə saxladıqları hər kəslə sülh və mehribanlıqla dolanırlar.”[12]

12. İmam Əlinin (ə) Azərbaycanın hakimi Əşəs ibn Qeysə məktubu

İmam Əli (ə) buyurmuşdur:

وَ إِنَّ عَمَلَكَ لَيْسَ لَكَ بِطُعْمَةٍ وَ لَكِنَّهُ فِي عُنُقِكَ أَمَانَةٌ... لَيْسَ لَكَ أَنْ تَفْتَاتَ فِي رَعِيَّةٍ

“Sənin işin (vəzifən, hakim olmağın) sənin üçün ruzi və yemək deyil. (Səni ona görə hakim etməyiblər ki, bir şey tapan kimi ondan özbaşına yeyəsən!) O iş sənin boynunda bir əmanətdir..(Buna görə də) rəiyyətin işində öz istədiyin kimi davrana bilməzsən.”[13]

 

Mənbələr :
[1]. 
(Bəqərə/237.)
[2]. (“Nəhcül-bəlağə”, qısa kəlamlar 460.)
[3]. (“Nəhcül-bəlağə”, qısa kəlamlar 468.)
[4]. (“Qurərul-hikəm”, səh.312-313.)
[5]. (“Əl-xisal”, Şeyx Səduq, c.1, səh.114.)
[6]. (“Nəhcül-bəlağə”, qısa kəlamlar 428.)
[7]. (“Nəhcül-bəlağə”, xütbə 224.)
[8]. (“Kənzul-fəvaid“, c.1, səh.136.)
[9]. (“Qurərul-hikəm”, səh.2466.)
[10]. (“Qurərul-hikəm”, c.1, səh.607.)
[11]. (“Qurərul-hikəm”, hədis 4063.)
[12]. (“Əl-kafi”, c.2, səh.236, hədis 24.)
[13]. (“Nəhcül-bəlağə”, 5-ci məktub.)

Rza Şükürlü

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana